"Əbu-Dabi görüşü sülh prosesində uğurlu mərhələ hesab edilə bilər" - Bəhruz Məhərrəmov

"Əbu-Dabi görüşü sülh prosesində uğurlu mərhələ hesab edilə bilər" - Bəhruz MəhərrəmovAzərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə görüş keçirilib.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov BiG.AZ-a bildirib ki, Əbu-Dabidə Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında dövlətlər arasında normallaşma gündəliyinin müxtəlif aspektlərinin müzakirəsi cənab İlham Əliyevin təşəbbüsləri ilə başlanmış sülh prosesində uğurlu mərhələ hesab edilə bilər:

"İlk növbədə ona görə ki, dialoqun gündəliyini Azərbaycan müəyyən edib. Həmçinin danışıqların formatı məhz Azərbaycan Prezidentinin milli maraqları ehtiva edən və beynəlxalq hüququn aliliyinə söykənən metodologiyaya əsaslanır. Bundan başqa Azərbaycan və Ermənistan arasında normallaşma prosesində dialoqun və qarşılıqlı ehtimat mühitinin formalaşmasını daha effektiv formada həyata keçirilməsi üçün Azərbaycanın təklif etdiyi vasitəçisiz müzakirələrin Əbu-Dabidə davam etdirilməsi və Ermənistanın da bunu formada əvvəlki dövrlərdən fərqli olaraq səmərli format kimi qəbul etməsi özlüyündə kifayət qədər müsbət meyillərdir. Məlumdur ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni razılaşdırıldıqdan sonra bu müqavilənin imzalanması üçün bəzi obyektiv reallıqların təmin olunması Bakı tərəfindən qəti şərt kimi irəli sürülür. Azərbaycan sülh müqaviləsinin formal normativ bazisə çevrilməməsi üçün daha üstün qüvvəyə malik Ermənistan konstitusiyasının Azərbaycana ərazi iddialarını ehtiva edən müddüalardan təmizlənməsini, habelə artıq uzun illərdir ki, heç bir funksiyaya malik olmayan və yalnız bölgədə artıq başa çatmış münaqişənin davamlılığına xidmət göstərmiş ATƏT-in Minsk qrupunun saxlanılmasına lüzum görmür. Eyni zamanda biz Ermənistanın daha öncə kapitulyasiya aktı ilə üzərinə götürdüyü öhtəliklərə uyğun olaraq Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında kommunikasiyaların-Zəngəzur dəhlizinin açılmasına regionda dayanıqlı sülhün və sabitliyin təməl şərtlərindən biri kimi baxırıq. Əbu-Dabidə Azərbaycan və Ermənistanın rəhbərlərinin nəticəyönlü dialoqun davam etirilməsi barədə razılığa gəlməsi qeyd olunan istiqamətdə əməli razılıqları əldə olunma ehtimallarını daha da artırır.
Bu gün birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan və Ermənistan tarixin heç bir dövründə olmadığı qədər yekun sülhə yaxındır. Xüsusən Əbu-Dabidə keçirilən son müzakirələr fonunda tərəflərin dialoqa sadiqlik ifadə etməsi və ötən dövrdə əldə olunan müsbət meyillərin davam etirilməsi iradəsinin göstərilməsi deyilənləri bir daha təsdiq edir. İndiki məqamda yeganə tələb İrəvanın özünün mifik iddialardan əl çəkməsi regionda yaranan konfiqurasiyanın və reallıqları olduğu kimi qəbul etməsi bu niyyətini qanunvericilik səviyyəsində təsbit olunan təcavüzkar mahiyyətli normalardan imtina etməklə və ölkə hakim revanşist mövqedən geri çəkilməklə göstərmiş olar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 613   Tarix: 11 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb

10.10.2026 177
.

Türkiyədə siqaret satışında yeni qayda: Şəxsiyyət vəsiqəsi tələb ediləcək

"Türkiyədə siqaret satışı zamanı şəxsiyyət vəsiqəsi tələb olunacaq. Müvafiq qanun layihəsini bir neçə həftə ərzində parlamentə təqdim edəcəyik". "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu danışıb. Onun sözlərinə görə, siqaretlə mübariz

10.10.2026 182
.

Türkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi

Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək

10.10.2026 161
.

London polisi Meqan və Harrinin təhlükəsizliyindən narahatdır

Böyük Britaniyada şahzadə Harri və həyat yoldaşı Meqan Marklın təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb. Axşam.az xəbər verir ki, bu barədə "RadarOnline" nəşri məlumat yayıb. London polisi hesab edir ki, cütlüyün istifadə etdiyi özəl mühafizə xidməti onların təhlükəsizliyini tam təmin etmə

10.10.2026 179
.

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç

10.10.2026 166
.

Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda

"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro

00:44 88
.

Finlandiyanın Baş naziri Aİ-yə rusiyalılara turist vizalarının verilməsini dayandırmağı təklif edəcək

Finlandiyanın Baş naziri Petteri Orpo Avropa Şurasına Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırmağı təklif etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə o, "Yle"nin efirində bildirib. "Avropa Şurasının növbəti iclasında təklif etmək niyyətində olduğu

10.10.2026 132
.

Cozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır

Livan Prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampın iki ölkə arasında təxminən 40 il qüvvədə olan birbaşa aviareyslərə qoyulmuş məhdudiyyəti ləğv etmək qərarını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məluma

10.10.2026 166
.

Pensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili

00:17 104
.