Əbu-Dabi görüşü: Azərbaycan və Ermənistan XİN-ləri "nəticəyönümlü dialoq" mesajı verdi
Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Əbu-Dabidə keçirilən görüşünü "nəticəyönümlü dialoq" kimi qiymətləndirib.
Qeyd edək ki, hələ mart ayında sülh sazişinin mətninin razılaşdırıldığı bildirilsə də, bu dəfəki görüşdə sənədin imzalanma tarixi barədə XİN-lərin açıqlamasında heç bir məlumat yer almayıb.
Görüşdə sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və sülh müqaviləsinin paraflanması məsələləri müzakirə olunub.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında keçirilən görüş regional və beynəlxalq səviyyədə mühüm əhəmiyyət daşıyır:
"Azərbaycan növbəti dəfə sübut etdi ki, hər hansı vasitəçi ölkənin iştirakı olmadan da birbaşa ikitərəfli müzakirələr aparmaq gücünə malikdir. Bu tip görüşlər artıq müəyyən fasilələrlə davam etdirilir və tərəflər gündəlik məsələləri birbaşa öz aralarında müzakirə edərək müəyyən razılıqlara gəlirlər. ABŞ, Fransa və Rusiya anlamalıdır ki, Azərbaycan və Ermənistan istənilən məsələnin müzakirəsində öz aralarında nəticəyə gələ bilərlər."
Politoloqun sözlərinə görə, Paşinyan hökuməti sülh sazişinin mümkün qədər tez imzalanmasında maraqlıdır:
"Yekun sənədin mətni artıq razılaşdırılıb və imzalanmağa hazırdır. Lakin rəsmi Bakının bu sənədlə bağlı iki mühüm şərti qalmaqdadır. Birinci şərt – Ermənistan konstitusiyasında Azərbaycana qarşı irəli sürülən ərazi iddialarının ləğvi; ikinci şərt isə – ATƏT-in Minsk Qrupunun tamamilə ləğv edilməsi üçün rəsmi müraciət olunmasıdır. Hər iki şərt yerinə yetirildikdən sonra sülh sazişi imzalanacaq və tərəflər bu mərasimi harada keçirəcəklərinə birgə qərar verəcəklər."
Xalidbəylinin fikrincə, hazırda Cənubi Qafqazda mürəkkəb və həssas siyasi vəziyyət hökm sürür. Bu səbəbdən də Azərbaycan və Ermənistan liderlərinin birbaşa dialoqu mövqelərin dəqiqləşməsi baxımından önəmli məqam sayılır.
"Bütün bu faktlar onu göstərir ki, region üçün taleyüklü bir mərhələyə qədəm qoymuşuq. Bu mərhələdə liderlər həm iki ölkənin, həm də ümumilikdə Cənubi Qafqazın gələcəyi baxımından vacib məqamları müzakirə etməyə ehtiyac duyurlar."
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 622 Tarix: 11 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabahdan bu küçədə hərəkət istiqaməti dəyişdirilir - Video
İyulun 16-dan etibarən Əbdüləzəl Dəmirçizadə küçəsində nəqliyyat vasitələrinin hərəkət istiqaməti əksinə dəyişdirilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, dəyişiklik Nəqliyyatı Əlaqələndirmə Şurasını
15:18 108 Donald Tramp: "Biz onların bütün elektrik stansiyalarını sıradan çıxaracağıq"
Tramp Tehran danışıqlar aparmazsa, İran infrastrukturuna zərbə vurmaqla bağlı əvvəlki təhdidini yenidən təkrarlayıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Tramp çərşənbə axşamı Fox News-a verdiyi müsahibədə deyib: "Enerji hədəflərini sona saxlayacağam, amma sonda enerji hədəflərinə çatacağıq"
12:16 164 Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq
Azərbaycanda iyulun 16-da havanın 38 dərəcə isti olacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanı
12:58 165 "Kompleksim olsaydı, bu reklama çəkilməzdim"
Aktyor Taleh Yüzbəyovun qalmaqallı reklam çarxında estetik əməliyyat keçirmiş qız obrazını canlandıran aktrisa Türkan Murad tənqidlərə münasibət bildirib. Axşam.az-ın məlumtına görə, aktrisa tənqidlərə belə cavab verib:. "İlk növbədə təbriklərə görə hər kəsə təşəkkür edirəm. Məni qınayanlara is
14:06 183 "Polşa Ukraynanın Avropa və Avroatlantik inteqrasiyasının əsas tərəfdarlarından biri olub" - BƏHRUZ QULİYEV
"Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Ukraynaya planlaşdırılan səfəri, NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşlər, eləcə də son dövrlərdə Polşa-Ukrayna münasibətlərində müşahidə olunan normallaşma meyillər
11:05 152 Sakinlər mərasim evindən narazıdır - Sahibkar "Mən ağlamağa icazə vermirəm" deyir
Sumqayıtda yerləşən "Levent 2" yaşayış kompleksinin sakinləri binanın aşağı hissəsində mərasim evinin açılmasından narazıdır. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Baku TV"yə danışan şikayətçi Könül Əhmədova düşünür ki, yaşayış binasında yas mərasimlərinin keçirilməs
12:16 208 "Yaşıl Cümə" ilə yay alış-verişi başlayır!
"İrşad" yaya özəl olaraq, ən böyük fürsətlərdən olan ənənəvi "Yaşıl Cümə" kampaniyasına start verir. - 17-26 iyul tarixlərində keçiriləcək kampaniya çərçivəsində alıcıları müxtəlif kateqoriyalarda 70%-dək real endirimlər və sərfəli alış-veriş imkanları gözləyir. - Kampaniya müddətind
12:49 153 Özəl bağça və məktəblərdə qiymət artımı: Maaşlar yerində saydığı halda təhsil niyə bahalaşır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Son illərdə Azərbaycanda özəl təhsil müəssisələrində təhsil haqlarının ardıcıl şəkildə artırılması valideynlərin narahatlığını daha da gücləndirib. Yeni tədris ili yaxınlaşdıqca bəzi özəl bağça və məktəblərin qiymətlərə yenidən baxması ailə büdcəsinə əlavə yük yaradıb. Xüsusilə ölkədə əməkhaqları v
15:03 108 Məişət zorakılığı və qadın qətllərinə görə cəzalar sərtləşdirilməlidirmi? - VƏKİLDƏN AÇIQLAMA
Son illər Azərbaycanda məişət zorakılığı və qadın qətlləri ilə bağlı xəbərlərin artması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Baş verən hadisələrdən sonra ictimaiyyət arasında bu cür cinayətlərə görə cəzaların daha da sərtləşdirilməsi, hüquqi mexanizmlərin gücləndirilməsi və zərərçəkənlərin daha effekti
10:52 171