"Əbu-Dabi görüşü tərəflərin problemlərin həlli istiqamətində ata biləcəkləri mühim bir addım ola bilər" - Politoloq

"Əbu-Dabi görüşü tərəflərin problemlərin həlli istiqamətində ata biləcəkləri mühim bir addım ola bilər" - PolitoloqAzərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə görüş başa çatıb.

Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki, Əbu-Dabi görüşü tərəflərin münasibətlərdəki problemlərin həlli istiqamətində ata biləcəkləri mühim bir addım ola bilər.Görüş regional və qlobal gərginliyin kəskin bir fazaya keçdiyi şəraitdə baş tutur.Onun Əbu-Dabidə keçirilməsi barədə Azərbaycan tərəfinin təklifi regional və geosiyasi böhranın görüşə təsir imkanlarından sığortalanmaq məqsədi ilə seçilib:

"Görüş ərəfəsində ABŞ dövlət katibi Rubionun görüşün uğurlu ola biləcəyi halda onun Orta Dəhlizlə bağlı məsələlərin,habelə regional təhlükəsizlik problemlərinin həllinə müsbət təsir göstərə biləcəyi ilə bağlı açıqlaması göstərir ki,əvvəla ABŞ bu görüş barədə məlumatı olmuşdur və bu görüşün axırıncı məqama qədər məxfiliyi ilə bağlı söylənilən fikirlərin real gerçəklilərə söykənmədiyini düşünməyə əsas verir. Azərbaycanın xarici siyasəti çoxvektorlu olmaqla ilk növbədə onun milli təhlükəsizlik qayğıları ilə bağlı olmuşdur,digər tərəfdən rəsmi Bakı regional təhlükəsizlik problemlərinin bir qayda olaraq 3+3formatında əməkdaşlıq müstəvisində həllinin tərəfdarı olmuşdur. Digər tərəfdən prezident İlham Əıiyevin müəllifi olduğu bu layihə regional təhlükəsizlik problemlərinin həllinə regiondan kənar tərəflərin müdaxiləsini məqbul bilmirdi.
Əbu Dabi görüşünün tərəflərin Moskvanı regiondan kənar qoymaq üçün qarşılıqlı olaraq razılaşdırılması ilə bağlı söylənilən fikirlər daha çox Rusiyanın bölgədə nüfuz dairəsinin məhdudlaşdırılmasında maraqlı olan Qərbdəki qlobalist dairələrin maraqlarına cavab verir. Xankəndində İslam Əməkdaşlıq təşkilatının 12-ci zirvə görüşünün keçirildiyi günlərdə Türkiyə prezidenti Ərdoğanın Azərbaycan Rusiya ilə münasibətlərinin gərginləşdirilməsində maraqlı deyil kimi açıqlaması göstərir ki,rəsmi Bakı Ankara ilə birlikdə regional təhlükəsizlik,habelə geosiyasi mahiyyət təşkil edən məsələlərdə Rusiyanın maraqlarının nədən ibarət olduğunun mahiyyətinə varırlar.Orta dəhlizlə bağlı məsələdə Rusiya,Çin və İranın kənarda qalmasında ilk növbədə Böyük Britaniya maraqlıdır,dəniz ticarət yollarına nəzarət edən Birləşmiş Krallıq quru nəqliyyat dəhlizlərini,habelə kommunikasiya xətlərinin onun maraqlarına cavab verməyən alternativ yollar kimi dəyərləndirir.Azərbaycan isə Rusiya və İranın təmsil olunduğu Şımal Cənub Nəqliyyat dəhlizi layihəsində mərkəz yer tutur,bundan əlavə rəsmi Bakı Pekinin"Bil yol,bir kəmər" layihəsini də 150 dövlətlə bahəm dəstəkləyir.Bu mənada Azərbaycan və Türkiyə üçün Zəngəzur dəhlizi Avropadan Asiyaya yukdaşınmaların rentabelliyini yüksəldəcək bir şansdır və Azərbaycan bu yükdaşınmalarda tranzit ölkə olaraq böyük mənfəətlər əldə edə bilər. Bu onun beynəlxalq nüfuzunun yüksəlməsinə daha çox təsir edə,regional problemlərin həllinə onun təsir imkanlarını artıra bilər.Bu regionda geosiyasi konfiqurasiyasının Qərbin xeyrinə dəyişməsində maraqlı olan qlobalistləri qane etmir və buna görə də onlar rəsmi Bakının Moskva və Tehranla münasibətlərində gərginliyin yüksəlməsində maraqlıdırlar.Hər şey rəsmi İrəvanın Azərbaycanın irəli sürdüyü təkliflərə nəhayət ki,konkret mövqe sərgiləməsindən asılı olacaq.Paşinyanın Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarılması üçün Qərbdə bəlli dairələr qarşısında məsul olduğu nəzərə alınarsa, o münasibətlərdəki problemlərin həlli üçün Vaşinqton və ya Brüsseli platforma olaraq təklif etməlidir. Əbu-Dabidə onun rəsmi Bakını bu variantla razılaşmaq üçün texniki mahiyyət kəsb edəcək məsələr ətrafında güzəştə gedəcəyini düşünmək olar.Zəngəzur dəhlizinin statusu,ondan keçid problemlərinin təhlükəsizliyi ilə bağlı məsələlərdə Paşinyan Qərbin irəli sürdüyü təklifləri rəsmi Bakı ilə razılaşdırmağa çalışacaq,ardınca Transxəzər layihəsinin reallaşdırılmasında da Rusiya və Çinin lehinə ,Qərbin isə maraqlarına cavab verən təkliflər müzakirəyə çıxarılacaq. Bütün bunların müqabilində Paşinyanın Qərbdən onun hakimiyyətinin təhlükəsizliyi üçün ciddi təminatları olmalıdır. Bu təminatları Ukraynada Zelenski də almışdı,nəticəsi göz qabağındadır. Zelenskinin öz varidatı artsa da,Ukraynanın iqtisadiyyatı və infrastukturu büsbütün dağılıb. Bu mənada Ermənistanla münasibətlərdəki problemlərin optimal və təhlükəsiz yolu prezident Əliyevin özünün müəllifi olduğu 3+3 layihəsindədir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 859   Tarix: 10 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp: "Tayson döyüşmək istəmədiyim yeganə şəxsdir" - Video

ABŞ Prezidenti Tramp Sirakusdakı mitinqi zamanı boks əfsanəsi Mayk Taysonu səhnəyə dəvət edib və daha sonra zarafatla bildirib ki, bu, onun qətiyyən döyüşmək istəmədiyi yeganə şəxsdir. Bu barədə "Fox News"a istinadən xəbər verir. Keçmiş ağır çəki üzrə çempionun rinqdə rəqibləri üzərində nec

10.10.2026 168
.

Bakıda it sahibi tərəfindən döyüldü - Video

Bakının Nərimanov rayonu ərazisində itin sahibi tərəfindən döyülməsi anları kameraya düşüb. xəbər verir ki, hadisəni lentə alan sakin heyvana qarşı qəddar rəftara etiraz edib. Həmin görüntüləri təqdim edirik:

10.10.2026 160
.

Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda

"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro

00:44 88
.

Türkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi

Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək

10.10.2026 161
.

Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?

Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə

10.10.2026 223
.

Qiymətlər 30 faiz artır - Geciksəniz, DAHA ÇOX ÖDƏYƏCƏKSİNİZ

"2026-cı ildə də Yeni il ərəfəsində bölgələrdəki istirahət mərkəzlərinə tələbatın yüksək olacağı gözlənilir. Çünki rezervasiyalar əvvəlcədən həyata keçirilir. Ən azı üç ay öncədən yer sifariş edənlər daha sərfəli qiymətlər əldə edə bilirlər. Belə olduqda rezervasiyanı 10-15 faiz daha ucuz qiymət

10.10.2026 356
.

11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI

Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. BİG.AZ -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü

00:15 119
.

Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər - Foto

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov birgə nahar ediblər. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

10.10.2026 204
.

Pensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili

00:17 104
.