"Biz cəmiyyət olaraq oturduğumuz budağı kəsməməliyik"-EKSPERTDƏN AÇIQLAMA

"Biz cəmiyyət olaraq oturduğumuz budağı kəsməməliyik"-EKSPERTDƏN AÇIQLAMAElə hadisələr var ki, cəmiyyətdə ciddi təəssüf doğurur. Bu cür hallardan biri də 28 nömrəli uşaq musiqi məktəbinin müdir müavininin sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlıdır.

BiG.AZ xəbər verir ki, yayılan səs yazısında məktəb rəhbərinin qarşısındakı şəxsləri alçaltdığı və jarqon ifadələrdən istifadə etdiyi eşidilir.

Bəs rəhbər vəzifə tutan şəxslərin nalayiq sözlər işlətmək haqqı varmı?

Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, hər kəs, o cümlədən müəllim və məktəb rəhbərləri də insandır. Onun sözlərinə görə, bəzi hallarda valideynlər və şagirdlər müəllimləri bilərəkdən provokasiyaya çəkir və sonradan onların səslərini gizli şəkildə yazaraq yayımlayırlar:

"Nəzərə almaq lazımdır ki, burada insan amili var və səs yazan tərəflər bəzən bunu məqsədli şəkildə həyata keçirirlər. Məqsəd həmin şəxsi gözdən salmaq və işdən uzaqlaşdırmaq olur. Təbii ki, bu cür hallarda müəllimlər və rəhbər şəxslər də etik davranış qaydalarına riayət etməlidirlər. Amma hər bir belə hadisə detallı şəkildə araşdırılmalı, kontekst nəzərə alınmalıdır. Heç kim planlaşdırılmış tələlərdən tam sığortalanmayıb".

Ekspert eyni zamanda valideynlərə və cəmiyyətə çağırış edərək qeyd edib:

"Müəllimləri, rəhbər şəxsləri səslərini gizli yazmaqla cəmiyyət qarşısında biabır etmək, onları işdən çıxartdırmaq yol deyil. Bu, məsələni həll etmir. Biz cəmiyyət olaraq oturduğumuz budağı kəsməməliyik".

Qafarov əlavə edib ki, rəhbər vəzifədə çalışanlar, xüsusilə təhsil sahəsində çalışan şəxslər istənilən halda etik davranış qaydalarına əməl etməli, cəmiyyətə nümunə olmalıdırlar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1274   Tarix: 04 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI

Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. BİG.AZ -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü

00:15 119
.

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI

Həm şagirdlər, həm də müəllimlər məktəblərdə müəyyən normalara əməl etməlidirlər. O normalar əsasında məktəbin fəaliyyəti tənzimlənməlidir. Bu sözləri millət vəkili Ceyhun Məmmədov bildirib. "Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır. O mənada verilən qərarın əsas məqsədi məktəbdə səliqəli geyimi

10.10.2026 385
.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

00:19 118
.

Laçında mebel istehsalının dəyəri ötən il 31 dəfə artıb

2025-ci ildə Laçın rayonunda 83,5 min manat dəyərində mebel istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 31 dəfə çoxdur. Hesabat dövründə Laçında 59 milyon 539,7 min manat (8,2 % az) dəyərində sənay

10.10.2026 120
.

"Çelsi" futbolçusu Koul Palmerlə müqavilənin müddətini uzadıb

İngiltərənin "Çelsi" klubu yarımmüdafiəçi Koul Palmerlə müqavilənin müddətinin uzadıldığını elan edib. "Report" London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun müqaviləsinin müddəti 2034-cü il iyun ayının sonuna qədər nəzərdə tutulub. K.Palmer 2023-c

10.10.2026 146
.

Qadını şantaj edən gənc həbs olundu

Bakıda qadını şantaj edən gənc həbs olunub. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. İnternet vasitəsilə tanış olduğu qadınla hoteldə görüşən şəxs onun görüntülərini lentə alıb. Daha sonra görüntüləri qadına göndərərək yayacağı ilə hədələməklə 2 dəf

10.10.2026 172
.

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara

10.10.2026 167
.

İlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTO

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:. "Sizi Azərbaycan torpağında bir daha görməkdə

10.10.2026 287
.

Azərbaycanda çörək bahalaşacaq? - AÇIQLAMA

Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddəti 2027-ci il yanvarın 1-də bitir. 2016-cı ildən tətbiq edilən azadolmanın məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, strateji ərzaq məhsullarının qiymət artımının qarşısını alma

00:13 108
.