Milyarderin nəvəsi zəngin həyatın çətinliyindən DANIŞDI

Milyarderin nəvəsi zəngin həyatın çətinliyindən DANIŞDI"Ok-Base946" ləqəbli internet istifadəçisi milyoner ailəsində yaşamağın necə olduğunu danışıb. Zəngin həyatın çətinliklərini o, sosial şəbəkə hesabında bölüşüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, müəllifin sözlərinə görə, onun babası 1960-cı illərdə öz şirkətini qurub və 30 il sonra həmin şirkət milyard dollarlıq dövriyyəyə çatıb.

"Mənim təxminən 25 yaşım var. Ailə şirkətində çalışmıram və hazırda biznes məktəbinə qəbul olunmağa hazırlaşıram. Bununla belə, mənim biznesim tamam başqa bir sahəyə yönələcək. Amma istənilən vaxt təxminən 30 milyon dollara çıxış imkanım var və mümkün irsimin dəyəri 150 milyon dollara çata bilər", – deyə o yazıb.

İstifadəçi etiraf edib ki, onun həyatında ən çətin şey — az tanıdığı insanların ona qarşı əvvəlcədən mənfi münasibət göstərməsidir. Bu insanlar onu var-dövlətinə görə sevmirlər. Bununla yanaşı, milyonçunun nəvəsi deyib ki, heç vaxt sadə insanların yaşadığı kimi – "maaşdan maaşa" prinsipi ilə yaşamağa çalışmayıb. Çünki bu halda onun sərvəti olduğu yerdə qalardı və o, kasıb insanların yaşadığı "qorxunu" tam olaraq hiss edə bilməzdi.

Gənc bildirib ki, o, dəbdəbəyə can atmır və buna görə də adi bir "Honda Accord" avtomobili sürür. Çünki bu maşın onu A nöqtəsindən B nöqtəsinə çatdırmaq funksiyasını mükəmməl yerinə yetirir. Onun sözlərinə görə, israfçılığın ən böyük əlaməti sevdiyi restoranlarda verdiyi böyük ziyafətlərdir. Onu sevindirən şeylər arasında isə gözəl konsertlər, dostlarla görüşlər və sevdiyi idman komandasının qələbələri var. O, xüsusi olaraq vurğulayıb ki, onun fikrincə, pul insanı təkbaşına xoşbəxt edə bilməz.

"Mən 300 milyon dollardan çox sərvəti olan birini tanıyıram. Onun şəxsi təyyarəsi və bir neçə evi var. Amma bir neçə il əvvəl oğlu vəfat etdi və bu hadisə onun ailə həyatını dağıtdı. O vaxtdan bəri o, sanki bir kölgəyə çevrilib. Qorxuram ki, dünyanın heç bir pulu onun problemlərini həll edə bilməz", – deyə milyonçunun nəvəsi sözlərini tamamlayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1017   Tarix: 10 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp: "Tayson döyüşmək istəmədiyim yeganə şəxsdir" - Video

ABŞ Prezidenti Tramp Sirakusdakı mitinqi zamanı boks əfsanəsi Mayk Taysonu səhnəyə dəvət edib və daha sonra zarafatla bildirib ki, bu, onun qətiyyən döyüşmək istəmədiyi yeganə şəxsdir. Bu barədə "Fox News"a istinadən xəbər verir. Keçmiş ağır çəki üzrə çempionun rinqdə rəqibləri üzərində nec

10.10.2026 168
.

Bakıda it sahibi tərəfindən döyüldü - Video

Bakının Nərimanov rayonu ərazisində itin sahibi tərəfindən döyülməsi anları kameraya düşüb. xəbər verir ki, hadisəni lentə alan sakin heyvana qarşı qəddar rəftara etiraz edib. Həmin görüntüləri təqdim edirik:

10.10.2026 160
.

Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda

"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro

00:44 88
.

Türkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi

Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək

10.10.2026 161
.

Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?

Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə

10.10.2026 223
.

Qiymətlər 30 faiz artır - Geciksəniz, DAHA ÇOX ÖDƏYƏCƏKSİNİZ

"2026-cı ildə də Yeni il ərəfəsində bölgələrdəki istirahət mərkəzlərinə tələbatın yüksək olacağı gözlənilir. Çünki rezervasiyalar əvvəlcədən həyata keçirilir. Ən azı üç ay öncədən yer sifariş edənlər daha sərfəli qiymətlər əldə edə bilirlər. Belə olduqda rezervasiyanı 10-15 faiz daha ucuz qiymət

10.10.2026 356
.

11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI

Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. BİG.AZ -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü

00:15 119
.

Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər - Foto

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov birgə nahar ediblər. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

10.10.2026 204
.

Pensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili

00:17 104
.