Eldəniz Əmirov: "Sammit regionun siyasi-iqtisadi xəritəsini formalaşdıracaq"

Eldəniz Əmirov: "Sammit regionun siyasi-iqtisadi xəritəsini formalaşdıracaq"Müxtəlif beynəlxalq və qlobal tədbirlərə ev sahibliyi edən Azərbaycan növbəti zirvə görüşünü keçirir. Belə ki, 2025-ci ilin 3-4 iyul tarixlərində Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO/İƏT) üzv ölkələrin liderləri bir araya gəlib. Xankəndidə baş tutan 17-ci sammitlə yanaşı, Ağdamda Gənclər, Şuşada Biznes və Laçında Qadınlar forumları keçirilib.
Zirvə görüşünün işğaldan azad olunan torpaqlarda keçirilməsi Azərbaycanın növbəti diplomatik uğurlarından biridir. ECO Azərbaycanın ən aktiv təmsil olunduğu qurumlardandır. Təşkilatın əsas məqsədi ortaq din və mentalitet birliyi olan üzv ölkələrin iqtisadi əməkdaşlığını artırmaqdır.

13 ölkə liderinin iştirak etdiyi tədbirdə bölgənin gələcəyi ilə bağlı çox önəmli müzakirələr aparılacaq. ECO-ya üzv dövlətlər dəfələrlə Qarabağ münaqişəsinə konkret münasibət bildirib, beynəlxalq normalara qarşı çıxaraq Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistana tənqidi mövqe sərgiləyiblər. 2021-ci il noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında Prezident İlham Əliyev iştirak etmişdi.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, bu zirvə görüşü təkcə Azərbaycan üçün deyil, iştirak edən bütün ölkələr üçün həm siyasi, həm də iqtisadi baxımdan önəmli nəticələr verəcək:
Eldəniz Əmirov: "Sammit regionun siyasi-iqtisadi xəritəsini formalaşdıracaq""Bu sammit regionların diplomatik, siyasi və iqtisadi xəritələrinin formalaşmasına təsir göstərəcək. Eyni zamanda, liderlərin çıxışları və irəli sürəcəkləri təkliflər müsbət nəticələr doğura bilər".

Əmirov əlavə edib ki, Azərbaycan tərəfindən işğaldan azad edilmiş ərazilərdə – Xankəndi, Laçın kimi şəhərlərdə bu səviyyəli tədbirlərin keçirilməsi sammitin nə qədər geniş və əhəmiyyətli olduğunu göstərir:

"Ancaq qeyd etmək lazımdır ki, sammitdə iştirak edən ölkələr arasında iqtisadi münasibətlər siyasi əlaqələrdən geri qalır. Bu sahədə konkret addımlar atılmalı, ölkələr daxili istehsalı artırmaqla yanaşı, qarşılıqlı dəstəyə əsaslanan iqtisadi model qurmalıdırlar. Hazırda üzv dövlətlər arasında ticarət dövriyyəsi çox azdır və bu, ciddi suallar doğurur."
Eldəniz Əmirov: "Sammit regionun siyasi-iqtisadi xəritəsini formalaşdıracaq"Ekspertin sözlərinə görə, bu məsələ sammitdə Özbəkistan Prezidenti tərəfindən də xüsusi vurğulanıb:

"Mövcud potensialın yalnız kiçik bir hissəsi reallaşdırılıb. İqtisadi inteqrasiyanın dərinləşməsi üçün atılacaq hər bir addım bütün bölgəyə fayda gətirəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 790   Tarix: 04 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI

Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. BİG.AZ -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü

00:15 119
.

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI

Həm şagirdlər, həm də müəllimlər məktəblərdə müəyyən normalara əməl etməlidirlər. O normalar əsasında məktəbin fəaliyyəti tənzimlənməlidir. Bu sözləri millət vəkili Ceyhun Məmmədov bildirib. "Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır. O mənada verilən qərarın əsas məqsədi məktəbdə səliqəli geyimi

10.10.2026 385
.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

00:19 118
.

Laçında mebel istehsalının dəyəri ötən il 31 dəfə artıb

2025-ci ildə Laçın rayonunda 83,5 min manat dəyərində mebel istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 31 dəfə çoxdur. Hesabat dövründə Laçında 59 milyon 539,7 min manat (8,2 % az) dəyərində sənay

10.10.2026 120
.

"Çelsi" futbolçusu Koul Palmerlə müqavilənin müddətini uzadıb

İngiltərənin "Çelsi" klubu yarımmüdafiəçi Koul Palmerlə müqavilənin müddətinin uzadıldığını elan edib. "Report" London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun müqaviləsinin müddəti 2034-cü il iyun ayının sonuna qədər nəzərdə tutulub. K.Palmer 2023-c

10.10.2026 146
.

Qadını şantaj edən gənc həbs olundu

Bakıda qadını şantaj edən gənc həbs olunub. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. İnternet vasitəsilə tanış olduğu qadınla hoteldə görüşən şəxs onun görüntülərini lentə alıb. Daha sonra görüntüləri qadına göndərərək yayacağı ilə hədələməklə 2 dəf

10.10.2026 172
.

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara

10.10.2026 167
.

İlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTO

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:. "Sizi Azərbaycan torpağında bir daha görməkdə

10.10.2026 287
.

Azərbaycanda çörək bahalaşacaq? - AÇIQLAMA

Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddəti 2027-ci il yanvarın 1-də bitir. 2016-cı ildən tətbiq edilən azadolmanın məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, strateji ərzaq məhsullarının qiymət artımının qarşısını alma

00:13 108
.