Psixopatlar, terrorçular və insan alverçiləri onların izinə düşüb - Harri üçün sakit həyat yoxdur
Beş il əvvəl Britaniya krallıq ailəsindəki vəzifələrindən imtina edib ABŞ-a köçən Sasseks hersoqu Harrinin həyatında gözlənilməz təhlükələr baş qaldırıb.
Qaynarinfo xəbər verir ki, o və həyat yoldaşı Meqan Markl yeni həyatlarında arzuladıqları sakitlik və təhlükəsizliyi tapa bilməyiblər. Hazırda Harrinin ən böyük narahatlığı ailəsinin təhlükəsizliyidir.
Krallıq imtiyazları arxada qaldı, qorxu isə böyüyür
Britaniyada olduğu dövrlərdə dövlətin təmin etdiyi mühafizə hüququndan istifadə etmək istəyən Harri bu səbəbdən məhkəmə iddiası da qaldırmış, lakin uduzmuşdu. O, bu prosesin sonunda verdiyi açıqlamada "Artıq arvadımı və uşaqlarımı Britaniyaya gətirəcəyimə inanmıram" demişdi.
Başlarda bəziləri bu fikri gülünc saysa da, təhlükəsizlik üzrə ekspertlər Harrinin qorxularının əsassız olmadığını bildirirlər. Mütəxəssislərin sözlərinə görə, Harri Meqan Markl və övladları Arçi ilə Lilibetin adları terror təşkilatlarının istifadə etdiyi gizli və şifrlənmiş internet kanallarında dövr edir. Onlar bu qruplar üçün həm simvolik, həm də əməli baxımdan "qiymətli hədəf" sayılır. Bu səbəbdən onların oğurlanması və ya hücuma məruz qalması real təhlükə kimi dəyərləndirilir.
Radikallar, çılğınlar və izləyicilər: hədəfdə onlar var
Digər tərəfdən, Sasseks ailəsini təqib edən saplantılı şəxslərin də sayı az deyil. Təhlükəsizlik mütəxəssisləri bu təhdidi "qırmızı həyəcan səviyyəsi" kimi qiymətləndirirlər. Krallıq məsələləri üzrə ekspert Dunkan Larkomb da bu narahatlıqlarla razılaşdığını bildirərək "təhlükə gerçəkdir" deyib.
O, əlavə edib: "Radikal elementlər, çılğınlar və terrorçular Harrilərə qarşı yönəlmiş bir hərəkəti simvolik anlam daşıyan bir əməl kimi görürlər. Bu, onların real həyatda qarşı-qarşıya olduqları bir təhlükədir. Bütün bunlar paranoyak qorxular deyil".
Britaniyaya qayıdış mümkünsüz görünür
Artıq dövlət tərəfindən qorunmayan Harrinin ailəsini Britaniyaya gətirməsi ehtimalı xeyli azalıb. Özəl mühafizə xidməti tutsalar belə, bu, dövlətin təmin etdiyi müdafiənin yerini tutmur. Larkomb bildirir ki, Harrinin çalışa biləcəyi şəxsi mühafizəçilər sabiq ordu üzvləri ola bilər, lakin onların İngiltərənin kəşfiyyat və polis sistemlərinə çıxışı yoxdur. Məhz bu səbəbdən Harrinin təhlükəsizlik baxımından əvvəlki səviyyədə qorunması artıq mümkün deyil.
Keçmişin travması bu günə təsir edir
Məlumata görə, Harri anası Diananın 1997-ci ildə Parisdə bir paparassinin təqibi zamanı baş verən avtomobil qəzasında həyatını itirməsinin psixoloji təsirindən hələ də xilas ola bilməyib. O düşünür ki, əgər anası dövlətin rəsmi qoruması altında olsaydı, bu qəza baş verməzdi. Harrini indi də oxşar bir hadisənin ailəsinin başına gələcəyi qorxusu narahat edir.
Təhlükə ciddidir, qorunma isə qeyri-müəyyən
Sasseks ailəsinə yaxın mənbə bildirib ki, uyğun qoruma təmin edilmədikcə Harri həyat yoldaşı və uşaqlarını Britaniyaya gətirmə riskini ala bilməz. Bu təhdidlər konkret və qorxuncdur. Hazırda Harri yalnız şəxsi vəsaiti hesabına təhlükəsizlik xidməti təşkil edə bilər, lakin bu, Britaniya dövlətinin təklif etdiyi müdafiənin yerini tutmur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 873 Tarix: 08 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Avropanın mərkəzində, Türkiyədəki telefon qiymətinə mənzil sahibi olmaq artıq reallığa çevrilib. "Yeni Sabah" "Sözçü" nəşrinə istinadən xəbər verir ki, Macarıstanın şimalında, Slovakiya sərhədinə yaxın yerləşən tarixi Salqotaryan şəhərində əhalinin azalması ilə daşınmaz əmlak bazar
10.10.2026 344 Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında avtomobil yanıb
Sumqayıtda avtomobil yanıb. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh prospektində yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Belə ki, yanan həmin ərazidə hərəkətdə olan "VAZ-2105" markalı minik avtomobili olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyini
10.10.2026 199 Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri
00:07 106 İsmayıllıda ev və köməkçi tikili yanıb
İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç
10.10.2026 166 NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib. xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. "Kalininqradla bağlı məsələ tam aydın olmalıdır: NATO hər hansı bir blokada hazırlamır
10.10.2026 185 İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da "Bakı Ağ Şəhər"də olublar. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, "Bakı Ağ Şəhər" layihəsinin icraçı direktoru Ruslan Sadıxov Rusiyanın Çeçenista
10.10.2026 184 Tramp: "Tayson döyüşmək istəmədiyim yeganə şəxsdir" - Video
ABŞ Prezidenti Tramp Sirakusdakı mitinqi zamanı boks əfsanəsi Mayk Taysonu səhnəyə dəvət edib və daha sonra zarafatla bildirib ki, bu, onun qətiyyən döyüşmək istəmədiyi yeganə şəxsdir. Bu barədə "Fox News"a istinadən xəbər verir. Keçmiş ağır çəki üzrə çempionun rinqdə rəqibləri üzərində nec
10.10.2026 168 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
"2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Çeçenistan Respublikasını
10.10.2026 163 Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand
00:09 119