Göyün 7-ci qatından Azərbaycana gələn bəla – BİZİ NƏ GÖZLƏYİR?

Göyün 7-ci qatından Azərbaycana gələn bəla – BİZİ NƏ GÖZLƏYİR?Bu il Azərbaycanda yay mövsümünün ötən illərlə müqayisədə daha sərin və dəyişkən keçir.

BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, mütəxəssislər bunu jet stream adlanan, yüksək troposfer hava axınlarının dalğalanması ilə izah edirlər. Jet stream təxminən 10-15 km hündürlükdə qərbdən şərqə doğru hərəkət edən çox sürətli hava cərəyanıdır. Bu cərəyan qütb və mülayim enliklər arasındakı temperatur fərqləri nəticəsində yaranır və hava sistemlərinin hərəkətinə ciddi təsir edir. Normalda bu axınlar düz xətt üzrə hərəkət etsə də, bu il dalğalanaraq bəzi yerlərdə cənuba doğru dərin enişlər formalaşdırıb. Ölkəmizin yerləşdiyi qurşaq jet stream-in endiyi ərazilərdə yerləşir. Nəticədə, şimaldan gələn sərin hava kütlələri daha tez-tez və dərin şəkildə Azərbaycana daxil olur. Eyni zamanda günəş radiasiyasını azaldan buludlu və rütubətli hava şəraiti yayda tipik olan quru və isti havanı əvəzləyib. Bu da yay aylarında mülayim temperaturun və dəyişkən havaların müşahidə olunmasına səbəb olur.

Mütəxəssislər deyirlər ki, əgər bu cür dalğalanmalar davamlı xarakter alsa, Azərbaycanın 9 iqlim tipinə sahib olan müxtəlif bölgələri də öz xarakterini dəyişməyə başlayacaq. Normalda Qarabağda, Yuxarı Qarabağ və Şərqi Zəngəzurda yay ayları daha quru və günəşli keçir. Ancaq jet stream sərin hava gətirdikcə buludlu və yağıntılı günlər arta bilər, bu da kənd təsərrüfatında məhsuldarlığı dəyişə bilər. Məsələn, üzümçülük və taxılçılıq iqlim dəyişməsində ciddi şəkildə təsirlənə bilər. Abşeron yarımadası və Bakıda iqlim yarımsəhra və quraq subtropikdir. Bu bölgə artıq sərin, rütubətli və küləkli yaylarla üzləşir. Hərarətin azalması bir qədər komfort yaratsa da, yüksək rütubət və uzunmüddətli buludlu hava psixoloji və ekoloji tarazlığı poza bilər. Günəş enerjisi hasilatı kimi sahələrdə də azalma olacaq. Lənkəran-Astara zonasında jet stream-in təsiri ilə yağıntıların artması torpaq eroziyasını və daşqın riskini artıra bilər. Limon, çay və feyxoa kimi məhsulların keyfiyyətində dəyişiklik ola bilər. Qazax-Tovuz və Aran rayonlarında, əkinçilik üçün həyati önəm daşıyan bu bölgələrdə dəyişkən hava şəraiti əkin mövsümünü ləngidə və məhsulun yetişmə dövrünü uzada bilər. Aran zonasında uzun müddətli sərinlik torpaq temperaturunu aşağı salır. Naxçıvan kontinental iqlimə malik ərazidir. Burada jet stream-in təsiri ilə qışlar daha sərt, yaylar isə daha mülayim ola bilər. Bu, əhalinin yaşayış komfortunu artırsa da, kənd təsərrüfatı və su ehtiyatlarına təzyiq yarada bilər. Əgər jet stream-dəki bu dəyişkənliklər iqlim sistemimizin yeni reallığına çevrilərsə, artıq yalnız hava haqqında deyil, su ehtiyatları, ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı strategiyaları haqqında ciddi düşünmək zamanıdır.

Nəticə olaraq, 2025-ci ilin yayında temperatur normadan 3-5 dərəcə aşağı müşahidə olunur. Günəşli günlərin sayı azalır. Nisbi rütubət yüksəlir, bu da insan bədəni üçün narahatlıq yaradır. Yağıntıların regionlar üzrə qeyri-bərabər paylanması müşahidə olunur. Hazırda yaşananlar qlobal iqlim dəyişikliklərinin lokal göstəricisi hesab olunur. Jet stream-də baş verən bu cür dəyişikliklər elə-belə hadisə deyil, bu iqlim sisteminin tarazlığının pozulmasının əlamətidir. Alimlərin fikrincə, Arktik bölgədə buzlaqların əriməsi nəticəsində temperatur fərqləri zəiflədikcə, jet stream-lər də əvvəlki qədər güclü və düz xətt üzrə hərəkət edə bilmir. Onların zəifləyib "dalğalanması" nəticəsində ekstremal hava şəraiti daha tez-tez baş verir. Bir yerdə sel, digər yerdə quraqlıq, bir bölgədə anormal isti, digərində isə kəskin soyuma baş verir.

Azərbaycan kimi keçid zonasında yerləşən ölkələr üçün bu xüsusilə kritikdir. Mütəxəssislər proqnozlaşdırırlar ki, getdikcə su anbarlarının idarə olunması çətinləşəcək, məhsul planlaması qeyri-müəyyən duruma gələcək. Turizm sektoru mövsümi sabitliyini itirəcəksə, iqlimlə əlaqəli xəstəliklər artacaq. Dalğalanmalar nəticəsində iqlim şəraitində baş verən dəyişikliklər beynəlxalq səviyyədə "iqlimlə əlaqəli sağlamlıq riskləri" adlanır və bu məsələ artıq ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) və bir çox tədqiqat institutları tərəfindən qlobal təhdid kimi tanınır. Azərbaycanda iqlim dəyişkənliyi fonunda artması gözlənilən xəstəlik qrupları və risklər də bəllidir.

Yüksək rütubət, uzun sürən buludlu hava, günəş işığının azalması kimi amillər mövsümi depressiya, xroniki yorğunluq və yuxu pozuntuları riskini artırır.

Nisbi rütubətin artması və hava təzyiqində tez-tez dəyişikliklər fonunda tənəffüs yolları xəstəlikləri də çoxalır. Bronxial astma, allergik rinit, xroniki bronxit, ağciyər emfizeması daha kəskin formada təzahür edir.

Bu xəstəliklər xüsusilə Sumqayıt, Lənkəran, Mingəçevir və Bakı kimi sənaye və rütubətli iqlimə malik şəhərlərdə daha çox yayılır. Bundan başqa, soyuq və rütubətli hava, gecə-gündüz temperatur fərqlərinin artması revmatoloji və oynaq xəstəlikləri, revmatizm, artrit, osteoxondroz, fibromialgiya kimi xəstəliklərin simptomlarını gücləndirir. Bu vəziyyətlər xüsusilə dağlıq və dağətəyi zonalarda yaşayan yaşlı əhali üçün təhlükədir. Yağıntının və temperaturun dəyişməsi ağcaqanad, gənə, siçan kimi həşəratların çoxalmasına şərait yaradır. Bu da öz növbəsində yoluxucu xəstəliklərdən leyşmanioz, Krım-Konqo qızdırması, qızılca və hepatit A kimi yoluxucu xəstəliklərin artmasına yol açır. Ağcaqanadların çoxalması isə yaxın gələcəkdə malariyanın yenidən aktivləşmə riskini artırır.

Eyni zamanda su ilə bağlı xəstəliklərin də artacağı riski böyükdür. Qeyri-stabil yağıntı, sel və su çatışmazlığı arasında dəyişən dövrlər bağırsaq infeksiyalarının, dizenteriya, salmonellyoz, qurd invaziyalarının, ishal və dehidratasiya hallarının artmasına gətirib çıxaracaq. İqlimlə əlaqəli bu xəstəliklər xüsusilə uşaqlar və yaşlılar üçün risklidir. Mütəxəssislər bildirirlər ki, əgər jet stream-in əksi olsa və ani istilər baş versə, hərarətlə bağlı kəskin pozuntular, istivurma, dehidratasiya, hipotoniya və ürək-damar problemləri kəskin şəkildə özünü biruzə verəcək. Belə olacağı təqdirdə yaşlılar, xroniki xəstəliklərdən əziyyət çəkənlər, açıq havada çalışanlar, kənd təsərrüfatı və tikinti sahələrində çalışanlar, uşaqlar və körpələr xüsusi risk altındadır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2012   Tarix: 03 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI

Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. BİG.AZ -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü

00:15 119
.

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI

Həm şagirdlər, həm də müəllimlər məktəblərdə müəyyən normalara əməl etməlidirlər. O normalar əsasında məktəbin fəaliyyəti tənzimlənməlidir. Bu sözləri millət vəkili Ceyhun Məmmədov bildirib. "Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır. O mənada verilən qərarın əsas məqsədi məktəbdə səliqəli geyimi

10.10.2026 385
.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

00:19 118
.

Laçında mebel istehsalının dəyəri ötən il 31 dəfə artıb

2025-ci ildə Laçın rayonunda 83,5 min manat dəyərində mebel istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 31 dəfə çoxdur. Hesabat dövründə Laçında 59 milyon 539,7 min manat (8,2 % az) dəyərində sənay

10.10.2026 120
.

"Çelsi" futbolçusu Koul Palmerlə müqavilənin müddətini uzadıb

İngiltərənin "Çelsi" klubu yarımmüdafiəçi Koul Palmerlə müqavilənin müddətinin uzadıldığını elan edib. "Report" London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun müqaviləsinin müddəti 2034-cü il iyun ayının sonuna qədər nəzərdə tutulub. K.Palmer 2023-c

10.10.2026 146
.

Qadını şantaj edən gənc həbs olundu

Bakıda qadını şantaj edən gənc həbs olunub. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. İnternet vasitəsilə tanış olduğu qadınla hoteldə görüşən şəxs onun görüntülərini lentə alıb. Daha sonra görüntüləri qadına göndərərək yayacağı ilə hədələməklə 2 dəf

10.10.2026 172
.

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara

10.10.2026 167
.

İlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTO

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:. "Sizi Azərbaycan torpağında bir daha görməkdə

10.10.2026 287
.

Azərbaycanda çörək bahalaşacaq? - AÇIQLAMA

Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddəti 2027-ci il yanvarın 1-də bitir. 2016-cı ildən tətbiq edilən azadolmanın məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, strateji ərzaq məhsullarının qiymət artımının qarşısını alma

00:13 108
.