Azərbaycan toyunda bu məşhur adət də DƏYİŞDİ - VİDEO
Sosial şəbəkələrdə yayılan maraqlı bir toy görüntüsü qısa zamanda gündəm olub.
Videoda ənənəvi olaraq gəlinin gül atması mərasiminə fərqli yanaşma sərgilənib və bu, izləyicilərin diqqətindən yayınmayıb.
Belə ki, adətə uyğun olaraq gəlin gülü subay qızlara atmaq əvəzinə, bu dəfə subay oğlanlar xüsusi bir "oyun" üçün növbəyə düzülüb. Ən maraqlı məqam isə gülün birbaşa atılmaması olub. Gəlin gülü qıfıllı qutunun içinə yerləşdirib və açar isə iştirakçılar arasında təsadüfi şəkildə paylanıb.
Açar kimin bəxtinə çıxıbsa, həmin şəxs qutunu açaraq gülü götürüb və bu da onun "şanslı" olduğu anlamına gəlib. Beləliklə, toyda həm əyləncəli, həm də fərqli bir ənənə ortaya çıxıb.
Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub.
Bəziləri bu ideyanı olduqca maraqlı və yenilikçi hesab edərək bəyəndiklərini bildiriblər. Digərləri isə ənənəvi qaydaların dəyişdirilməsinə fərqli yanaşıb və bu cür yeniliklərin hamı tərəfindən qəbul olunmadığını qeyd ediblər.
Qısa zamanda minlərlə baxış toplayan video, toy adətlərində yeni trendlərin yaranmağa başladığını bir daha göstərib. Görünür ki, bu cür fərqli yanaşmalar gələcəkdə də tez-tez qarşımıza çıxacaq. (Milli.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1234 Tarix: 29 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"
Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın
03.10.2026 150 Bu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK
Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard
00:17 99 Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO
Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəb
03.10.2026 207 Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb
Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi
03.10.2026 150 Dönər həvəskarlarına PİS XƏBƏR
Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua
00:27 119 Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir
Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin
03.10.2026 138 Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları
00:11 110 Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını
00:29 103 GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər
00:25 103