Elçin Əmirbəyov: Ermənistanla normallaşma üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Meksikaya işgüzar səfəri zamanı "Mundo Internacional" jurnalına verdiyi müsahibədə deyib.
E.Əmirbəyov Ermənistanla sülh prosesi barədə danışıb, 30 illik münaqişədən sonra Cənubi Qafqaz regionunda dayanıqlı və dönməz sülhün əldə olunması üçün tarixi bir fürsətin yarandığını qeyd edib. Eyni zamanda sazişin imzalanmasına mane olan amillərdən söz açıb. Bunlar arasında Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu kimi sülh sazişinin məzmunu və ruhuna zidd olan məqamların, habelə Minsk Qrupu kimi öz əhəmiyyətini itirmiş təsisatların ləğv edilməsi zərurətinin olduğu vurğulanıb.
Müsahibədə E.Əmirbəyov Azərbaycanın Latın Amerikası regionundakı ölkələrlə əlaqələrinə böyük əhəmiyyət verdiyini, Meksikanın Azərbaycan üçün vacib tərəfdaş olduğunu və səfərinin iki ölkə arasında mövcud siyasi dialoqa töhfə vermək məqsədi daşıdığını bildirib.
Qeyd olunub ki, Azərbaycan ilə Meksika arasında iqtisadiyyat, ticarət, enerji, mədəniyyət, turizm, təhsil, elm, idman, kənd təsərrüfatı kimi müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Ölkələr arasında nümunəvi parlamentlərarası münasibətlər fonunda hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları arasında fəal əməkdaşlıq əlaqələri formalaşıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 459 Tarix: 06 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
3 otaqlı ev yanaraq yararsız hala düşdü
Bərdənin Çəmənli kəndində üç otaqlı ev bütün əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Yanğın qaz balonundakı nasazlıq nəticəsində yaranan sızmadan başlayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Bərdə rayon yanğınsöndürən briqadası göndərilib. Yanğın operativ şəkildə nəzarətə götürülərə
16:10 130 Suriya hava məkanını bağladı
Suriya hökuməti mülki aviasiya nəzarət orqanı tərəfindən əvvəlcədən təsdiqlənmiş uçuşlar istisna olmaqla, bütün uçuşlar üçün hava məkanını bağlayıb. bildirir ki, bu barədə TASS agentliyinə "Dəməşq" uçuş məlumat zonasının dispetçer xidmətindəki mənbə məlumat verib. "Ölkənin hava məkan
16:40 108 KİV: ABŞ NATO ölkələri qarşısında müdafiə xərcləri ilə bağlı öhdəliklərinə yenidən baxa bilər
Tramp administrasiyası müdafiə xərclərini ÜDM-in 5 %-nə qədər artırmayan NATO ölkələrini müdafiə etmək öhdəliklərindən imtina etməyi düşünür. "Report"un məlumatına görə, bu barədə Britaniyanın "The Daily Telegraph" qəzeti mənbələrə istinadən xəbər yayıb. Nəşrin məlumatına görə, Vaşinqto
13:50 170 Azərbaycanda Novruz bayramı ilə bağlı ənənə dəyişdi - SƏBƏB
Novruz süfrəsinin əsas simvolları sayılan milli şirniyyatlarımız paxlava, şəkərbura və qoğalın hazırlanması təkcə kulinariya prosesi deyil, həm də ailələri bir araya gətirən xüsusi mərasim kimi dəyərləndirilir. Lakin son illərdə bu ənənənin əvvəlki illərlə müqayisədə daha çox xərc tələb etdiyi və a
00:50 528 Dağıstanda əlverişsiz hava səbəbindən 12 yaşayış məntəqəsi qazsız qalıb
Dağıstanın əlverişsiz hava şəraitindən zərər çəkmiş 12 yaşayış məntəqəsində qaz təchizatının bərpası üzrə işlər aparılır. "Report" xəbər verir ki, bu barədə "Qazprom mejregionqaz Mahaçqala"nın mətbuat xidmətindən məlumat verilib. "Qurumun baş direktoru Rizvan Muradov Axtı, Dokuzpar
18:00 0 Turistlərin ən çox oğurluqla üzləşdiyi şəhərlər məlum oldu
Qlobal miqyasda aparılan və 13 min rəyin təhlil edildiyi araşdırma nəticəsində turistlərə qarşı ən çox oğurluq hallarının qeydə alındığı şəhərlərin siyahısına Paris, Roma və Barselona başçılıq edir. xəbər verir ki, bu statistika İspaniyada fəaliyyət göstərən "El Caso" nəşri tərəfindən ictimaiyyət
12:40 191 DGK: "Kahı" yükünün içərisində külli miqdarda marixuana aşkar edilib
Dövlət Gömrük Komitəsi (DGK) "kahı, kərəviz və gül kələm" yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana aşkar edib. "Report" bu barədə DGK-ya istinadən xəbər verir. Bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsind
28.03.2026 369 Zelenski: Ukrayna təhlükəsizlik sahəsində təcrübəsini Qətərlə bölüşür
Ukraynanın ekspertlər komandası Qətərdə işləyir, orada təhlükəsizlik sahəsindəki təcrübəsini və peşəkar nailiyyətlərini bölüşür. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsindəki səhifəsində bildirib. Onun sözlərinə görə, mütəxəssislə
15:50 132 Azərbaycanda meyvə şirəsi istehsalı 15 %-dən çox azalıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 589,1 min dekalitr meyvə şirəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,2 % azdır. Bundan başqa, hesabat dövründə Azərbaycanda 23 min 410,8 ton meyvə-tərəvəz konservlər
13:00 174