Azərbaycanda ehsan LƏĞV OLUR? - Gözlənilən qərar…
Xəbər verdiyimiz kimi, Sabirabad və Saatlı rayonlarında yas mərasimlərində ehsan verilməməsi ilə bağlı əhaliyə tövsiyə verilib. Son aylarda ölkənin bir neçə rayonunda da oxşar çağırışlar gündəmə gəlib. Bu tövsiyələr cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da, artıq müəyyən sosial çevrələrdə dəstək qazanır.
Rayonlarda ehsan verilməməsi ilə bağlı tövsiyələr ölkə üzrə vahid və rəsmi qərara çevrilə bilərmi?
Globalinfo.az-a danışan ilahiyyatçı Tural İrfandeyib ki, təmtəraqlı yas mərasimlərinin və ehsan adı ilə təşkil olunan qonaqlıqların ləğv edilməsi məqsədilə maarifləndirmə, təbliğat işləri aparılır:
"Dinimizdə yas məclisi anlayışı yoxdur və israfçılıq açıq şəkildə günah sayılır. İslama görə, insanların vəfatından sonra sadə və təvazökar mərasimlər keçirilməli, bu zaman yalnız yaxınların dəstəyi və dua ilə yetinilməlidir. Məclislərdə lüksə qaçmaq, əslində dinin təlimlərinə ziddir. Çünki məqsəd mərhumun ailəsinə yardım etmək və mənəvi dəstək göstərməkdir. Dini Qurumlarla İş üzrə DövlətKomitəsi də bu istiqamətdə müvafiq tədbirlər görür və bunun effekti görünür. Bir çox rayonlarda artıq dəyişikliklər hiss olunur. Bu cür işlər, adətən rəsmi qərarlardan əvvəl təbliğat və maarifləndirmə yolu ilə həyata keçirilir. Əgər tövsiyələr nəticə verməsə və ya süni maneələr yaransa, əlbəttə, rəsmi qərar mümkündür.Çünki adını "adət" qoyub əhalinin bu səbəbdən kreditə müraciət etməsi və maddi çətinliklərlə üzləşməsi müasir dövr üçün arzuolunmaz haldır. Bu, həm də sosial bərabərsizlik və stress yaradan bir amilə çevrilir".
İlahiyyatçı bildirib ki, müvafiq icra orqanları bu məsələyə ciddi yanaşmalı və lazımi tədbirləri görməlidir:
"Eyni zamanda, din xadimləri dəfn mərasimlərində təbliğat aparmalı və insanlara dinimizin bu məsələyə yanaşmasını izah etməlidirlər. İslam qaydalarına əsasən, insan vəfat etdikdə cəsədi qüsl verilib kəfənlənir və namazı qılındıqdan sonra torpağa tapşırılır. Bu mərasimlərdən sonra qohumlar və yaxınlar toplaşıb dua edir, ardınca isə çıxıb gedirlər. Peyğəmbər dövründə heç bir nümunə yoxdur ki, səhabələr və ya Peyğəmbərin yaxınları dəfn mərasiminin ardınca toplaşıb ehsan yesinlər. Bu, dinin təhrif olunmasının nəticəsidir. Qonaqlara su, çay, kofe və xurma kimi yüngül tərkibli nemətlər təqdim oluna bilər. Lakin təmtəraqlı yemək süfrələri və xörəklər hazırlamaq doğru deyil".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 978 Tarix: 13 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır
Livan Prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampın iki ölkə arasında təxminən 40 il qüvvədə olan birbaşa aviareyslərə qoyulmuş məhdudiyyəti ləğv etmək qərarını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məluma
10.10.2026 166 Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri
00:07 106 İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da "Bakı Ağ Şəhər"də olublar. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, "Bakı Ağ Şəhər" layihəsinin icraçı direktoru Ruslan Sadıxov Rusiyanın Çeçenista
10.10.2026 184 11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI
Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. BİG.AZ -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü
00:15 119 Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında avtomobil yanıb
Sumqayıtda avtomobil yanıb. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh prospektində yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Belə ki, yanan həmin ərazidə hərəkətdə olan "VAZ-2105" markalı minik avtomobili olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyini
10.10.2026 199 "Çelsi" futbolçusu Koul Palmerlə müqavilənin müddətini uzadıb
İngiltərənin "Çelsi" klubu yarımmüdafiəçi Koul Palmerlə müqavilənin müddətinin uzadıldığını elan edib. "Report" London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun müqaviləsinin müddəti 2034-cü il iyun ayının sonuna qədər nəzərdə tutulub. K.Palmer 2023-c
10.10.2026 146 Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. BİG.AZ xəbər verir ki, Azərbaycan Prezidenti və Çeçenistan başçısı "Bakı Ağ Şəhər"də olublar. Səfər zamanı İlham Əliyev və Ramzan Kadırov birg
10.10.2026 165 Gələcəkdə pensiyalar AZALACAQ
Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. BİG.AZ -a istinadən xəbər verir ki, iqtisadç
00:41 90 Nyu-Dehlidə "Tarakanlar"ın lideri irimiqyaslı etiraz aksiyası ərəfəsində saxlanılıb
Hindistan Seçki Komissiyası rəhbərinin istefası tələbi ilə keçiriləcək aksiya ərəfəsində "Cockroach" ("Tarakan") gənclər hərəkatının lideri Abxicit Dipke Dehli hava limanında saxlanılıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, saxlanılma barədə məlumatı hərəkatı
10.10.2026 176