Azərbaycan-Ermənistan dialoqu vasitəçisiz formatda yeni mərhələyə keçdi-POLİTOLOQDAN AÇIQLAMA

Azərbaycan-Ermənistan dialoqu vasitəçisiz formatda yeni mərhələyə keçdi-POLİTOLOQDAN AÇIQLAMAAzərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə görüş keçirilib. Bu görüş Ermənistan–Azərbaycan sülh gündəliyinin irəliləməsi baxımından əhəmiyyətli mərhələ hesab olunur.

Görüşdə heç bir vasitəçi və ya xarici aktorun iştirakı olmayıb. Tərəflər həm təkbətək, həm də geniş tərkibdə danışıqlar aparıb. Bu format danışıqların keyfiyyətinə və dərinliyinə müsbət təsir göstərib. Təxminən beş saat davam edən müzakirələrdən sonra Azərbaycan və Ermənistan XİN-lərinin verdiyi pozitiv açıqlamalar danışıqların konstruktiv atmosferdə keçdiyini təsdiqləyib. Bu isə bir daha göstərir ki, tərəflər arasında birbaşa təmaslar vasitəçilərsiz formatda daha məhsuldar və nəticəyönümlü ola bilər.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Brüssel, Moskva və Vaşinqton platformalarında keçirilən görüşlərdə müşahidə edilən kənar təsirlərin olmaması Əbu-Dabi görüşünü siyasi baxımdan daha rasional və kompromisə açıq edib:

"Azərbaycan uzun müddətdir bildirirdi ki, yalnız ikitərəfli formatda aparılan danışıqlar real nəticə verə bilər. Əbu-Dabi görüşü də bu yanaşmanın praktiki təsdiqi oldu. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, iki ölkə liderinin birbaşa dialoqu səmərəli və konstruktiv qərarların əldə olunmasına daha çox şərait yaradır. Əvvəllər keçirilən üçtərəfli görüşlərdə bəzi xarici aktorların prosesə selektiv müdaxiləsi və təzyiqləri danışıqları süni şəkildə gərginləşdirirdi."
Azərbaycan-Ermənistan dialoqu vasitəçisiz formatda yeni mərhələyə keçdi-POLİTOLOQDAN AÇIQLAMAPolitoloqun sözlərinə görə, Əbu-Dabi görüşü, həmçinin Azərbaycanın danışıqların yalnız formatını deyil, gündəliyini də regional reallıqlar əsasında müəyyənləşdirdiyini göstərdi. Müzakirələrin əsas mövzuları sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiya xətlərinin açılması, qarşılıqlı suverenliyin tanınması və gələcək münasibətlərin hüquqi çərçivəyə salınması olub.

"Danışıqlar nəticəsində hər hansı sənədin imzalanmaması neqativ məqam kimi görünsə də, əslində razılaşdırılmış mexanizmlərin və qarşılıqlı anlayışın mövcudluğu özü müsbət siqnaldır. Bu cür yüksək səviyyəli dialoqlarda əsas məqsəd hər addımı sənədə çevirmək yox, qarşılıqlı etimadın formalaşdırılmasıdır."

Rzayev qeyd edib ki, Əbu-Dabi danışıqları bir daha ATƏT-in Minsk Qrupunun tarixi olaraq artıq öz funksiyasını itirdiyini nümayiş etdirdi. Tərəflər yaxın zamanda bu qrupun hüquqi olaraq tam ləğv edilməsi ilə bağlı razılığa gələ bilərlər. Bu da postmünaqişə dövründə yeni regional hüquqi arxitekturanın formalaşmasına təkan verə bilər.

"Azərbaycanın mövqeyi aydındır: Bakı həm diplomatik təşəbbüsləri ələ alır, həm də prosesin institusional əsaslarla irəliləməsinə çalışır. Azərbaycanın yanaşması budur ki, regionda davamlı sülh yalnız beynəlxalq vasitəçilər deyil, birbaşa tərəflərin siyasi iradəsi ilə təmin oluna bilər."

Sonda politoloq vurğulayıb ki, prosesin gələcək dinamikası Ermənistanın daxili siyasi sabitliyindən və beynəlxalq güc mərkəzlərinin mövqeyindən də asılı olacaq:

"Ən önəmlisi odur ki, Əbu-Dabi görüşü Cənubi Qafqazda sülhün mümkün olduğunu göstərdi. Yetər ki, prosesə müdaxilə olunmasın və qərarları tərəflər özləri versin. Yaxın zamanlarda bu formatda növbəti görüşlərin keçirilməsi də istisna olunmur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 874   Tarix: 11 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb

10.10.2026 177
.

Türkiyədə siqaret satışında yeni qayda: Şəxsiyyət vəsiqəsi tələb ediləcək

"Türkiyədə siqaret satışı zamanı şəxsiyyət vəsiqəsi tələb olunacaq. Müvafiq qanun layihəsini bir neçə həftə ərzində parlamentə təqdim edəcəyik". "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu danışıb. Onun sözlərinə görə, siqaretlə mübariz

10.10.2026 182
.

Türkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi

Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək

10.10.2026 161
.

London polisi Meqan və Harrinin təhlükəsizliyindən narahatdır

Böyük Britaniyada şahzadə Harri və həyat yoldaşı Meqan Marklın təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb. Axşam.az xəbər verir ki, bu barədə "RadarOnline" nəşri məlumat yayıb. London polisi hesab edir ki, cütlüyün istifadə etdiyi özəl mühafizə xidməti onların təhlükəsizliyini tam təmin etmə

10.10.2026 179
.

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç

10.10.2026 166
.

Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda

"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro

00:44 88
.

Finlandiyanın Baş naziri Aİ-yə rusiyalılara turist vizalarının verilməsini dayandırmağı təklif edəcək

Finlandiyanın Baş naziri Petteri Orpo Avropa Şurasına Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırmağı təklif etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə o, "Yle"nin efirində bildirib. "Avropa Şurasının növbəti iclasında təklif etmək niyyətində olduğu

10.10.2026 132
.

Cozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır

Livan Prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampın iki ölkə arasında təxminən 40 il qüvvədə olan birbaşa aviareyslərə qoyulmuş məhdudiyyəti ləğv etmək qərarını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məluma

10.10.2026 166
.

Pensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili

00:17 104
.