"Üzv dövlətlər arasında ticarət münasibətlərinin genişləndirilməsi İƏT-nin 17-ci sammitində xüsusən diqqət mərkəzində olacaq" - RƏY

"Üzv dövlətlər arasında ticarət münasibətlərinin genişləndirilməsi İƏT-nin 17-ci sammitində xüsusən diqqət mərkəzində olacaq" - RƏYHazırda Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilir.

Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki, tədbirdə 13 dövlətin iştirak etməsi onun yüksək regional və beynəlxalq nüfuza malik olmasının göstəricisidir. Xüsusilə müəyyən fasilədən sonra Əfqanıstanın keçid hökumətinin tədbirə qatılması Mərkəzi Asiya regionunda terrorizmə qarşı mübarizə,bölgə ilə baglı nəqliyyat,kommunikasiya,loqistika layihələrinin uğurlu icrası üçün İƏT üçün yaxşı perspektivlər vəd edir.

Bu təşkilatın əsası Regional İnkişafa Dəstək adı ilə ilə Türkiyə,İran və Pakistan tərəfindən hələ 1964-cü ildə qoyulub,1985-ci ildən hazırkı adı ilə məlumdur.Azərbaycan məlum təşkilata dövlət müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ildə qoşulub və indiyədək bu təşkilatın zirvə göruşlərinə iki dəfə 2006 və 2012-ci illərdə sədrlik edib. Həmin illərdə zirvə sammitləri Bakıda,bu dəfə isə Xankəndində keçirilir. Bunun isə xüsusi əhəmiyyəti var. Rəsmi Bakı işğaldan azad edilmiş Qarabağ ərazilərində beynəlxalq tədbirləri keçirməklə dövlətin beynəlxalq nüfuzunun,onun xarici siyasi,iqtisadi əlaqələrinin inkişafı istiqamətində siyasətini davamlı şəkildə davam etdirir.Tədbirin Qarabağda keçirilməsi işğal altında olan torpaqlarda Azərbaycanın dövlət suverenliyinin bərpası ilə bağlı növbəti dəfə beynəlxalq birliyə verilən ismarıcdır.
Tədbirdə 13 dövlətin iştirak etməsi onun yüksək regional və beynəlxalq nüfuza malik olmasının göstəricisidir. Xüsusilə müəyyən fasilədən sonra Əfqanıstanın keçid hökumətinin tədbirə qatılması Mərkəzi Asiya regionunda terrorizmə qarşı mübarizə,bölgə ilə baglı nəqliyyat,kommunikasiya,loqistika layihələrinin uğurlu icrası üçün İƏT üçün yaxşı perspektivlər vəd edir.
Tədbirdə üzv dövlətlər arasında ticarət əlaqələrinin,iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar mövzuların,habelə, Yaxın Şərq və Mərkəzi Asiyanın nəqliyyat,kommunikasiya,loqistika sahəsində problemlərinin qarşılıqlı,faydalı əməkdaşlıq müstəvisi üzərində həlli,enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq,kənd təsərrüfatı,iqlim və ekoloji faktorların bu sahəyə təsir imkanları,Transxəzər Qaz layihəsinin perspektivkəri ilə bağlı ciddi müzakirələrin aparılacağı,Orta Dəhlizlə bağlı ismarıcların veriləcəyi gözlənilir.Təşkilata üzv olan dövlətlər arasında 2021-ci il üçün ticari dövriyyə təxminən 95 milyard təşkil etmişdir. Bu üzv dövlətlərin ümumi ticari dövriyyəsinin cəmi 10%-ni təşkil edir. Bu baxımdan üzv dövlətlər arasında ticarət münasibətlərinin genişləndirilməsi üçün müzakirələrin İƏT-nin 17-ci sammitində xüsusən diqqət mərkəzində olacağı gözlənilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 616   Tarix: 04 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI

Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. BİG.AZ -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü

00:15 119
.

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI

Həm şagirdlər, həm də müəllimlər məktəblərdə müəyyən normalara əməl etməlidirlər. O normalar əsasında məktəbin fəaliyyəti tənzimlənməlidir. Bu sözləri millət vəkili Ceyhun Məmmədov bildirib. "Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır. O mənada verilən qərarın əsas məqsədi məktəbdə səliqəli geyimi

10.10.2026 385
.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

00:19 118
.

Laçında mebel istehsalının dəyəri ötən il 31 dəfə artıb

2025-ci ildə Laçın rayonunda 83,5 min manat dəyərində mebel istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 31 dəfə çoxdur. Hesabat dövründə Laçında 59 milyon 539,7 min manat (8,2 % az) dəyərində sənay

10.10.2026 120
.

"Çelsi" futbolçusu Koul Palmerlə müqavilənin müddətini uzadıb

İngiltərənin "Çelsi" klubu yarımmüdafiəçi Koul Palmerlə müqavilənin müddətinin uzadıldığını elan edib. "Report" London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun müqaviləsinin müddəti 2034-cü il iyun ayının sonuna qədər nəzərdə tutulub. K.Palmer 2023-c

10.10.2026 146
.

Qadını şantaj edən gənc həbs olundu

Bakıda qadını şantaj edən gənc həbs olunub. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. İnternet vasitəsilə tanış olduğu qadınla hoteldə görüşən şəxs onun görüntülərini lentə alıb. Daha sonra görüntüləri qadına göndərərək yayacağı ilə hədələməklə 2 dəf

10.10.2026 172
.

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara

10.10.2026 167
.

İlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTO

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:. "Sizi Azərbaycan torpağında bir daha görməkdə

10.10.2026 287
.

Azərbaycanda çörək bahalaşacaq? - AÇIQLAMA

Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddəti 2027-ci il yanvarın 1-də bitir. 2016-cı ildən tətbiq edilən azadolmanın məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, strateji ərzaq məhsullarının qiymət artımının qarşısını alma

00:13 108
.