"Cəmiyyətin ailəyə baxışında müəyyən modern dəyişikliklər var" - Sosioloq

"Cəmiyyətin ailəyə baxışında müəyyən modern dəyişikliklər var" - SosioloqAzərbaycanda nikahların əhəmiyyətli bir hissəsi ilk illərdə pozulur. Dövlət Statistika Komitəsinin 2023-cü il üzrə açıqladığı məlumatlara görə, ötən il ölkədə 21 min 688 boşanma qeydə alınıb. Onlardan 5 min 814-ü 5 ilə qədər, 5 min 805-i isə 5-9 il arası davam edən nikahlardır.

Mövzu ilə bağlı sosioloq Nigar Məmmədova BiG.AZ-a bildirib ki, bu statistika Azərbaycanda ailədaxili münasibətlərdə emosional yetkinlik və gözləntilər arasında ciddi ziddiyyətlərin olduğunu göstərir:

"Boşanmaların böyük hissəsinin ilk 9 ildə baş verməsi göstərir ki, ailə institutuna daxil olan cütlüklər yetkin münasibətə tam hazır olmaya bilərlər. Xüsusilə gənc yaşda, sosial və psixoloji baxımdan tam formalaşmamış fərdlərin ailə qurması, tez bir zamanda məyusluğa və anlaşılmazlığa səbəb ola bilir."

Sosioloq vurğulayıb ki, erkən illərdə baş verən boşanmaların səbəbləri sırasında maliyyə çətinlikləri, kommunikasiya problemi, sosial təzyiqlər, eləcə də sosial şəbəkələrin yaratdığı gözləntilər dayanır:

"Cəmiyyətin ailəyə baxışında müəyyən modern dəyişikliklər var. İnsanlar artıq münasibətlərində daha çox emosional dəstək, anlaşılma və fərdi inkişaf gözləyir. Əgər bunlar təmin olunmursa, boşanma bir çıxış yolu kimi qəbul edilir".

O əlavə edib ki, ailə qurmazdan öncə gənclərin emosional hazırlıq, gözləntilərin uyğunlaşdırılması və psixoloji dəstək kimi mövzularda maarifləndirilməsi vacibdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 783   Tarix: 08 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

Avropanın mərkəzində, Türkiyədəki telefon qiymətinə mənzil sahibi olmaq artıq reallığa çevrilib. "Yeni Sabah" "Sözçü" nəşrinə istinadən xəbər verir ki, Macarıstanın şimalında, Slovakiya sərhədinə yaxın yerləşən tarixi Salqotaryan şəhərində əhalinin azalması ilə daşınmaz əmlak bazar

10.10.2026 344
.

Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında avtomobil yanıb

Sumqayıtda avtomobil yanıb. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh prospektində yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Belə ki, yanan həmin ərazidə hərəkətdə olan "VAZ-2105" markalı minik avtomobili olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyini

10.10.2026 199
.

Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

00:07 106
.

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç

10.10.2026 166
.

NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil

NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib. xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. "Kalininqradla bağlı məsələ tam aydın olmalıdır: NATO hər hansı bir blokada hazırlamır

10.10.2026 185
.

İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da "Bakı Ağ Şəhər"də olublar. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, "Bakı Ağ Şəhər" layihəsinin icraçı direktoru Ruslan Sadıxov Rusiyanın Çeçenista

10.10.2026 184
.

Tramp: "Tayson döyüşmək istəmədiyim yeganə şəxsdir" - Video

ABŞ Prezidenti Tramp Sirakusdakı mitinqi zamanı boks əfsanəsi Mayk Taysonu səhnəyə dəvət edib və daha sonra zarafatla bildirib ki, bu, onun qətiyyən döyüşmək istəmədiyi yeganə şəxsdir. Bu barədə "Fox News"a istinadən xəbər verir. Keçmiş ağır çəki üzrə çempionun rinqdə rəqibləri üzərində nec

10.10.2026 168
.

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

"2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Çeçenistan Respublikasını

10.10.2026 163
.

Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI

2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand

00:09 119
.