Azərbaycanla Ermənistan arasında sülh prosesi: Əbu-Dabidə növbəti görüş gözlənilir

Azərbaycanla Ermənistan arasında sülh prosesi: Əbu-Dabidə növbəti görüş gözlənilirAzərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcəyi gözlənilir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, görüşün məhz Əbu-Dabidə keçirilməsi müsbət addımdır. O qeyd edib ki, indiyədək sülh danışıqları ya Moskvada, ya Brüsseldə, ya da Vaşinqtonda baş tutub. Hərçənd bu danışıqların bəzilərində real nəticələr əldə olunub, yekun sülh hələ imzalanmayıb. Bu baxımdan həm Ermənistan, həm də Azərbaycanın razı qala biləcəyi, neytral və təhlükəsiz bir məkan – Dubay kimi bir şəhər seçilməli idi. Əbu-Dabinin tərəflər üçün heç bir tarixi kompleks və ya imperial ambisiyası olmaması bu görüşü "bitirici məkan"a çevirir:

"Bakı üçün əsas kritik məsələ artıq həll olunub. Hazırda gündəmdə Zəngəzur dəhlizi, maneəsiz hərəkətin təmin edilməsi və sülh müqaviləsi dayanır. Lakin bəzi məqamlar Bakını narazı sala bilər.

Məsələn, "Hraparak" nəşrinin yaydığı məlumata görə, ABŞ və Qərb Dubay görüşündə sülh sənədinin imzalanmasını istəyirlər. Nəşr bildirir ki, Tramp administrasiyası Zəngəzur dəhlizinə nəzarət məsələsində İrəvan və Bakıya təkliflər göndərib. Yəni, dəhlizə ABŞ-ın və ya onun seçdiyi beynəlxalq təşkilatın nəzarət etməsi variantı gündəmə gəlir.

ABŞ-ın Zəngəzurla maraqlanması yeni hal deyil. 1918-1920-ci illərdə Naxçıvan və Zəngəzurun statusu ilə bağlı beynəlxalq müzakirələr aparılırdı və o dövrdə ABŞ da fəal iştirak edirdi. Bəzi təkliflərdə Naxçıvanın beynəlxalq mandat altında, hətta ABŞ nəzarətində olması fikri irəli sürülmüşdü. İndi isə Vaşinqton, demək olar ki, bir əsr sonra eyni regionda strateji dəhlizə texniki nəzarət təklif edir.
Azərbaycanla Ermənistan arasında sülh prosesi: Əbu-Dabidə növbəti görüş gözlənilirBakı bu təklifə necə münasibət bildirəcəyi hələlik naməlumdur. Zəngəzur dəhlizi Azərbaycan üçün təkcə texniki məsələ deyil, həm də ölkənin geoiqtisadi mərkəzə çevrilməsi prosesində kritik həlqədir. Dəhliz açılmasa belə, Bakı "tam regional güc" statusunu itirməyəcək, lakin Azərbaycanın konstruktiv mövqe sərgiləyərək prosesin həllinə töhfə verəcəyi ehtimal olunur. Burada əsas sual güzəştlərin hansı qarşılıqla ediləcəyidir.

10 noyabr Bəyanatında Zəngəzur yoluna nəzarətin Rusiyaya verilməsi nəzərdə tutulurdu, lakin Azərbaycan buna qarşı çıxır. Buna görə də Bakı alternativ kommunikasiya marşrutları qurmağa çalışır və Moskva ilə olan pərdəarxası gərginliklərdən biri də məhz budur".

Politoloq Bakı mövqeyini "Kalininqrad modeli" kimi xarakterizə edir – yəni, Azərbaycan nəinki Rusiyanın, heç bir digər gücün dəhliz üzərində birbaşa nəzarətini istəmir. Bu səbəbdən ABŞ-ın nəzarət təklifini qəbul etməyə bilər:

"Azərbaycan ABŞ və Qərblə əməkdaşlıq etsə də, siyasi məsələlərdə fikir ayrılıqları mövcuddur. Xüsusilə, Ermənistanla sərhəddə Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətindən narazı olan Bakı, Zəngəzurda ABŞ şirkəti və ya strukturunun nəzarətini qəbul etməsi inandırıcı görünmür. Digər tərəfdən, Azərbaycan Kremlin narazılığı fonunda bu məsələni əlavə gərginlik mənbəyinə çevirmək istəmir.

Yekun olaraq, danışıqlar yalnız sülh müqaviləsi ətrafında aparıla bilər. Əgər dəhlizlə bağlı təkliflər Bakının mövqeyinə uyğun gəlməzsə, bu məsələ diplomatik yollarla sülh sazişinin imzalanmasından sonrakı dövrə təxirə salına bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 809   Tarix: 09 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

Avropanın mərkəzində, Türkiyədəki telefon qiymətinə mənzil sahibi olmaq artıq reallığa çevrilib. "Yeni Sabah" "Sözçü" nəşrinə istinadən xəbər verir ki, Macarıstanın şimalında, Slovakiya sərhədinə yaxın yerləşən tarixi Salqotaryan şəhərində əhalinin azalması ilə daşınmaz əmlak bazar

10.10.2026 344
.

Cozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır

Livan Prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampın iki ölkə arasında təxminən 40 il qüvvədə olan birbaşa aviareyslərə qoyulmuş məhdudiyyəti ləğv etmək qərarını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məluma

10.10.2026 166
.

Almaniya ABŞ-nin dizel qərarına baxmayaraq, Rusiyaya qarşı yeni sanksiyalardan imtina etməyəcək

Almaniya yanacaq qıtlığını azaltmaq məqsədilə Moskva və Vaşinqtonun dizel yanacağının dünya bazarlarına tədarükü barədə razılaşmasına baxmayaraq, Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsinə çalışmaqda davam edəcək. "Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə Almaniy

10.10.2026 168
.

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR

Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd

10.10.2026 233
.

Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI

2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand

00:09 119
.

Zelenski: Zaporojyeyə zərbə nəticəsində 12 nəfər ölüb

Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 3-ü uşaq olmaqla 12 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, daha 14 nəfər yaralanıb, onlardan 2-si kritik vəziyyətdədir. Zelenski əlavə edib ki, hadisə yerind

10.10.2026 172
.

Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər - Foto

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov birgə nahar ediblər. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

10.10.2026 204
.

11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI

Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. BİG.AZ -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü

00:15 119
.

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

2027-dən yüksək pensiyalara yeni qayda - 7 min manatlıq pensiyanın artımı 651 manatdan 324 manata düşəcək. 2027-ci ildən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydası dəyişəcək. Mövcud sistemdə bütün pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq eyni faizlə artırılırdı

00:21 115
.