ADTA gəmiləri Yəmənin ərazi sularından uzaq durmağa çağırıb

ADTA gəmiləri Yəmənin ərazi sularından uzaq durmağa çağırıbAvropa Dəniz Təhlükəsizliyi Agentliyi (ADTA) gəmiləri Yəmənin ərazi sularından (Qırmızı dəniz, Ədən körfəzi ilə əhatə olunmuş strateji Babül-Məndəb boğazından - red.) uzaq durmağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

"Buna səbəb husilərin ABŞ və İsrailə qarşı savaşa qoşulmasıdır", - məlumatda qeyd olunub.

Qeyd edək ki, İranın ABŞ ilə İsrail və onların müttəfiqləri üçün Hörmüz boğazını bloklamasından sonra bəzi gəmilər Ərəb dənizi, Ədən körfəzi və Qırmızı dəniz marşrutu ilə hərəkət etməyə başlayıb. Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının martın 28-də İsraildəki hədəflərə raket zərbəsi endirməsi isə gəmilərin bu hərəkət istiqaməti üçün də təhdid yaradıb.

Məlumat üçün bildirək ki, Avropa İttifaqının (Aİ) dəniz missiyaları, əsasən, Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyini təmin etmək (məsələn, "Aspides" əməliyyatı) və ya strateji boğazlarda (Hörmüz) hərbi iştirakı gücləndirmək məqsədilə yaradılan müvəqqəti və ya tematik hərbi-təhlükəsizlik təşəbbüsləridir. Bu missiyalar ticarət yollarını qorumaq və dəniz təhlükəsizliyinə dəstək vermək üçün İtaliya kimi üzv dövlətlərin operativ komandanlığı ilə fəaliyyət göstərir.

Qırmızı Dəniz Missiyası (Aspides) 2024-cü ilin fevralından etibarən husi hücumlarına qarşı gəmilərin təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərən Aİ hərbi missiyasıdır. Hörmüz Boğazı Təşəbbüsü isə İran-ABŞ gərginliyi səbəbindən Hörmüz boğazında təhlükəsizliyi təmin etmək üçün yaradılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 154   Tarix: 29 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Cəmil Əliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

15:14 257
.

Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı isə azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 9 min 391,4 ton duru bitki yağları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 30,2 % çoxdur. Hesabat dövründə Azərbaycanda həmçinin 5 min 816,4 ton marqarin istehsa

14:50 181
.

Ceyhun Bayramov: Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır

Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçinin Azərbaycana təşəkkür etməsinə münasibət bildirib. "Report" xəbər verir ki, Azərbaycan XİN başçısı bu barədə "X" sosial media hesabında paylaşım edib. "Səmimi sözləriniz və təşəkkürünüz bizim üçün dəyərlidir. Azərbayca

12:16 188
.

Daha bir ölkə sosial şəbəkələrə girişi məhdudlaşdırdı

Avstriya hökuməti 14 yaşına çatmayan şəxslərin sosial şəbəkələrə daxil olmasını məhdudlaşdırmağı planlaşdırır. xəbər verir ki, hakimiyyətdə təmsil olunan 3 partiya məsələ ilə bağlı ilkin razılığa gəlib. Qadağada məqsəd uşaqları "cəlbedici alqoritmlərin zərərindən və arzuolunmaz məzmunlardan qorumaqdır"

17:20 215
.

İsmayıl Bəqai: ABŞ ilə İsrailin İrana hücumunun əsl məqsədi aydınlaşır

İsfahan Texnologiya Universiteti və Tehrandakı Elm və Texnologiya Universiteti ABŞ ilə İsrailin hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "X"dəki hesabında yazıb. "İsfahan Texnologiya Universiteti və Tehrandakı El

16:00 191
.

Bakıya düşən yağıntı aylıq normadan 6 dəfə çox OLUB - FAKTİKİ HAVA

Martın 29-u saat 12:00-a olan məlumata əsasən 27-dən 29-u səhərədək ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edib, dağlıq ərazilərə qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, səhər saatlarından yağıntılar tədricən zəifləyib. Qar örtüyünün hündürlüyü Şahdağd

12:43 198
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb

Azərbaycanda martın 28-də cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan bir cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub

18:40 162
.

Fidan: Türkiyə müharibənin bölgə ölkələrinə yayılmasına qarşıdır

Türkiyə bölgədəki tərəfdaşları ilə koordinasiyalı şəkildə hərəkət edir. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən Strateji Kommunikasiya Sammitindəki çıxışı zamanı deyib. Onun sözlərinə görə, Türkiyə bölg

12:50 177
.

Rasim Balayev I Fəxri Xiyabanda dəfn ediləcək

Xalq artisti Rasim Balayevin cənazəsinin bu gün Azərbaycana göndərilməsi planlaşdırılır. Axşam.az xəbər verir ki, bununla bağlı APA-ya Baş Konsulluqdan məlumat verilib. Rasim Balayev I Fəxri Xiyabanda dəfn ediləcək. Aktyorla vida mərasiminin sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilməs

16:15 294
.

TOP MP3