Bu bazar BAĞLANDI- FOTO

Bu bazar BAĞLANDI- FOTOFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən Milli.Az-a verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Astara şəhərində yerləşən Həziyev Rauf Mirzəşəfi oğluna məxsus Astara Mərkəzi Bazarında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- bazarın dam örtüyünün taxta konstruksiyaları odadavamlı məhlulla hopdurulmayıb;

- bazardakı tikililərin daxilində təşkil olunmuş satış sahələri yanar konstruksiyalarla quraşdırılıb və tavanları polietilen və tezalışan sintetik materiallarla üzlənib;

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb;

- bazarın ərazisində yanğına qarşı su hovuzu və daxili yanğın kranları mövcud deyil;

- bazar avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi ilə təchiz olunmayıb;

- bazar ilkin odsöndürən alət və avadanlıqlarla tam təmin olunmayıb;

- mümkün yanğın və qəzalar zamanı insanların və qiymətli əşyaların köçürülməsi üçün "Təxliyə planı" işlənib hazırlanmayıb;

- obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Astara şəhərində yerləşən Həziyev Rauf Mirzəşəfi oğluna məxsus Astara Mərkəzi Bazarının fəaliyyətinin qismən dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Bu bazar BAĞLANDI- FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 941   Tarix: 06 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu sadə üsul internetdə trend olub: Televizorun altına niyə folqa qoyurlar?

Son vaxtlar sosial şəbəkələrdə maraqlı bir üsul sürətlə yayılır. Bir çox istifadəçi televizorun altına alüminium folqa yerləşdirərək bunun mebeli tozdan qoruduğunu, təmizliyi asanlaşdırdığını və hətta televizorun işini yaxşılaşdırdığını iddia edir. Lakin mütəxəssislər bildirirlər ki, bu fikirlərin əksəriyyətini

19:15 1
.

Yoxsulluq, atasının gedişi, bacısının ölümü - Yan Diomandenin Avropa yolu

Azarkeşlər futbolçuları əsasən meydandakı çıxışları, vurduqları qollar və qazandıqları titullarla tanıyırlar. Ancaq hər uğurlu karyeranın arxasında çətin uşaqlıq illəri, ailə hekayələri, qarşılaşılan maneələr və böyük zəhmət dayanır. -ın yeni "Həyatın oyunçuları" rubrikasında dünya futbolunu

18:45 1
.

"Hər kəs öz bədəni ilə bağlı qərarı özü verməlidir"

Aktrisa Ülviyyə Xəlilbəyova sosial şəbəkədə etdiyi paylaşımla estetik prosedurlar ətrafında səslənən tənqidlərə münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu barədə instaqram hesabının hekayə bölməsində fikirlərini bölüşüb. Aktrisa bildirib ki, insanın xarici görünüşündə onu narahat edən məqam

12:03 239
.

Donald Trampın İran strategiyası tənqid edildi

ABŞ prezidenti Donald Trampın İrana qarşı siyasəti qeyri-müəyyən hesab olunur və qarşıdan gələn aralıq seçkilər ərəfəsində ciddi iqtisadi və siyasi risklər yarada bilər. xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb. "Ortada konkret strategiya yoxdur. O, qərarların

11:26 160
.

Donald Tramp: "Biz onların bütün elektrik stansiyalarını sıradan çıxaracağıq"

Tramp Tehran danışıqlar aparmazsa, İran infrastrukturuna zərbə vurmaqla bağlı əvvəlki təhdidini yenidən təkrarlayıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Tramp çərşənbə axşamı Fox News-a verdiyi müsahibədə deyib: "Enerji hədəflərini sona saxlayacağam, amma sonda enerji hədəflərinə çatacağıq"

12:16 182
.

ABŞ Nümayəndələr Palatası yay vaxtını daimi etmək üçün qanun layihəsini qəbul etdi

ABŞ Nümayəndələr Palatası çərşənbə axşamı yay vaxtını daimi etmək və 1960-cı illərdən bəri ABŞ-ın əksər hissəsində müşahidə olunan saatların ildə iki dəfə dəyişdirilməsi təcrübəsinə son qoymaq üçün qanun layihəsini qəbul etmək üçün böyük səs çoxluğu ilə səs verib. BİG.AZ The Jerusalem Post-a istinadə

12:46 179
.

Bu gündən Azərbaycanda yeni 100 manatlıq əskinaslar tədavülə buraxıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanını bu gündən tədavülə buraxır. Bu barədə AMB xəbər yayıb. Yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəv

19:45 1
.

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb

Ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda təqsirli bilinərək 5 il 2 ay müddətinə həbs edilən bloqer İlduzə Hacıyevanın (Arzum) hökmü tərəflərə verilib. "Qafqazinfo" məhkəmənin geniş müzakirə mövzusuna çevrildiyini nəzərə alaraq həmin hökmü əldə edib. İş materiallarınd

10:23 265
.

Tarkandan ailə fotosu

Müğənni Tarkan şəxsi bloqunda ailəsi ilə birlikdə nadir fotosunu paylaşıb. OLAY yazır ki, kadrlarda 2016-cı ildə ailə qurduğu həyat yoldaşı Pınar Dilek və iki il sonra dünyaya gələn qızı Liya yer alıb. "Həyatımdan da dəyərli olan iki can. Əziz qızım, həyatımıza günəş kimi daxil olduğun üçün ço

12:34 243
.

TOP MP3