"Övlada görə xanımımdan ayrılmaram"
"Evlənəndən artıq narkotikdən sağalmışdım. Adam kimisə bədbəxt etməz. Bəzilərinin axmaq düşüncə tərzi var: Evlən düzələcək. Necə yəni? Bu düzəlsin, sonra evlən də. O qədər belə ailələr var ki... Həm də insan həyatı ilə təcrübə aparmazlar. Niyə kimisə bədbəxt edirsən? Pişik deyil. İnsanın pişiyi də öləndə ona təsir edir. Cəza yoxdur deyə, belə olur. Kişi də, qadın da istəyəndə boşanır. Ailəni qoruyan qadındır. İnsan sənə pis təsir edəcək hərəkəti ardıcıl edirsə, bu, səhv deyil. Səni itirmək üçün həyat tərzidir. Sənə hörmət etsə, bir-iki dəfə edər. İnsana şans vermək lazımdır. Lakin elə məsələlər var ki, şans vermək olmaz. Bir dəfə gəlirəm dünyaya, onu da sənə qurban edim? Hamı rahat yaşamaq istəyir".
Ətraflı
Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Rüfət Nasosnu "Həftənin qonağı" verilişində deyib. O, xanımı ilə münasibətlərindən danışıb:
"Həyat yoldaşımı əvvəldən tanımırdım. Tibb bacısıdır. Diş həkiminə gedəndə tanış oldum. Təzə tanınan vaxtlarım idi. Övladımın olmamağı mənə əziyyət vermir. Qismətdir. Allah verər nemətdir, verməz qismətdir. Müalicəyə gedəcəyik. Övladımız olmasa da ayrılmayacağıq. Müqəddəs bir şey deyil ki, ona görə xanımımdan ayrılım. Övlad naxələf də çıxa bilər. O qədər olub ki, beş övlad bir ata-ananı yola verə bilməyib qocalar evinə qoyub və ya əziyyət veriblər. İnsan öləndə əməl dəftəri bağlanır, savab dəftəri isə açıq qalır. Özündən sonra yaxşı övlad qoyarsan, yaxşı əməllər edər, sənə rəhmət deyərlər. Çətindir. Hər şeyi övladın yolunda qurban verirsən, amma ailə qurandan sonra dəyişir".
Meyxanaçı hazırda ailələrin dağılmasını öz həyat tərzlərini başqalarınkı ilə müqayisə etməkdə görür:
"Ailələr müqayisələrə görə dağılır. Görürsən ki, qonşuda bu var, məndə niyə olmasın? Gərək sosial şəbəkələrdən uzaq olsan. Çox ailələrin dağılmasının səbəbi budur. Baxırlar, deyirlər filankəs bunu etdi. Kişini kiminləsə müqayisə etdin, vəssalam. Onda kişi sənin yanında özünü kişi kimi hiss etmir. Amma gərək kişi də sənə dəyər versin. Vay o gündən ki, cəmiyyətin içində kişi qadının üstünə qışqırar, amma evdə gəlib könlünü alar. Kül elə münasibətin başına. Sən camaatın yanında kişiliyini kimə sübut etmək istəyirsən? Kişi ailəsinin yanında kişi kimi olar".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşElzanın gəlinlərə arzusu: "İki il qayınananızla qalın"
"Hər valideynə nəvələri ilə 2-3 il, gəlinlərə də heç olmasa, qayınanası ilə 2 il qalmağı arzu edirəm. Bunların hamısı bir məktəbdir". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətçi hazırda gəlinindən ayrı yaşasa da, münasibətlərini
03.10.2026 274 "Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO
Müğənni Xatun Əliyeva canlı yayım zamanı həmkarı Namiq Qaraçuxurlu ilə münasibətləri barədə danışıb. xəbər verir ki, sənətçi meyxana ustadı ilə uzun müddətdir əlaqə saxlamadığını və danışmadığını bildirib. Xatun buna səbəb kimi Aygün Kazımova ilə bağlı məsələni göstərib. "Aygün Kazımovaya görə danışmıram
03.10.2026 721 Rəsmi boşanma 10 il sonra gerçəkləşdi
Hollivud aktyoru Tobi Maquayr və prodüser Cennifer Meyer boşanmalarını rəsmən yekunlaşdırıblar. Axşam.az xəbər verir ki, "People" nəşrinin məlumatına görə, cütlüyün boşanma prosesi ayrıldıqlarını elan etdikdən 10 il sonra başa çatıb. Maquayr və Meyer 2016-cı ildə ayrıldıqlarını açıqlayıblar
03.10.2026 250 Yenidən eyni layihədə rol alacaqlar
Türkiyəli aktyor Onur Seyit Yaranın "Yörük kızı" serialındakı tərəf müqabili bəlli olub. Axşam.az xəbər verir ki, ekran işində Mina Demirtaş rol alacaq. O, layihədə "Güneş" obrazını canlandıracaq. Qeyd edək ki, aktyorlar daha əvvəl "Yaz evi" filmində birlikdə rol almışdıla
03.10.2026 255 "Bir aparıcıya bunu yaraşdırmadım"
Aparıcı Elnarə Təhməzova radio həmkarlarının efirdə səsləndirdiyi fikirlərə irad bildirib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə yayımladığı videoda tıxaclarla bağlı danışan bir radio aparıcısının fikirlərini tənqid edib. E.Təhməzova həmin şəxsin adını və çalışdığı radionu açıqlamayıb. Aparıc
10.10.2026 197 Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO
Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus
04.10.2026 632 Tanınmış aktyor ABŞ-də təyyarə qəzasında öldü
Məşhur İsrailli aktyor Qi Kapulnik ABŞ-də aviaqəzada həlak olub. -ın xəbərinə görə, bu barədə "Need To Know" nəşri məlumat verib. Məlumata görə, "Aeronca Champion" təyyarəsinin sükanı arxasında 46 yaşlı Qi Kapulnikin özü olub. O, bu təyyarədən pilot təlimi üçün istifadə edirmiş. Aktyo
03.10.2026 240 İranlı rejissorun filmində baş rola çəkiləcək
Məşhur türkiyəli aktrisa Hande Erçelin yeni beynəlxalq layihəsi bəlli olub. "Qafqazinfo" xəbər verir ki, aktrisa iranlı rejissor Nader Saeivarın Almaniyada lentə alacağı "Diaspora" adlı filmdə baş rolu canlandıracaq. Filmin çəkilişlərinə 2027-ci ilin ilk aylarında başlanılması planlaşdırılır
10.10.2026 241 Aygün Kazımovanın 36 yaşlı qızı İlqarədən gündəmi ALT-ÜST EDƏCƏK GÖRÜNTÜLƏR
Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, sosial mediada müğənninin yeni görüntüləri yayımlanıb. Onun dəyişimi diqqət çəkib. İlqarənin görünüşü çox bəyənilib. Həmin fotoları təqdim edirik:
00:04 228