Koronivurus YAYILIR: Azərbaycanda yenidən qapanma olacaq?

Koronivurus YAYILIR: Azərbaycanda yenidən qapanma olacaq?Xəbər verdiyimiz kimi, əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlamətlərlə xarakterizə olunur.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlamasında hal-hazırda Azərbaycanda COVID-19 infeksiyasının "Omikron" ştamının mövcud olduğunu bildirib:

"Azərbaycanda, həm də bir çox digər ölkələrdə COVID-19 infeksiyasının "Omikron" variantının bəzi altnövləri hələ də dövriyyədədir. Bu ştamlar yüksək yoluxuculuq qabiliyyətinə malik olsa da, sağlam və immun sistemi normal olan insanlarda xəstəlik əsasən yüngül keçir və bir neçə gün ərzində sağalma ilə nəticələnir.

Yüksək hərarət, boğaz ağrısı, burun axması və ya tutulması, öskürək, oynaq və əzələ ağrıları ilə müşahidə olunan hallar isə əksər hallarda müxtəlif respirator virus infeksiyaları ilə bağlıdır. Bu viruslar əsasən hava-damcı yolu ilə yayılır və xüsusilə insanların sıx toplaşdığı məkanlarda sürətlə yoluxma halları baş verir.

Bu cür simptomlarla müşahidə olunan infeksiyalar çoxdur və onların gedişatı şəxsin fərdi xüsusiyyətlərindən - xüsusilə immun vəziyyətindən asılı olaraq dəyişə bilər".

Bəs "Omikron" variantının yayılması qapanmaların tətbiq olunmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd edib ki, bəzi xəstələrin bədənində "Omikron" ştammının mutasiya variantı qalır:

"Əvvəla qeyd edim ki, bu "Omikron" ştamının çoxsaylı mutasiya variantları zaman-zaman peyda olur və nəyə görə biz "Omikron"dan sonraki ştamları bu cür adlandırmırıq. Çünki qlobal pandemiya onun ilə bitdi. Sonrakı epidemik ocaqlar ayrı-ayrı yerlərdə, müxtəlif dövrlər pandemiya olmadığına görə həmin o yunan hərflərini adlandırılmır. Amma "Omikron"un mutasiya variantları davam edir. Buna şəbəb vətəndaşlar vaksinasiya olunsa da, infeksiya zəncəri qırılsa da, hələ virus HİV-li xəstələrdə, terminal xəstələrdə, imun sistemi çox zəif olan xəstələrdə, immunosupressiya fonunda olan xəstələrdə, məsələn, orqan köçürülmüş, sonra müxtəlif autoimmun xəstəlik olan hansılar ki dərman qəbul edirlər, bütün bunlar müəyyən bir fondur. Bu xəstələrdə virus bədəndə qalır, hüceyrələrdə mutasiyaya uğrayır və yeni bir formada insanları yoluxdurur. Cəmiyyətdə problem yaradan da budur".

Professor bu gün Azərbaycanda yayılan virusun "Omikron" ştamının mutasiya variantı olduğunu deməyimiz fərziyə ola bilər deyə qeyd edib:

"Bu gün Azərbaycanda yayılan virusun "Omikron" ştamının mutasiya variantı olan "İnfluenza", "parvovirustur" və yaxud digər başqa bir qrip virusudur demək üçün bunu birmənalı olaraq rəsmi qurumlar mikroskop altına identifikasiya edib, sonra camaata məlumat verməlidir. Bizim bunu belə deməyimiz bir fərziyə olacaq".

Virusa yoluxma halları artarsa yenidən karantin qaydalarının tətbiq olunmasına, qapanmaların olmasına səbəb ola bilərmi sualına Adil Qeybulla hələlik bu cür ehtimalın olmadığını bildirib:

"Karantin ehtimalı hələlik yoxdur, çünki karantin məsələsi Dünya Səhiyyət Təşkilatının tövsiyyəsi əsasında həyata keçirilə bilər. Biz dünya təcrübəsinə müraciət edirik ki, orada vəziyyət necədir? Bu vəziyyəti nəzərə alaraq biz analoji bir qərar verə bilərik. Amma hələlik mən bunun qorxusunu görmürəm. Amma bunun ilə yanaşı da əlbəttə virusun bu şəkildə mutasiya variantları davam edirsə, biz çalışmalıyıq ki, mümkün qədər yoluxma sayını azaldaq. Yoluxma sayını azaltmaq, karantin qaydalarına əməl etmək, əlləri yumaq, məsafə gözləmək, maska taxmaq, yoluxan şəxs ilə təmasları azaltmaq lazımdır. Yəni, bütün bunları etsək, təmaslar azalsa, təbii ki, virusunda bir orqanizmdən digərək köçmək və orada lövbər salmaq imkanları olmayacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1004   Tarix: 06 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç

10.10.2026 166
.

Cozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır

Livan Prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampın iki ölkə arasında təxminən 40 il qüvvədə olan birbaşa aviareyslərə qoyulmuş məhdudiyyəti ləğv etmək qərarını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məluma

10.10.2026 166
.

Türkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi

Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək

10.10.2026 161
.

İlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTO

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:. "Sizi Azərbaycan torpağında bir daha görməkdə

10.10.2026 287
.

Zelenski: Zaporojyeyə zərbə nəticəsində 12 nəfər ölüb

Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 3-ü uşaq olmaqla 12 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, daha 14 nəfər yaralanıb, onlardan 2-si kritik vəziyyətdədir. Zelenski əlavə edib ki, hadisə yerind

10.10.2026 172
.

Nyu-Dehlidə "Tarakanlar"ın lideri irimiqyaslı etiraz aksiyası ərəfəsində saxlanılıb

Hindistan Seçki Komissiyası rəhbərinin istefası tələbi ilə keçiriləcək aksiya ərəfəsində "Cockroach" ("Tarakan") gənclər hərəkatının lideri Abxicit Dipke Dehli hava limanında saxlanılıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, saxlanılma barədə məlumatı hərəkatı

10.10.2026 176
.

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

2027-dən yüksək pensiyalara yeni qayda - 7 min manatlıq pensiyanın artımı 651 manatdan 324 manata düşəcək. 2027-ci ildən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydası dəyişəcək. Mövcud sistemdə bütün pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq eyni faizlə artırılırdı

00:21 115
.

NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil

NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib. xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. "Kalininqradla bağlı məsələ tam aydın olmalıdır: NATO hər hansı bir blokada hazırlamır

10.10.2026 185
.

ABŞ İranın raket istehsalı obyektlərini məhv edə bilməyib

ABŞ və İsrailin aylarla davam edən hava hücumlarına baxmayaraq, İran özünün raket və pilotsuz uçuş aparatları (PUA) istehsal edən zavodlarını qoruyub saxlaya bilib. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb. Mənbələrin məlumatına görə, Tehran hələ d

10.10.2026 134
.