Əliyev–Paşinyan görüşü Cənubi Qafqazda sülh və sabitlik üçün mühüm diplomatik mərhələdir
Bu gün Əbu-Dabidə keçirilən Əliyev–Paşinyan görüşü Cənubi Qafqazda sülh və sabitlik üçün mühüm diplomatik mərhələdir. Görüşün BƏƏ-də baş tutması, neytral platforma və iqtisadi maraqların kəsişməsi baxımından strateji seçimdir.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu görüşə qatılması ölkənin sülhpərvər və konstruktiv mövqeyinin davamı kimi qiymətləndirilir. Azərbaycan tərəfi uzun müddətdir ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin beynəlxalq hüquq çərçivəsində aparılmasını təklif edir:
"Sülh sazişi üzrə danışıqların mətni artıq bir müddətdir ki, hazırdır və bu görüşdə onun üzərində konkret razılaşmaların əldə olunması ehtimalı yüksəkdir. Azərbaycanın məqsədi yalnız Ermənistanla münasibətləri normallaşdırmaq deyil, həm də regionda davamlı əməkdaşlıq mühitini formalaşdırmaqdır.
İlham Əliyevin BƏƏ prezidenti ilə görüşü də bu diplomatik təşəbbüsün regional dəstəyə malik olduğunu göstərir. Azərbaycanın sülh təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanır və bu, ölkənin reputasiyasını gücləndirir. Ermənistanın daxili siyasi qeyri-sabitliyi və Moskva ilə münasibətlərindəki gərginlik Paşinyanın qərarvermə imkanlarını məhdudlaşdıra bilər. Bununla belə, Ermənistanın iqtisadi və siyasi sabitlik üçün sülhə ehtiyacı danılmazdır. Azərbaycanın təqdim etdiyi Zəngəzur dəhlizi və regional inteqrasiya layihələri Ermənistan üçün də iqtisadi imkanlar yaradır.
BƏƏ-nin vasitəçilik rolu tərəflər arasında etimadın qurulmasına töhfə verə bilər. Azərbaycanın diplomatik ritorikası hüquq və əməkdaşlıq üzərində qurulub. Bu görüş həm də Azərbaycanın Qərbi Azərbaycanlıların hüquqlarını gündəmə gətirməsi baxımından əhəmiyyətlidir.
Azərbaycanın sülhpərvər mövqeyi, regionda sabitlik və inkişaf üçün əsas şərtdir. İlham Əliyevin liderliyi altında Azərbaycan münaqişədən dialoqa keçid modelini uğurla tətbiq edir. Bu görüş, yalnız ikitərəfli deyil, həm də regional sabitlik baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanın diplomatik çevikliyi beynəlxalq platformalarda sülh təşəbbüslərini gücləndirir.
Əgər Ermənistan konstruktiv yanaşma nümayiş etdirərsə bu görüş real nəticələr doğura bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 740 Tarix: 10 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp: "Tayson döyüşmək istəmədiyim yeganə şəxsdir" - Video
ABŞ Prezidenti Tramp Sirakusdakı mitinqi zamanı boks əfsanəsi Mayk Taysonu səhnəyə dəvət edib və daha sonra zarafatla bildirib ki, bu, onun qətiyyən döyüşmək istəmədiyi yeganə şəxsdir. Bu barədə "Fox News"a istinadən xəbər verir. Keçmiş ağır çəki üzrə çempionun rinqdə rəqibləri üzərində nec
10.10.2026 168 Bakıda it sahibi tərəfindən döyüldü - Video
Bakının Nərimanov rayonu ərazisində itin sahibi tərəfindən döyülməsi anları kameraya düşüb. xəbər verir ki, hadisəni lentə alan sakin heyvana qarşı qəddar rəftara etiraz edib. Həmin görüntüləri təqdim edirik:
10.10.2026 160 Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro
00:44 88 Türkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi
Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək
10.10.2026 161 Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?
Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə
10.10.2026 223 Qiymətlər 30 faiz artır - Geciksəniz, DAHA ÇOX ÖDƏYƏCƏKSİNİZ
"2026-cı ildə də Yeni il ərəfəsində bölgələrdəki istirahət mərkəzlərinə tələbatın yüksək olacağı gözlənilir. Çünki rezervasiyalar əvvəlcədən həyata keçirilir. Ən azı üç ay öncədən yer sifariş edənlər daha sərfəli qiymətlər əldə edə bilirlər. Belə olduqda rezervasiyanı 10-15 faiz daha ucuz qiymət
10.10.2026 356 11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI
Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. BİG.AZ -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü
00:15 119 Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər - Foto
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov birgə nahar ediblər. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir
10.10.2026 204 Pensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili
00:17 104