"PKK Türkiyənin damarlarına sızıb və qan əvəzinə axır" - Turan Rzayev
Keçmiş PKK terror qruplaşmasının həbsdə olan lideri Abdullah Öcalan videomüraciət edib.A.Öcalan deyib ki, PKK dövlət qurmaq məqsədindən və əsas müharibə strategiyasından əl çəkərək mövcudluğunu bitirib. Silahların buraxılması istiqamətində daha praktik və konkret, qətiyyətli addımlara keçmək üçün səylər davam etdirilir.
Politoloq Turan Rzayev BiG.AZ-a bildirib ki, Türkiyə hərbi baxımdan PKK-ya qələbə qazandı. Amma PKK bu gün Türkiyənin damarlarına sızıb və qan əvəzinə axır. Bu daha ciddi təhlükədir.PKk amalına xidmət edən şəxslər bu gün Türkiyənin siyasətində, mədəniyyətində, şou-biznesində, iqtisadiyyatında, finans dairələrində, təhsil və elm sahəsindədirlər:
"PKK terror təşkilatının de-fakto rəhbəri Abdullah Öcalanın əvvəl tərki-silah çağırışı etməsi, PKK-nın fəaliyyətini dayandırdığını elan etməsi ciddi hadisədir. Hətta bu, Türkiyə tarixində mühim qələbədir. PKK elə də bəsit təşkilat deyildi. 30 ildən artıqdır ki, Türkiyə üçün başağrısına çevrilmişdi. Hətta Türkiyəni parçalamaq, kürd dövləti yaratmaq planı olan radikal sol meylli təşkilat idi. Amma bu, yekun qələbə deyil. PKK məğlubiyyətini etiraf edərkən transformasiyaya uğrayıb, yəni bir dəyişimə gedib. Bu günə qədər PKK-nı dağlarda əlində Kalaşnikov tutub gerillo savaşı edən terror təşkilatı kimi görürdüksə, 30 illik perioddda PKK-nın gəlib çatdığı nöqtə ciddi təhlükə halını alıb. Düşmənin ən zəif halı bəlkə də ən güclü olduğu haldır. PKK bu misala tam uyğundur. Mənə görə PKK bu gün mübarizə üsulunu dəyişir. Artıq silahlı mübarizədən siyasi mübarizəyə keçir. Türkiyədə HDP partiyası var idi. Paralelində yeni kürd partiyaları da var. Partiyalar içərisində kürd milliyyətçisi olan siyasilər var. Əslində PKk amalına xidmət edən şəxslər bu gün Türkiyənin siyasətində, mədəniyyətində, şou-biznesində, iqtisadiyyatında, finans dairələrində, təhsil və elm sahəsindədir. PKK bu gün Türkiyənin damarlarına sızıb və qan əvəzinə axır. Bu daha ciddi təhlükədir. Bəli, Türkiyə hərbi baxımdan PKK-ya qələbə qazandı. Onsuz da Türkiyəni hərbi baxımdan məğlub etmək çətindir. Ağacı qurd içindən yeyər. PKK Türkiyənin içinə sızıb və onu təmizləmək 30 ildən də çox vaxt çəkəcək. Mövcud siyasi konnektura göstərir ki, Türkiyə bunun üçün ciddi nəsə etmir. Öcalan deyir ki, İraqda da silah yerə qoyulmalıdır. Paralelində görürük ki, Suriyada YPG qurulan yeni hökumətin içərisindədir. iqtisadiyyat nazirləri kürd idi. Suriyada da bu gün Türkiyədəki prosesləri müşahidə edirik. Bu ölkələrdə kürdlərin açıq siyasi partiyaları fəaliyyət göstərirsə, PKK yeni bir dövlət qurmaq əvəzinə mövcud dövlətin içinə sızmasını müşahidə edirik. Bu, PKK baxımından ciddi uğurdur. Bunun qarşısı alınmasa, Türkiyəni ciddi problemlər gözləyəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 966 Tarix: 09 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Avropanın mərkəzində, Türkiyədəki telefon qiymətinə mənzil sahibi olmaq artıq reallığa çevrilib. "Yeni Sabah" "Sözçü" nəşrinə istinadən xəbər verir ki, Macarıstanın şimalında, Slovakiya sərhədinə yaxın yerləşən tarixi Salqotaryan şəhərində əhalinin azalması ilə daşınmaz əmlak bazar
10.10.2026 344 Cozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır
Livan Prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampın iki ölkə arasında təxminən 40 il qüvvədə olan birbaşa aviareyslərə qoyulmuş məhdudiyyəti ləğv etmək qərarını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məluma
10.10.2026 166 Almaniya ABŞ-nin dizel qərarına baxmayaraq, Rusiyaya qarşı yeni sanksiyalardan imtina etməyəcək
Almaniya yanacaq qıtlığını azaltmaq məqsədilə Moskva və Vaşinqtonun dizel yanacağının dünya bazarlarına tədarükü barədə razılaşmasına baxmayaraq, Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsinə çalışmaqda davam edəcək. "Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə Almaniy
10.10.2026 168 İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd
10.10.2026 233 Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand
00:09 119 Zelenski: Zaporojyeyə zərbə nəticəsində 12 nəfər ölüb
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 3-ü uşaq olmaqla 12 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, daha 14 nəfər yaralanıb, onlardan 2-si kritik vəziyyətdədir. Zelenski əlavə edib ki, hadisə yerind
10.10.2026 172 Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər - Foto
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov birgə nahar ediblər. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir
10.10.2026 204 11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI
Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. BİG.AZ -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü
00:15 119 1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
2027-dən yüksək pensiyalara yeni qayda - 7 min manatlıq pensiyanın artımı 651 manatdan 324 manata düşəcək. 2027-ci ildən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydası dəyişəcək. Mövcud sistemdə bütün pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq eyni faizlə artırılırdı
00:21 115