Prezidentlər "Sea Breeze"də - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Xəzər dənizinin sahilində yerləşən "Sea Breeze" istirahət mərkəzində olublar.
"Qafqazinfo" xəbər verir ki, "Sea Breeze"in təsisçisi Emin Ağalarov Azərbaycanın və Özbəkistanın dövlət başçılarına kurort ərazisində həyata keçirilən və qarşıdakı dövr üçün planlaşdırılan layihələr barədə məlumat verib.
Hazırda 500 hektar ərazini əhatə edən "Sea Breeze"də indiyədək 3 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilib və istifadəyə verilib. Ötən dövr ərzində kompleksin ərazisində 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. Ərazidə artıq 20 min sakin yaşayır və 2028-ci ilə qədər onların sayı 50 mindən çox olacaq. Bütövlükdə layihə tam başa çatdırıldıqdan sonra burada 500 min sakin yaşayacaq. Bundan başqa, ümumilikdə, 50 hektar sahəni əhatə edən aypara şəklində nadir süni yarımadanın yaradılması nəzərdə tutulub.
İstirahət zonaları, parklar və çimərliklər üçün artıq 150 hektardan çox ərazi ayrılıb. Kurort-şəhərdə sakinlər və qonaqlar üçün rahat şəraitin yaradılması, eləcə də onların asudə vaxtının səmərəli təşkili məqsədilə zəruri infrastruktur qurulub, məktəb, uşaq bağçası, xəstəxana tikilib. Aparılan abadlıq işləri çərçivəsində təxminən 10 milyon bitki və ağac əkilib, nəticədə yaşıllıq sahələrinin ümumi ərazisi 300 hektara çatıb.
Bakının mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən və müxtəlif formatda çoxsaylı daşınmaz əmlak obyektlərini bir araya gətirən "Sea Breeze" dünya miqyasında nadir layihə hesab olunur. Onun əsas layihələri sahilboyu yerləşir.
Hazırda "Sea Breeze" ərazisində 6560 nəfər işlə təmin olunub, gələcəkdə bu rəqəmin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Layihəyə qoyulan ümumi investisiyanın həcmi artıq 3 milyard ABŞ dollarına çatıb, növbəti beş ildə isə 10 milyard dollardan çox sərmayə cəlb olunması nəzərdə tutulur. Qeyd edək ki, ərazidə məşhur özbək brendi olan "The Choyxona" restoranı da fəaliyyət göstərir.
Həmçinin Emin Ağalarov Çarvak su anbarında həyata keçiriləcək "Sea Breeze Uzbekistan" layihəsinin yenilənmiş master-plan konsepsiyasını təqdim edib.





BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1184 Tarix: 02 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıdan Tbilisiyə yeni qatar reysləri: Qiymətlər düşdü, bəs sıxlıq azalacaq?
Bakı ilə Tbilisi arasında dəmir yolu ilə səfərlərə maraq artır. Marşrut üzrə qatarların tam dolu hərəkət etməsi və biletlərə yüksək tələbat sərnişindaşımaların genişləndirilməsi zərurətini yaradıb. Azərbaycan Dəmir Yolları (ADY) noyabrın 1-dən etibarən bu istiqamətdə reyslərin sayını artıraraq sərnişinlə
10:30 89 Cozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır
Livan Prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampın iki ölkə arasında təxminən 40 il qüvvədə olan birbaşa aviareyslərə qoyulmuş məhdudiyyəti ləğv etmək qərarını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məluma
10.10.2026 177 ABŞ-də atışma: Evdə beş nəfərin meyiti tapıldı
ABŞ-nin Corciya ştatının Duqlas şəhərində yerləşən yaşayış evlərinin birində baş verən atışma nəticəsində beş nəfər həyatını itirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib. Məlumata görə, gecə saatlarında polisə atəş səsləri barədə məlumat daxi
10.10.2026 233 Zelenski: Zaporojyeyə zərbə nəticəsində 12 nəfər ölüb
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 3-ü uşaq olmaqla 12 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, daha 14 nəfər yaralanıb, onlardan 2-si kritik vəziyyətdədir. Zelenski əlavə edib ki, hadisə yerind
10.10.2026 184 Türkiyədə siqaret satışında yeni qayda: Şəxsiyyət vəsiqəsi tələb ediləcək
"Türkiyədə siqaret satışı zamanı şəxsiyyət vəsiqəsi tələb olunacaq. Müvafiq qanun layihəsini bir neçə həftə ərzində parlamentə təqdim edəcəyik". "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu danışıb. Onun sözlərinə görə, siqaretlə mübariz
10.10.2026 210 Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
Mal ətinin qiymətindəki artım bazarlarda kənd toyuğuna marağı artırıb. Tələbatın yüksəlməsi isə öz növbəsində qiymətlərə təsir göstərib. BİG.AZ"Xəzər" TV-yə istinadən xəbər verir ki, paytaxtla yanaşı, bölgələrdə də kənd toyuğunun qiymətində təxminən 2-5 manat arasında artım müşahidə olunur
00:23 296 1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
2027-dən yüksək pensiyalara yeni qayda - 7 min manatlıq pensiyanın artımı 651 manatdan 324 manata düşəcək. 2027-ci ildən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydası dəyişəcək. Mövcud sistemdə bütün pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq eyni faizlə artırılırdı
00:21 282 NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib. xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. "Kalininqradla bağlı məsələ tam aydın olmalıdır: NATO hər hansı bir blokada hazırlamır
10.10.2026 197 Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumat
11:21 0