"Ekstrasens Etibar" ritualları ilə kimlərdən "CİN" çıxarıb? -Araşdırma

"Ekstrasens Etibar" ritualları ilə kimlərdən "CİN" çıxarıb? -AraşdırmaBəzən insanlar problemlərindən azad olmaq üçün çıxış yolunu falçılara,ekstrasenslərə üz tutmaqda görürlər. Sanki, bu yolla hər şey yoluna düşəcək. Dinimizə görə falçıya,ekstrasensə inanmaq Tanrıya şərik qoşmaq kimi qəbul edilir.Cadu ilə məşğul olmaq və cadu etdirmək də böyük günah, çirkin bir əməl hesab olunur.

Amma cəmiyyətimizdə ekstrasens (yəni müasir falçı) adı altında insanların pulunu mənimsəyən kifayət sayda fırıldaqçılar da az deyil.

Onlar çirkin fəaliyyətlərini məhz sosial şəbəkələr üzərindən apararaq, qurbanlarını geniş təbliğatları ilə özlərinə təslim etməyi bacarırlar.

"Ekstrasens Etibar" ritualları ilə kimlərdən "CİN" çıxarıb? -AraşdırmaXALQ-a müraciət edən ekstrasensin toruna düşən şəxlər bildiriblər ki, özünü sosial platformada "Ekstrasens Etibar" adı ilə reklam edən Etibar Qəhramanovdur.

"Ekstrasens Etibar" ritualları ilə kimlərdən "CİN" çıxarıb? -AraşdırmaDeyilənə görə "Ekstrasens Etibar" ın qəbulu 50 manatdan başlayır. Daha sonra isə bu məbləğ rituallara görə artır, və insanları ovsunlayaraq min manatdan çox pul alır. Ona üz tutan, mövhumatçılar onun öncəgörücülük bacarığına inanınaraq gələcək işlərini proqnozlaşdırmaq üçün onun istədiyi pulu verirlər. Aldatmaq, inandırmaq qabiliyyətinə yiyələnmiş Etibar Qəhramanov isə bütün işlərini din pərdəsi altında təqdim edir.

Kimdir bu Etibar Qəhramanov? Özünü nömrə 1 adlandıran və rəqibi olmayan müxtəlif rituallarla insanları ovsunlayan Ekstrasens hətta sahibkarlıqlada məşguldur.

"Ekstrasens Etibar" ritualları ilə kimlərdən "CİN" çıxarıb? -AraşdırmaMistik aksessuarlar, enerjili daşlar, təsirli talismanlar və unikal bir aləm təklif edən Azadlıq prospektində Sehr və enerjinin ünvanı olan "TalesmanLandBaku" adı altında insanların bürclərinə görə ətir satan, müxtəlif daşlardan energiya bəxş edən "Ekstrasens Etibar" hətta baxıcı kimi bəxtləri açır, gizli sövdələşmələri aşkara çıxarır, sevgilisi olanı evinə qaytarır, xəstəlikləri sağaldır, və daha nələrə qadir olduğunu sosial platformada yayımlayır.

"Ekstrasens Etibar" ritualları ilə kimlərdən "CİN" çıxarıb? -AraşdırmaBu kimi hadisələri cəmiyyətimizdə qəbul edənlərdə az deyil. Müxtəlif üsullarla insanları ovsunlayıb öz çirkin əməllərinə inandıran Ekstrasenslərin sonu isə hüquq-mühafizə orqanlarının qanunvericiliklə sualları ilə qarşılaşırlar.

Cavabları isə "Mən insanları dinə dəvət edərək, onlara kömək edirdim" deməklə kifayətlənirlər və məsuliyyətdən boyun qaçıra bilmirlər.

Belə hadisələr isə az olmayıb. Müxtəlif vaxtlarda hüquq-mühafizə orqanları bu kimi şəxslərlə ciddi şəkildə mübarizə aparır və nəticədə onlar ifşa edilərək qanunvericiliklə öz cəzalarını alırlar.

"Ekstrasens Etibar" ritualları ilə kimlərdən "CİN" çıxarıb? -AraşdırmaMəlumatlara görə, "Ekstrasensin Etibar"dan kömək uman insanlar arasında məşhur simalar, televiziya aparıcıları, rəsmi şəxslərdə az deyil.

"Ekstrasens Etibar" ritualları ilə kimlərdən "CİN" çıxarıb? -AraşdırmaGöydən səs eşidən "Esktrasen Etibar" sevgilisi cin olanlarıda aşkar edə bilir. Bu nə biabərçılıqdır, nə avamlıqdır? İnsanları müxtəlif bəhanələrlə ovsunlayıb daha çox pul almaq məqsədi ilə min cür fikirlər irəli sürərək öz çirkin əməllərini rahatlıqla həyata keçirə bilir.

"Ekstrasens Etibar" ritualları ilə kimlərdən "CİN" çıxarıb? -AraşdırmaBədənə cin girmə, sancaq ilə saç burma prosesləri vahimə haradan sözlərlə insanları aladadan "Ekstrasens Etibar" isə belə əməlləri bu gündə davam etdirməkdədir.

"Ekstrasens Etibar" ritualları ilə kimlərdən "CİN" çıxarıb? -AraşdırmaMəsələ ilə bağlı araşdırmalarımız zaman daha dəhşətli hadisələr barədə məlumatlar əldə olunub. Məlumatlar geniş rezonans doğuracak. Faktlar əldə etdikdə oxucularımıza təqdim edəcəyik.

Belə hallara görə elm və din xadimləri çağırış edərək bildirirlər ki, insanlar həyata rasional yanaşmalı, elmi və dini əsası olmayan falçılıq və ekstrasenslik kimi çirkin işdən uzaq olmalıdırlar. İnsanlar əminliklə bilməlidirlər ki, Allah hər kəsə iradə azadlığı, seçim imkanları verib və taleyimizin necə olması bizim bu gün hansı addımı atacağımızdan asılıdır, falçıların,ekstrasenslərin verdiyi proqnozlardan yox… Həyata doğru-düzgün baxışla yanaşıb, həm rasional, həm də mənəvi cəhətdən düzgün addımlar atsaq, gələcəyimiz mütləq xoşbəxt olar.

Bəs, "Ekstaresens Etibarın "toru"na nə qədər adam düşüb? Bu isə hüquq-mühafizə orqanlarının ciddi araşdırmasının nəticəsində məlum olacaq. İnanırıq ki hüquq-mühafizə orqanları öz araşdırmalarını apararaq lazımi tədbirlər görəcək.

"Ekstrasens Etibar" ritualları ilə kimlərdən "CİN" çıxarıb? -Araşdırma


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 760   Tarix: 13 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili

00:17 104
.

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç

10.10.2026 166
.

Türkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi

Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək

10.10.2026 161
.

Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. BİG.AZ xəbər verir ki, Azərbaycan Prezidenti və Çeçenistan başçısı "Bakı Ağ Şəhər"də olublar. Səfər zamanı İlham Əliyev və Ramzan Kadırov birg

10.10.2026 165
.

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

Avropanın mərkəzində, Türkiyədəki telefon qiymətinə mənzil sahibi olmaq artıq reallığa çevrilib. "Yeni Sabah" "Sözçü" nəşrinə istinadən xəbər verir ki, Macarıstanın şimalında, Slovakiya sərhədinə yaxın yerləşən tarixi Salqotaryan şəhərində əhalinin azalması ilə daşınmaz əmlak bazar

10.10.2026 344
.

65 yaş gözləmədən pensiyaya çıxmaq mümkün olacaq? - AÇIQLAMA

"Hazırda qanunvericilikdə tək yaşayan, ailəsi və himayəsində olan şəxsi olmayan qadınlar üçün ayrıca 60 yaş pensiya həddi müəyyən edilməyib. Belə bir güzəştin qanunvericilikdə nəzərdə tutulması hüquqi baxımdan mümkündür. Azərbaycanda 1 iyul 2026-cı ildən etibarən qadınlar üçün ümumi yaşa görə əmə

00:11 113
.

"Çelsi" futbolçusu Koul Palmerlə müqavilənin müddətini uzadıb

İngiltərənin "Çelsi" klubu yarımmüdafiəçi Koul Palmerlə müqavilənin müddətinin uzadıldığını elan edib. "Report" London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun müqaviləsinin müddəti 2034-cü il iyun ayının sonuna qədər nəzərdə tutulub. K.Palmer 2023-c

10.10.2026 146
.

Cozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır

Livan Prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampın iki ölkə arasında təxminən 40 il qüvvədə olan birbaşa aviareyslərə qoyulmuş məhdudiyyəti ləğv etmək qərarını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məluma

10.10.2026 166
.

Tramp: "Tayson döyüşmək istəmədiyim yeganə şəxsdir" - Video

ABŞ Prezidenti Tramp Sirakusdakı mitinqi zamanı boks əfsanəsi Mayk Taysonu səhnəyə dəvət edib və daha sonra zarafatla bildirib ki, bu, onun qətiyyən döyüşmək istəmədiyi yeganə şəxsdir. Bu barədə "Fox News"a istinadən xəbər verir. Keçmiş ağır çəki üzrə çempionun rinqdə rəqibləri üzərində nec

10.10.2026 168
.