Yekaterinburqda saxlanılan azərbaycanlılara YENİ İTTİHAM

Yekaterinburqda saxlanılan azərbaycanlılara YENİ İTTİHAMRusiyanın Yekaterinburq şəhərində həbs edilən azərbaycanlı Səfərov qardaşlarına yeni ittiham irəli sürülə bilər. Belə ki, onların iş adamının avtomobilinin yandırılmasında əli olduğu haqda xəbərlər yayılıb. Təfərrüatları təhlükəsizlik qurumundakı mənbə yerli mediaya açıqlayıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, mənbənin sözlərinə görə, hadisə 2020-ci il noyabrın 20-nə keçən gecə Kirovski rayonunda baş verib. Maskalı şəxslər "Toyota Land Cruiser" markalı avtomobilin üzərinə benzin tökərək yandırıblar. Ertəsi gün polis Cinayət Məcəlləsinin 167-ci maddəsinin 2-ci hissəsi ilə "Əmlakı qəsdən məhv etmə və ya zədələmə" ilə cinayət işi açıb.

"Polis şöbəsində zərərçəkmiş biznesmen dərhal bildirdi ki, cinayətdə Səfərovların əli ola bilər. Onlarla uzun müddətdir davam edən münaqişəsi olub. Əvvəllər də onları saxta spirtli içkilər satdıqları üçün şikayət etmişdi", — deyə mənbə bildirib.

Zərər 1,8 milyon rubldan çox olub. Amma cinayət işinin üstü hələ açılmayıb. Həbsdə olan Səfərov qardaşlarının vəkili ilə əlaqə saxlamaq mümkün olmayıb.

Qeyd edək ki, iyunun 27-də səhər Yekaterinburqda 50-dən çox azərbaycanlı saxlanılıb. Əməliyyat zamanı Səfərov qardaşlarından ikisi ölüb. Onlar 24 il əvvəl kafedə Yunus Paşayevi öldürməkdə şübhəli bilinirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 778   Tarix: 09 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Meksikada güclü zəlzələ

Meksikanın Çiapas ştatında 5 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkan Tapaçula şəhərindən 15 kilometr cənubda qeydə alınıb. Zəlzələnin ocağı 80 kilometr dərinlikdə yerləşib. Bildirilib ki, hadisə nəticəsində ölən v

14.07.2026 284
.

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

xəbər portalı ölkənin peşəkar jurnalist və yazarları arasında saytın qurucusu, mərhum baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin əziz xatirəsinə həsr olunmuş II "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsini elan edir. Müsabiqə Azərbaycan jurnalistikasında peşəkarlığın, milli dəyərlər

13:24 165
.

"Yaşıl Cümə" ilə yay alış-verişi başlayır!

"İrşad" yaya özəl olaraq, ən böyük fürsətlərdən olan ənənəvi "Yaşıl Cümə" kampaniyasına start verir. - 17-26 iyul tarixlərində keçiriləcək kampaniya çərçivəsində alıcıları müxtəlif kateqoriyalarda 70%-dək real endirimlər və sərfəli alış-veriş imkanları gözləyir. - Kampaniya müddətind

12:49 172
.

14 il şiddət görən qadının əri saxlanıldı

İki gün öncə həyat yoldaşı tərəfindən şiddətə məruz qaldığı üçün uşaqları ilə birlikdə sığınacağa yerləşdirilən qadının əri polis əməkdaşları tərəfindən saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sosial şəbəkə hesabında paylaşı

16:47 54
.

"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü - QƏRAR

"Stimul Hospital"da həyata keçirilən mədəkiçiltmə əməliyyatından sonra pasiyentin ölümü ilə nəticələnən cinayət işi üzrə məhkəmə hökmü elan edilib. Qaynarinfo xəbər verir ki, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib. Ona 2 il müddətin

15:24 184
.

Tutulma müddəti hansı hallarda uzadıla bilər?

"İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulma müddəti ümumilikdə üç saatdan artıq ola bilməz. Lakin qanunvericilikdə bu qaydanın bir sıra istisnaları da nəzərdə tutulub". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib

14:30 140
.

Donald Trampın İran strategiyası tənqid edildi

ABŞ prezidenti Donald Trampın İrana qarşı siyasəti qeyri-müəyyən hesab olunur və qarşıdan gələn aralıq seçkilər ərəfəsində ciddi iqtisadi və siyasi risklər yarada bilər. xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb. "Ortada konkret strategiya yoxdur. O, qərarların

11:26 157
.

"Yer kürəsinin qara qutusu" tikilir

Avstraliyanın Tasmaniya adasının qərb sahilində "Yer kürəsinin qara qutusu" tikiləcək. BİG.AZ xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Layihə iqlim böhranının nəticələrini qeydə almaq və bəşəriyyətin məhv olacağı təqdirdə bu məlumatları gələcək üçün qorumaq məqsədi daşıyır. "Yer kürəsini

14.07.2026 320
.

Tarkandan ailə fotosu

Müğənni Tarkan şəxsi bloqunda ailəsi ilə birlikdə nadir fotosunu paylaşıb. OLAY yazır ki, kadrlarda 2016-cı ildə ailə qurduğu həyat yoldaşı Pınar Dilek və iki il sonra dünyaya gələn qızı Liya yer alıb. "Həyatımdan da dəyərli olan iki can. Əziz qızım, həyatımıza günəş kimi daxil olduğun üçün ço

12:34 237
.

TOP MP3