Özünü hədiyyə verilən silahla vurub... - Axşam tutacaqlarmış
Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın nəqliyyat naziri vəzifəsindən azad edilən Roman Starovoyt ölü tapılıb.
"Qafqazinfo" xəbər verir ki, Roman Starovoyt cəmi 419 gün nəqliyyat naziri vəzifəsində çalışıb. Bu vəzifənin icrası müvəqqəti olaraq nəqliyyat nazirinin müavini Andrey Sergeyeviç Nikitinə həvalə edilib.
Bu məqamda R. Starovoytun həyatı, karyerası, ailəsi haqda məlmatları təqdim edirik.
Starovoyt 20 yanvar 1972-ci ildə Kurskda anadan olub.
Roman Vladimiroviç Starovoyt Rusiyanın keçmiş nəqliyyat naziri və Kursk vilayətinin keçmiş qubernatoru olub. O, 2019-2024-cü illərdə rayona rəhbərlik edib.
2024-cü il mayın 14-də isə Rusiyanın nəqliyyat naziri vəzifəsinə təyin edilib. O, baş nazirin müavini olmuş Vitali Savelyevi əvəz edib.
İyulun 7-də günortadan sonra, nəqliyyat naziri vəzifəsindən azad edilən Roman Starovoytun intihar etdiyi barədə xəbərlər yayılıb. Onun meyiti mühafizəçilər tərəfindən Odintsovo şəhər dairəsindəki Maleviç parkının ərazisində Tesla avtomobilinin yanında aşkar edilib. Rusiya KİV-dəki bəzi məlumatlara görə, Roman Starovoyt 2023-cü ildə Daxili İşlər Nazirliyinin rəhbərliyindən aldığı mükafatlı silahla özünü güllələyib.
Həmçinin bildirilir ki, Starovoyt bu gün səhər saatlarında Nəqliyyat Nazirliyində işdə olub və iclas keçirib.
RT-nin xəbərinə görə, iyulun 7-də axşam saatlarında əməliyyatçılar Starovoytu saxlayıb Rusiya İstintaq Komitəsinə dindirilmək üçün təhvil verməyi, bundan sonra onu çoxmilyonluq oğurluqda ittiham etməyi planlaşdırıblar.
Keçmiş qubernator Svetlana Starovoyt ilə evli idi, cütlüyün iki qızı var. Lakin 2021-ci ildə cütlük ayrılıb. 2020-ci ildə Svetlana Starovoit 17 milyon rubldan çox gəlirlə səkkizinci yeri tutaraq Rusiya qubernatorlarının ən zəngin arvadlarının ilk onluğuna daxil olub.
R. Starovoytun 25 yaşlı Polina ilə sevgili olduğu da bildirilirdi. Hətta o, səfərlərdə Starovoytu müşayiət edirdi. Kursk ictimaiyyəti qubernatorluq dövründə cütlüyün münasibətdə olmasından və Polinanın tezliklə onların birinci xanımı olacağından şübhələnirdi. "Mash"ın məlumatına görə, ilk olaraq Roman Starovoytun meyitini sevgilisi Polina K. tanıyıb.


Qeyd edək ki, R. Starovoyt "Şərəf" ordeni, Aleksandr Nevski ordeni, "Dostluq" ordeni və digər fərqlənmə nişanları ilə təltif edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1031 Tarix: 07 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381