AZAL təyyarələrinin Ermənistan üzərindən uçuş marşrutu niyə dəyişilib?
Adətən, Bakıdan Naxçıvana və əks istiqamətdə olan mülki aviareyslər Ermənistanın Vayotsdzor və Başkənd vilayətləri üzərindən həyata keçirilir. Lakin son zamanlar bəzi reyslərin Ermənistanın Sünik vilayəti üzərindən keçdiyi müşahidə olunub. Ermənistan Mülki Aviasiya Komitəsi (MAK) "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus bəzi təyyarələrin Ermənistan üzərindən keçən uçuş marşrutlarının dəyişdirilməsi səbəblərini izah edib.
Oxu.Az-ın verdiyi məlumata görə, qurum bu barədə "Sputnik Ermənistan"ın sorğusunu cavablandırıb.
MAK-ın cavabında qeyd olunub ki, mülki təyyarələrin uçuşları beynəlxalq meyarlar və prosedurlar çərçivəsində tənzimlənir:
"Təyyarələrin yönləndirilməsi - hava şəraiti, pilotların müraciətləri, təyyarələr arasında minimal məsafənin qorunması kimi amillərlə, eləcə də hava məkanında müvəqqəti məhdudiyyətlərlə bağlı qəbul edilən adi və beynəlxalq səviyyədə tanınmış təcrübədir. Bu amillər səbəbindən bəzi hallarda təyyarələr planlaşdırılmış marşrutdan kənara çıxa bilər".
Komitə vurğulayıb ki, Azərbaycan mülki təyyarələri bu praktikanın istisnası deyil və onların marşrutdan yayınmasının səbəbləri də yuxarıda qeyd olunan hallar ola bilər.
Bildirilib ki, belə hallarda hərəkətə Ermənistanın hava hərəkətinə nəzarət orqanları və hava hücumundan müdafiə qüvvələri ilə razılaşdırılmış şəkildə, mövcud təhlükəsizlik və nəzarət prosedurlarına uyğun olaraq qərar verilir.
Komitənin məlumatına görə, İranın hava məkanında dövri məhdudiyyətlər səbəbilə tranzit uçuşların coğrafiyası dəyişib və bu da Ermənistan ərazisindən keçən reyslərin sayının artmasına səbəb olub.
Sonda MAK qeyd edib ki, bütün bu qərarlar sırf texniki, peşəkar və təhlükəsizlik baxımından qəbul olunur və siyasi motivlər daşımır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 694 Tarix: 12 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri
00:07 106 Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro
00:44 88 Finlandiyanın Baş naziri Aİ-yə rusiyalılara turist vizalarının verilməsini dayandırmağı təklif edəcək
Finlandiyanın Baş naziri Petteri Orpo Avropa Şurasına Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırmağı təklif etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə o, "Yle"nin efirində bildirib. "Avropa Şurasının növbəti iclasında təklif etmək niyyətində olduğu
10.10.2026 132 Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand
00:09 119 Almaniya ABŞ-nin dizel qərarına baxmayaraq, Rusiyaya qarşı yeni sanksiyalardan imtina etməyəcək
Almaniya yanacaq qıtlığını azaltmaq məqsədilə Moskva və Vaşinqtonun dizel yanacağının dünya bazarlarına tədarükü barədə razılaşmasına baxmayaraq, Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsinə çalışmaqda davam edəcək. "Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə Almaniy
10.10.2026 168 Ermənistanda hərbçi güllələnərək öldürülüb
Ermənistan silahlı qüvvələrində xidmət edən A.Q. adlı hərbçinin odlu silahdan açılan atəş nəticəsində aldığı yara ilə meyiti tapılıb. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan özünün "Telegram" kanalında məlumat paylaşıb. Onun sözlərinə görə, hazırd
10.10.2026 163 Gələcəkdə pensiyalar AZALACAQ
Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. BİG.AZ -a istinadən xəbər verir ki, iqtisadç
00:41 90 65 yaş gözləmədən pensiyaya çıxmaq mümkün olacaq? - AÇIQLAMA
"Hazırda qanunvericilikdə tək yaşayan, ailəsi və himayəsində olan şəxsi olmayan qadınlar üçün ayrıca 60 yaş pensiya həddi müəyyən edilməyib. Belə bir güzəştin qanunvericilikdə nəzərdə tutulması hüquqi baxımdan mümkündür. Azərbaycanda 1 iyul 2026-cı ildən etibarən qadınlar üçün ümumi yaşa görə əmə
00:11 113 Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
Mal ətinin qiymətindəki artım bazarlarda kənd toyuğuna marağı artırıb. Tələbatın yüksəlməsi isə öz növbəsində qiymətlərə təsir göstərib. BİG.AZ"Xəzər" TV-yə istinadən xəbər verir ki, paytaxtla yanaşı, bölgələrdə də kənd toyuğunun qiymətində təxminən 2-5 manat arasında artım müşahidə olunur
00:23 113