DTX-dən ƏMƏLİYYAT: Azərbaycanlı "Vaqner"çilər həbs olundular

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanlı "Vaqner"çilər həbs olundularBakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə 1991-ci il təvəllüdlü Əliyev Ramil Ramiz oğlu və 1974-cü il təvəllüdlü İsmayıl Buludxan oğlu Həsənovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, iş materiallarından məlum olur ki, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək ələ keçirilmiş və istintaqa təqdim olunmuş həmin şəxslər tərəfindən xaricdə və Azərbaycan Respublikasında müxtəlif cinayət əməlləri törədilib.

Belə ki, onlar xarici ölkə ərazisində qəsdən adam öldürmə, şəxsiyyət əleyhinə digər ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunaraq həmin ölkənin cəzaçəkmə müəssisələrində olduqları zaman "Vaqner" silahlı birləşməsinin rəhbəri olmuş Y.Priqojin tərəfindən şəxsən seçilərək cəzaların icrasından yayındırılmış və razılaşdırılmış vəsait müqabilində müxtəlif hərbi əməliyyatlara cəlb ediliblər.

Onlar müxtəlif ölkələrin ərazilərində odlu silahlardan və partlayıcı vasitələrdən istifadə etməklə təlim və döyüş əməliyyatlarında iştirak edib, digər Azərbaycan Respublikası vətəndaşlarının da ölkə hüdudlarından kənarda belə əməllərə təhrik edilməsi istiqamətində fəaliyyət göstəriblər.

Hazırda cinayət işi üzrə Ramil Əliyev və İsmayıl Həsənovun, eyni zamanda Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarına qarşı digər cinayət əməlləri ilə bağlı araşdırmalar aparılır.

Məhkəmə baxışının nəticələrinə əsasən Ramil Əliyev və İsmayıl Həsənov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 886   Tarix: 10 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Meksikada güclü zəlzələ

Meksikanın Çiapas ştatında 5 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkan Tapaçula şəhərindən 15 kilometr cənubda qeydə alınıb. Zəlzələnin ocağı 80 kilometr dərinlikdə yerləşib. Bildirilib ki, hadisə nəticəsində ölən v

14.07.2026 284
.

Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranış

Ötən ilin sonunda Xaçmazda iki qardaş bacısı qızlarını sevən 17 yaşlı oğlanın başına oyun açıblar. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl hadisə ilə bağlı hökm və qərar çıxarılıb. Cəzalandırılan qardaşlardan birinin 42, digərinin 36 yaşı olub. Bu xəbərdə onların adların

15:59 141
.

ABŞ Nümayəndələr Palatası yay vaxtını daimi etmək üçün qanun layihəsini qəbul etdi

ABŞ Nümayəndələr Palatası çərşənbə axşamı yay vaxtını daimi etmək və 1960-cı illərdən bəri ABŞ-ın əksər hissəsində müşahidə olunan saatların ildə iki dəfə dəyişdirilməsi təcrübəsinə son qoymaq üçün qanun layihəsini qəbul etmək üçün böyük səs çoxluğu ilə səs verib. BİG.AZ The Jerusalem Post-a istinadə

12:46 170
.

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,. 2016-cı ilin 15 iyul tarixində Türkiyə Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınmas

11:02 280
.

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq

Azərbaycanda iyulun 16-da havanın 38 dərəcə isti olacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanı

12:58 178
.

Alimlər suyun beyin və psixologiyaya təsirini araşdırırlar

Su hövzələrinin yaxınlığında olmağın beyin fəaliyyətinə təsiri ilə bağlı aparılan son araşdırmalar dünyada "mavi məkan" (Blue Space) terapiyasına marağı artırıb. Mütəxəssislər bildirirlər ki, okean, dəniz, göl və çay kənarında keçirilən terapiyalar narahatlıq, psixoloji travmalar və müxtəli

14.07.2026 336
.

Tutulma müddəti hansı hallarda uzadıla bilər?

"İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulma müddəti ümumilikdə üç saatdan artıq ola bilməz. Lakin qanunvericilikdə bu qaydanın bir sıra istisnaları da nəzərdə tutulub". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib

14:30 140
.

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

xəbər portalı ölkənin peşəkar jurnalist və yazarları arasında saytın qurucusu, mərhum baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin əziz xatirəsinə həsr olunmuş II "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsini elan edir. Müsabiqə Azərbaycan jurnalistikasında peşəkarlığın, milli dəyərlər

13:24 165
.

XİN Qara dəniz hövzəsində təhlükəsizlik riskləri ilə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib - BƏYANAT

Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif silahlı münaqişə bölgələrində və yüksək riskli ərazilərdə Azərbaycan vətəndaşlarının fəaliyyət göstərməsi, habelə onların həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları təəssüf hissi ilə qeydə alınmaqda davam edir. APA xəbə

15:34 117
.

TOP MP3