Okeanlarda milyon illər əvvəl baş vermiş hadisə təkrarlana bilər?
Okeanlar bir zamanlar nəhəng vulkan püskürməsi nəticəsində demək olar ki, bütün oksigenini itirmişdi. Bu balansın bərpası minlərlə il çəkmişdi. Bu gün isə elmi müşahidələrə əsasən, dəniz və okeanlarda yenidən oksigen çatışmazlığı təhlükəsi yaranır.
Qaynarinfo xəbər verir ki, Earth.com saytının məlumatına görə, milyonlarla il əvvəl yeraltı vulkanların güclü püskürməsi nəticəsində Yerin su və hava atmosferinə bir anda 20 giqatonndan artıq karbon qazı daxil olmuşdu. Bu hadisə müasir Cənubi Afrikanın sahillərində baş verib.
Planetin temperaturu yüksəlmiş, okean sularının qarışması ləngimiş və kimyəvi tərkibi dəyişərək oksigen səviyyəsi kəskin azalmışdı. Həmin dövrdə okeanlarda yaşıl yosunlar sürətlə artmış, vulkanik külü emal etsələr də, eyni zamanda oksigen çatışmazlığını dərinləşdirmişdilər.
Oksigen çatışmazlığı təxminən 500 min il davam etmiş və yalnız vulkanik fəallıq azaldıqdan sonra karbon və oksigen dövranı bərpa olunmuşdu. Həmin dövrdən xatirə olaraq dəniz dibində çoxlu əhəngdaşı çökmələri qalıb. Bu çöküntülər xüsusilə Qara dənizin dibi kimi bölgələrdə geniş yayılıb.
Kaliforniya Texnologiya İnstitutunun professoru Fransua Tisso hesab edir ki, o dövrlə müqayisə edilə biləcək kimyəvi dəyişikliklər müasir okeanlarda da baş verə bilər. Dəniz ekoloqu Deniz Breytburqun sözlərinə görə, suyun tərkibində həll olmuş oksigen ehtiyatları 1960-cı ildən bəri 2 faiz azalıb.
2024-cü ildə aparılmış tədqiqatlar göstərir ki, iqlim dəyişikliyi nəticəsində suyun oksigensizləşməsi prosesi sürətlənib. Bu templə davam edərsə, 2100-cü ilə qədər orta dərinlikdəki su qatlarında oksigen səviyyəsi 20 faizədək azala bilər. Bu isə bir çox dəniz canlısı və bitkiləri üçün ciddi təhlükə yaradır. Hazırda dünyada müxtəlif bölgələrdə "ölü zonalar" aşkarlanır. Belə zonalar əsasən 400-dən artıq estuari (çayla dənizin qovuşduğu bölgələr) ərazilərində qeydə alınıb və bu da açıq dənizlərdə də genişmiqyaslı dəyişikliklərin baş verdiyini göstərir.
Alimlər bu prosesi dayandırmaq üçün istixana qazlarının emissiyasını azaltmağa, iqlim dəyişikliyini yavaşlatmağa çağırırlar. Onların fikrincə, müasir texnologiyalar – peyklər, avtonom suüstü qurğular və dəniz dibi sensorları artıq okeanlardakı oksigen səviyyəsini real vaxta yaxın dəqiqliklə izləyir. Bu baxımdan, oksigen itkisinin qarşısını almaq üçün əsas tədbirlər kimi, fosil yanacaqların istifadəsinin azaldılması, karbon toplayan ekosistemlərin qorunması və qida maddələrinin dənizə axınının məhdudlaşdırılması təklif olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 825 Tarix: 04 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Çelsi" futbolçusu Koul Palmerlə müqavilənin müddətini uzadıb
İngiltərənin "Çelsi" klubu yarımmüdafiəçi Koul Palmerlə müqavilənin müddətinin uzadıldığını elan edib. "Report" London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun müqaviləsinin müddəti 2034-cü il iyun ayının sonuna qədər nəzərdə tutulub. K.Palmer 2023-c
10.10.2026 146 Nyu-Dehlidə "Tarakanlar"ın lideri irimiqyaslı etiraz aksiyası ərəfəsində saxlanılıb
Hindistan Seçki Komissiyası rəhbərinin istefası tələbi ilə keçiriləcək aksiya ərəfəsində "Cockroach" ("Tarakan") gənclər hərəkatının lideri Abxicit Dipke Dehli hava limanında saxlanılıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, saxlanılma barədə məlumatı hərəkatı
10.10.2026 176 İsmayıllıda ev və köməkçi tikili yanıb
İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç
10.10.2026 166 Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. BİG.AZ xəbər verir ki, Azərbaycan Prezidenti və Çeçenistan başçısı "Bakı Ağ Şəhər"də olublar. Səfər zamanı İlham Əliyev və Ramzan Kadırov birg
10.10.2026 165 Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand
00:09 119 Zelenski: Ukrayna yaxın günlərdə F-16 üçün Finlandiyadan döyüş sursatları alacaq
Ukrayna yaxın günlərdə F-16 qırıcı təyyarələri üçün Finlandiyadan döyüş sursatları alacaq. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığının yekunlarına dair bildirib. "Hava məkanımızın müdafiəsi üçü
10.10.2026 183 Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro
00:44 88 Almaniya ABŞ-nin dizel qərarına baxmayaraq, Rusiyaya qarşı yeni sanksiyalardan imtina etməyəcək
Almaniya yanacaq qıtlığını azaltmaq məqsədilə Moskva və Vaşinqtonun dizel yanacağının dünya bazarlarına tədarükü barədə razılaşmasına baxmayaraq, Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsinə çalışmaqda davam edəcək. "Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə Almaniy
10.10.2026 168 Gələcəkdə pensiyalar AZALACAQ
Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. BİG.AZ -a istinadən xəbər verir ki, iqtisadç
00:41 90