Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın - Sensasion səs yazısı

Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın - Sensasion səs yazısıÖtən il dekabrın 25-də AZAL-a məxsus "Embraer E190" təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfindən verildiyi iddia olunur.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Minval.az-ın redaksiyasına sensasion materiallardan ibarət anonim məktub daxil olub.

Məktubda təyyarəyə Rusiya Müdafiə Nazirliyinin göstərişi ilə atəş açıldığını iddia edən Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin kapitanının izahatı, həmçinin video-audioyazılar, texnikanın bərbad vəziyyətdə olması ilə bağlı təfərrüat yer alıb.

"Mən, kapitan Dmitri Sergeyeviç Paladiçuk mənə verilən suallarla bağlı belə izah verə bilərəm: Mən 274 saylı döyüş maşınının komandiriyəm, ekipajın rəhbəriyəm, 24.12.24-dən 25.12.24-dək Qroznı şəhərini əhatə etmək üçün döyüş növbətçiliyində olmuşam. 25.12.24 saat 05:40-da 1 saylı hazırlıq vəziyyətinə keçmək barədə əmr daxil olub. Saat 05:48-də mobil rabitə vasitəsilə №1 hazırlığa keçid haqqında məlumat verdim. Mövqedəki mobil rabitə qeyri-sabit idi və mənim başqa sabit rabitə vasitələrim yox idi. Fiberoptik kabellər çəkilsə də, terminala qoşulmadı və yığım sahəsi olan rəqəmsal telefon yox idi. Saat 08:11-də Hədəf Aşkarlama Stansiyası potensial hədəfi aşkar etdi və mən çoxfunksiyalı radar stansiyası tərəfindən dəqiq izləmə götürdüm və bu barədə 51-ci Diviziya Komandanlığına məlumat verdim.

Saat 08:13-də yenilənmiş koordinatları bildirdim: α = 338 dərəcə, D = 7000 m, H = 490 m, V = 118 m/s, 230 dərəcə istiqamət. Mənə telefonla hədəfi məhv etmək əmri verildi. Komanda məntəqəsinə bildirilən çox qalın duman səbəbindən hədəf optikada görünmürdü. Saat 08:13:30-da operatora məhv etmək əmrini verdim. 08:13:33-də raket buraxılış meydançasını tərk etdi. Saat 08:13:47-də BM-72V6 mərkəzi idarəetmə sistemi hədəfin itirildiyini bildirdi. Saat 08:13:48-də yenidən atəş açmaq əmrini verdim.

Radar məlumatlarına görə, ilk raket hədəf aşağıdakı koordinatlara malik olduqda buraxılıb: α = 319 dərəcə, D = 7300 m, H = 697 m, V = 80 m/s. İkinci raket hədəf aşağıdakı xüsusiyyətlərə malik olduqda buraxılıb: α = 311 dərəcə, D = 8000 m, H = 1300 m, V = 120 m/s", - izahatda deyilir.

Redaksiya daha sonra əlavə edib: "Bu məktubun kapitanın imzası ilə təsdiqlənməsinə baxmayaraq, onun həqiqiliyini təsdiq etməyi öhdəmizə götürmürük. Lakin onun mövcudluğu faktı, həm də bu sənədin altı aydır davam edən istintaq, həm də cəmiyyət üçün əhəmiyyəti bizi onu dərc etməyə məcbur edir. Bundan əlavə, əldə edilmiş məlumatlar faciənin baş vermə şəraitini araşdıran Azərbaycan Respublikasının səlahiyyətli orqanları üçün faydalı məlumat ola bilər.

Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın - Sensasion səs yazısıAmma məktubun məzmununu təsdiqləyən üç səsli mesajın səs yazısını real adlandırmaq olar. Söhbətlərin tam stenoqramını açıq-aydın təqdim edə bilmərik - hələ ki, istintaq orqanları onları öyrənməlidir. Lakin qeyd edək ki, hər üç səs əməliyyat əmrini verdiklərini, iki dəfə atəş açdıqlarını və raket parçalarının təyyarəyə dəydiyini iddia edirdilər.

Təbii ki, bu məlumatlar diqqətlə təhlil tələb edir və müvafiq strukturlar bu imkanı əldən verməyəcəklər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1262   Tarix: 01 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb

Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. BİG.AZ "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən sud

10:45 111
.

Gəncəyə dördüncü raket hücumundan altı il ötür

10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti

00:19 224
.

Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

00:07 213
.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

00:19 301
.

NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil

NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib. xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. "Kalininqradla bağlı məsələ tam aydın olmalıdır: NATO hər hansı bir blokada hazırlamır

10.10.2026 199
.

Türkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi

Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək

10.10.2026 178
.

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR

Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd

10.10.2026 254
.

Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda

"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro

00:44 328
.

Cozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır

Livan Prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampın iki ölkə arasında təxminən 40 il qüvvədə olan birbaşa aviareyslərə qoyulmuş məhdudiyyəti ləğv etmək qərarını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məluma

10.10.2026 180
.