Pensiyaçılarla bağlı VACİB AÇIQLAMA - Bu sahələrdə...

Pensiyaçılarla bağlı VACİB AÇIQLAMA - Bu sahələrdə...Əmək fəaliyyətini illərlə davam etdirib, nəhayət pensiyaya çıxan insanların həyatında yeni bir mərhələ başlayır. Lakin bu mərhələ Azərbaycanda bir çoxları üçün arzulanan istirahət dövrü yox, daha çox maddi sıxıntılarla müşayiət olunan çətinlik dövrünə çevrilir. Ölkədə insanların pensiyaya çıxmağa marağı yoxdur. Çünki aldıqları əməkhaqqı az, pensiya kapitalı isə yetərsizdir. O qeyd edir ki, Qərb ölkələrində insanlar təqaüdə çıxanda rahat yaşayırlar, bizdə isə pensiya alanların çoxu gündəlik xərclərini qarşılamaq üçün ya ailəsinə möhtac qalır, ya da əlavə iş axtarmağa məcbur olur.

Azərbaycanda dövlət büdcəsindən maliyyələşən şəxslər pensiya yaşına çatdıqda avtomatik olaraq işdən azad olunur. Amma bu şəxslərin aldıqları pensiya nə qədər dolanışığa yetərlidir? Ölkədə təqaüdçülər üçün hansı güzəştlər var? Kommunal xidmətlər, nəqliyyat, dərman təminatı sahəsində hər hansı endirimlər tətbiq edilirmi? Bu güzəştlər real ehtiyaclara cavab verir, yoxsa sadəcə formal xarakter daşıyır?

Məsələ ilə bağlı "Yeni Sabah"a açıqlama verən Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin İdarə Heyətinin sədri Səadət Bənənyarlı bildirib ki, bu gün sözügedən sahədə müəyyən işlərin görülməsinə ehtiyac var:

"Doğrudur, bir çoxları məlumatlı olmasa da, tibb sahəsində dərmanların verilməsi və həkim xidmətində o qədər də böyük problem yaşanmır. Amma yaşlı insanlarda cərrahiyyə və müalicə prosesləri daha baha başa gəlir. Sığorta varsa, heç də bunların hamısını təmin etmir. Toplanan pensiya kapitalından da istifadə etmək nəzərdə tutulmayıb.

İnsan pensiya yaşına çatırsa, həmin dövrə özünü hazırlamalıdır. Bütün hər şeyi dövlətin boynuna yıxmaq düzgün deyil. Qoca dövrümüzdə müəyyən ehtiyaclarımızı ödəmək haqqında əvvəlcədən düşünməliyik".

S.Bənənyarlı onu da vurğulayıb ki, təqaüdçülər müəyyən yerlərin ayrılması da nəzərdə tutula bilər:

"Ancaq sığınacaq olaraq yox, ən azından gündə bir dəfə nahar edib, müəyyən ehtiyaclarını qarşılasınlar. Təkcə yeməklə kifayətlənmək də insanı tamamlamır. Ömrü boyu işləyən insan birdən-birə evdə oturmağa məcbur olur. Bu zaman ya həmin insan özündə güc tapıb haradasa çalışmağa başlamalı, ya da müəyyən layihələr vasitəsilə insanların özünü göstərməsi üçün şərait yaradılmalıdır. Əgər səhhətləri imkan verirsə, günün müəyyən saatlarında uşaqlara dayəlik edə bilərlər. Bunu ailə üzvləri üçün də edirlər. Amma mən bunu doğru saymıram. Onlara bunun üçün ailələri müavinət ödəmir.

Bütün bu məsələləri aydınlaşdırıb yoluna qoymaq üçün müzakirələr aparılmalıdır. Bu təkcə bir nəfərdən sorğu alınmaq məsələsi deyil. Düşünülmüş proqram olmalıdır ki, belə insanlar özlərini həm maddi, həm də mənəvi cəhətdən təmin edə bilsinlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 866   Tarix: 06 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç

10.10.2026 166
.

Cozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır

Livan Prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampın iki ölkə arasında təxminən 40 il qüvvədə olan birbaşa aviareyslərə qoyulmuş məhdudiyyəti ləğv etmək qərarını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məluma

10.10.2026 166
.

Türkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi

Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək

10.10.2026 161
.

İlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTO

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:. "Sizi Azərbaycan torpağında bir daha görməkdə

10.10.2026 287
.

Zelenski: Zaporojyeyə zərbə nəticəsində 12 nəfər ölüb

Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 3-ü uşaq olmaqla 12 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, daha 14 nəfər yaralanıb, onlardan 2-si kritik vəziyyətdədir. Zelenski əlavə edib ki, hadisə yerind

10.10.2026 172
.

Nyu-Dehlidə "Tarakanlar"ın lideri irimiqyaslı etiraz aksiyası ərəfəsində saxlanılıb

Hindistan Seçki Komissiyası rəhbərinin istefası tələbi ilə keçiriləcək aksiya ərəfəsində "Cockroach" ("Tarakan") gənclər hərəkatının lideri Abxicit Dipke Dehli hava limanında saxlanılıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, saxlanılma barədə məlumatı hərəkatı

10.10.2026 176
.

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

2027-dən yüksək pensiyalara yeni qayda - 7 min manatlıq pensiyanın artımı 651 manatdan 324 manata düşəcək. 2027-ci ildən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydası dəyişəcək. Mövcud sistemdə bütün pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq eyni faizlə artırılırdı

00:21 115
.

NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil

NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib. xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. "Kalininqradla bağlı məsələ tam aydın olmalıdır: NATO hər hansı bir blokada hazırlamır

10.10.2026 185
.

ABŞ İranın raket istehsalı obyektlərini məhv edə bilməyib

ABŞ və İsrailin aylarla davam edən hava hücumlarına baxmayaraq, İran özünün raket və pilotsuz uçuş aparatları (PUA) istehsal edən zavodlarını qoruyub saxlaya bilib. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb. Mənbələrin məlumatına görə, Tehran hələ d

10.10.2026 134
.