SOS: Qız uşaqlarının sayı kəskin azalıb - Bir rəqəmin arxasındakı gerçək

SOS: Qız uşaqlarının sayı kəskin azalıb - Bir rəqəmin arxasındakı gerçəkSosioloq selektiv abortların geniş yayılmasını cəmiyyətin kişi mərkəzli təbiəti ilə əlaqələndirir
2025-ci ilin yanvar-iyun ayları ərzində 46 437 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunub və ödəniş edilib. Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Müavinət ödənişləri 21 765 nəfər qız, 24 672 nəfər oğlan uşağına görə aparılıb.

Rəqəmlərdən görünür ki, yeni doğulan qız uşaqlarının sayında kəskin azalma var. Sosioloqlar bildirir ki, cəmiyyətdə kişilərin sayının bu artımla davam etməsi ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər. Bura gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri və kriminal səviyyənin artması da aiddir.

Sosioloqlar isə düşünür ki, adətən qız uşaqlarına olan istəksizlik inkişaf etməmiş, partriarxal cəmiyyətlərdə özünü göstərir. Buna səbəb isə ailələrin qızları zəif hesab etməsidir. Belə ki, bu sayaq cəmiyyətlərdə qadınların hüquqları daha çox pozulur. Qız uşaqları qəbul edilmədiyi və tək uşaq istəyi səbəbindən tez-tez götürülür.

Azərbaycanda selektiv abort geniş yayılıb. Doğrudur, qanunvericilikdə cinsi mənsubiyyətinə görə ayrı-seçkilik yolverilməzdir. Bununla belə, Azərbaycan selektiv abortların ümumi mənzərəsinə görə dünyada liderdir. Bir çox ailələrdə qadınların reproduktiv sağlamlıq hüquqları qorunmur, ailə üzvlərinin istəyinə əsasən qadın hamiləliyi süni şəkildə dayandırmağa məcbur edilir. Bəzən də qadın yalnız qız uşaqları dünyaya gətirdiyi üçün tərk edilir.

Amma bəzi mütəxəssislərə görə, ölkəmizdə oğlan uşaqlarının sayının çox olmasının müsbət tərəfləri çoxdur. Birinci növbədə ordumuz üçün vacibdir. Həmçinin güc strukturlarında və müxtəlif ağır işlərdə kişilərin sayının çox olması şərtdir. Bu məsələnin mənfi tərəfi odur ki, bəzi analar öz övladlarını dünyaya gətirmədən tələf edirlər. Yəni selektiv abortla bağlı problemlər də var. Bu isə birbaşa mənəviyyat məsələsidir. Yəni valideyn öz övladının qətlinə razı olur. Bu baxımdan həmin valideynlərin özlərində də psixoloji dəyişikliklər olur və cəmiyyətə neqativ enerji ötürürlər. Ümumiləşdirsək, təbii yolla oğlan uşaqlarının sayının artımı müsbət haldır, azalması təhlükədir.

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev "Yeni Müsavat"a danışıb. Sosioloq selektiv abortların Azərbaycanda geniş yayılmasını cəmiyyətin kişi mərkəzli təbiəti ilə əlaqələndirib. O, bildirib ki, bu sahədə Azərbaycan dünyada lider ölkələrdən biridir: "Selektiv abort statistikasına görə biz dünya üzrə, hətta ən çox əhalisi olan Çin Xalq Respublikasını belə üstələyirik. Hətta Çin selektiv abortlara görə Azərbaycandan geri qalır.

Selektiv abortlar Azərbaycan cəmiyyəti üçün spesifikdir. Çünki Azərbaycan ənənəvi, kişi mərkəzli cəmiyyətdir. Burada patriarxal düşüncə mövcuddur və belə bir cəmiyyətdə oğlan uşaqlarına daha çox üstünlük verilir. Bu, qeyd etdiyim kimi, cəmiyyətimizin kişi mərkəzli təbiətindən irəli gəlir. Ona görə də selektiv abortlar, təəssüf ki, bu gün aktualdır".

Sosioloq qeyd edib ki, oğlan uşaqlarına yönəlik bu üstünlük qədim zamanlardan bəri formalaşan arxetipik düşüncələrin nəticəsidir:

"Selektiv abort cəmiyyətimizdə arxetip yanaşmalarla bağlıdır. Yəni məlum olduğu kimi, cəmiyyətimizdə hər zaman oğlanlara "düşmən çəpəri" kimi yanaşıblar. Bu, orta əsr düşüncəsindən irəli gəlir. Hətta orta əsr və daha əvvəlki dövrlərdə də bu var idi. Bizim "Dədə Qorqud" eposunda da buna rast gəlirik. Məsələn, qız uşağı olanları qara çadra, oğlan uşağı olanları isə ağ çadra göndərirdilər. Yəni zaman-zaman bu arxetip yanaşma nəsildən-nəslə ötürülərək yaşayıb.

Bu gün də görürük ki, statistikaya əsasən, əhali arasında 25-30 yaşa qədər oğlanlar üstünlük təşkil edir. Lakin 30-35 yaşdan sonra artıq qadınların sayı yavaş-yavaş artmağa başlayır. Eləcə də ahıllar arasında qadınlar üstünlük təşkil edir.

Ümumiyyətlə, məlum olduğu kimi, qızlar doğularkən daha güclü immunitetə malik olur, oğlan uşaqlarının isə həyatda qalma ehtimalı daha az olur. Müharibələr zamanı, nəqliyyat qəzalarında da daha çox kişilər həlak olur. Çünki nəqliyyatdan istifadə daha çox kişilərin payına düşür.

Eyni zamanda kişilər arasında ölümlə nəticələnən dava-dalaş halları da daha çox müşahidə olunur. Beləliklə də, 30 yaşdan sonra kişilər və qadınlar arasında say nisbəti qadınların xeyrinə dəyişir".

Üzeyir Şəfiyev abortlarla bağlı qanunvericiliyə də toxunaraq bildirib ki, mövcud qanunlar daha çox qadın hüquqlarını mərkəzə alır:

"Abortların qadağan olunması ilə bağlı bəzi qanunlar var, amma bu qanunların özü də qadın mərkəzlidir. Məsələn, abortla bağlı qanunlara diqqət yetirdikdə, həm Nazirlər Kabinetinin qərarına, həm də digər normativ sənədlərə baxanda görürük ki, bu qanunlar daha çox qadınlar üçündür. Dölün abort edilməsi ilə bağlı yalnız ananın hüququ tanınır. 12 həftədən 22 həftəyə qədər yalnız sosial və tibbi əsaslarla aborta icazə verilir. Yəni görürük ki, bu məsələ ilə bağlı qanun və qadağalar uşaq mərkəzli deyil, qadın mərkəzlidir. Bu baxımdan hesab edirəm ki, selektiv abortlarla bağlı daha uşaq mərkəzli qərarlar verilməlidir.

Doğrudur, Nazirlər Kabinetinin qərarı var ki, uşağın doğulmasına qədər cinsiyyətinin müəyyən edilməsi ilə bağlı qadağa qoyulub. Ancaq hesab edirəm ki, bu qərarların icrası üzərində nəzarət mexanizmi gücləndirilməlidir".

Sosioloq təklif edir ki, Cinayət Məcəlləsinə də bu istiqamətdə dəyişiklik edilə bilər:

"Bəlkə də abortlarla bağlı Cinayət Məcəlləsində dəyişiklik etmək olar ki, ana bətnində dölün bəlli bir müddətdən sonra öldürülməsi insan qəsdi kimi dəyərləndirilsin. Bu, daha çəkindirici ola bilər.

Daha bir məsələ: çox yaxşı olardı ki, maarifləndirmə işləri də genişləndirilsin. Doğrudur, bir sosioloq kimi deyə bilərəm ki, orta perspektivdə Azərbaycanda bu problem olmayacaq. Çünki ailə planlaşdırılmasında artıq çoxuşaqlı ailələrə üstünlük verilmir. Uzağı bir və ya iki uşaq planlaşdırılır. Birinci uşağın abort edilməsi ehtimalı çox aşağıdır. Çünki birinci uşağı abort etdirmək çox risklidir. İkinci və üçüncü uşaqlarda isə artıq selektiv abort ehtimalı artır. Hesab edirəm ki, bununla bağlı bir qədər qərar və qanunlarda da təkmilləşdirmə aparmaq mümkündür.

Elə qızlar var ki, oğlanlardan daha bacarıqlıdır, valideynə qarşı daha qayğıkeş və diqqətlidir. Hesab edirəm ki, bu fikir ətrafında maarifləndirmə işləri aparmaq lazımdır.

Beləliklə, hazırda qızların sayının az olmasını sosial siqnal kimi qarşılamıram. Çünki qeyd etdiyim kimi, qızların azlığı əsasən 30 yaşa qədər müşahidə olunur. 30 yaşdan sonra isə statistikada qızlar, yəni qadınlar üstünlük təşkil etməyə başlayır."


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 535   Tarix: 05 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

"2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Çeçenistan Respublikasını

10.10.2026 163
.

Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda

"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro

00:44 88
.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

00:19 118
.

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Mal ətinin qiymətindəki artım bazarlarda kənd toyuğuna marağı artırıb. Tələbatın yüksəlməsi isə öz növbəsində qiymətlərə təsir göstərib. BİG.AZ"Xəzər" TV-yə istinadən xəbər verir ki, paytaxtla yanaşı, bölgələrdə də kənd toyuğunun qiymətində təxminən 2-5 manat arasında artım müşahidə olunur

00:23 113
.

Avtobusdan istifadə edənlərin nəzərinə: ARTIM VAR

Bakıda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı son iki ildə 12 faiz bəndi artaraq 89 faizə yüksəlib. Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, 2024-cü ildə paytaxtda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişləri

00:38 101
.

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

2027-dən yüksək pensiyalara yeni qayda - 7 min manatlıq pensiyanın artımı 651 manatdan 324 manata düşəcək. 2027-ci ildən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydası dəyişəcək. Mövcud sistemdə bütün pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq eyni faizlə artırılırdı

00:21 115
.

Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. BİG.AZ xəbər verir ki, Azərbaycan Prezidenti və Çeçenistan başçısı "Bakı Ağ Şəhər"də olublar. Səfər zamanı İlham Əliyev və Ramzan Kadırov birg

10.10.2026 165
.

Qadını şantaj edən gənc həbs olundu

Bakıda qadını şantaj edən gənc həbs olunub. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. İnternet vasitəsilə tanış olduğu qadınla hoteldə görüşən şəxs onun görüntülərini lentə alıb. Daha sonra görüntüləri qadına göndərərək yayacağı ilə hədələməklə 2 dəf

10.10.2026 172
.

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç

10.10.2026 166
.