Azərbaycan Güləş Federasiyasının rəsmisi ermənilərin iddialarını YALANLADI
Ermənilər iddia edirlər ki, iranlı güləşçi İrəvanla Bakı arasında seçim edir.
"İranlı güləşçi əvvəlcə İrəvana gedib, sonra isə Bakıya yollanıb".
Oxu.Az xəbər verir bu barədə Ermənistanın "Sportball24" portalı məlumat yayıb.
"Planetin ən perspektivli güləşçilərindən biri Əmirreza Məsumi Bakıda məşq zamanı görüntülənib. Məsumi sosial şəbəkə hesabında əvvəlcə İrəvandan, sonra isə Bakıdan fotolar yerləşdirib. Bundan başqa, internetdə iranlının Azərbaycan millisinin düşərgəsindəki məşqinin fotosu yayılıb. Bu, asiyalı dünya çempionu ilə Azərbaycan Güləş Federasiyası arasında danışıqların müsbət yekunlaşdığını göstərir.
Bundan əvvəl İran Güləş Federasiyasının rəhbəri Məsumini tənqid edib və onu milli komandanın heyətindən uzaqlaşdırıb. Güləşçinin əvvəlcə Ermənistan Güləş Federasiyası ilə əlaqə saxlamasına baxmayaraq, Azərbaycanın Məsuminin yeni idman vətəninə çevrilməsi tamamilə mümkündür".
Mövzu ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev isə bildirib ki, istənilən idmançı ölkəmizə gələrək burada məşqlərə qatılma haqqına sahibdir.
"Azərbaycanda güləşçilərin məşq etməsi üçün yaxşı şərait yaradılıb. Dünyanın bir çox ölkələrindən də buraya titullu və ulduz idmançılar gəlib məşq edirlər. Bu da normal prosesdir. Əmirreza Məsumi də bu səbəbdən burada məşqlər edir. Qaldı ki, Ermənistan mediasının səsləndirdiyi fikirlər tamamilə əsassızdır. Hazırda güləşçinin İrəvanla Bakı arasında seçim qarşısında qalması xəbəri doğru deyil. Güləşçinin bizim milliyə dəvət olunması isə gündəm mövzusu belə deyil. Məsələ ilə bağlı rəsmi bir şey olarsa, Azərbaycan Güləş Federasiyası bununla bağlı ictimaiyyətə açıqlama verəcək", - deyə S.Musayev bildirib.
Qeyd edək ki, Əmirreza Məsuminin U-17, U-20 və U-23 yaş kateqoriyalarında dünya çempionatında altı medalı var. O, həmçinin 2025-ci ilin Asiya Çempionu və Zaqrebdə (2025) keçirilən reytinq turnirinin qalibidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 661 Tarix: 16 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlimlər suyun beyin və psixologiyaya təsirini araşdırırlar
Su hövzələrinin yaxınlığında olmağın beyin fəaliyyətinə təsiri ilə bağlı aparılan son araşdırmalar dünyada "mavi məkan" (Blue Space) terapiyasına marağı artırıb. Mütəxəssislər bildirirlər ki, okean, dəniz, göl və çay kənarında keçirilən terapiyalar narahatlıq, psixoloji travmalar və müxtəli
14.07.2026 301 Batabatın üzən adası - təbiətin sakit möcüzəsi
"Həyatımı informasiya texnologiyalarına həsr etsəm də, tarix, coğrafiya və təbiətin yaratdığı möcüzələr məni həmişə valeh edib. Bu dəfə isə Şahbuz rayonunda yerləşən Batabat gölünə səfərimdən aldığım təəssüratları sizinlə bölüşmək istədim". Bunu İKT üzrə mütəxəssis Bəhruz Əliyev Naxçıvanı
14.07.2026 340 Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib
İyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin strateji səviyyəyə qalxmasının, regionlararası nəqliyyat-energetika yönümlü əməkdaşlığın və müdafiə sənayesi sahəsində yeni mexanizmlərin formalaşmasının işarəsidir. Bu səfə
14.07.2026 275 Kino tarixində ilk: Maykl Cekson haqqında film 1 milyard dollar qazandı
Pop musiqisinin əfsanəsi Maykl Ceksonun həyatından bəhs edən "Michael" filmi dünya kino tarixində yeni rekorda imza atıb. xarici KİV-ə istinadla xəbər verir ki, ekran əsərinin gəliri qlobal kassada 1 milyard dolları keçərək bu göstəriciyə çatan ilk bioqrafik film olub. Film nümayişə başladığ
14.07.2026 249 Donald Trampın İran strategiyası tənqid edildi
ABŞ prezidenti Donald Trampın İrana qarşı siyasəti qeyri-müəyyən hesab olunur və qarşıdan gələn aralıq seçkilər ərəfəsində ciddi iqtisadi və siyasi risklər yarada bilər. xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb. "Ortada konkret strategiya yoxdur. O, qərarların
11:26 98 Mənzil bazarında qiymətlər niyə artır? - Bahalaşmanın görünən və görünməyən səbəbləri - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Son aylarda Azərbaycanda, xüsusilə də Bakıda mənzil bazarında qiymət artımı daha da nəzərə çarpır. Həm yeni tikililərdə, həm də köhnə binalarda satış qiymətlərinin yüksəlməsi ev almağı planlaşdıran vətəndaşların büdcəsinə ciddi təsir göstərir. Bahalaşmaya tikinti xərclərinin artması, bazarda mənzil
14.07.2026 333 Azərbaycan Slovakiya iqtisadi əlaqələr daha da genişlənir
İyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə yönəlmiş addımdır. Səfər, eyni zamanda, regionun sabitliyinə
14.07.2026 242 Türkiyədə vaxtilə 20 min nəfərin yaşaya bildiyi gizli yeraltı şəhər necə inşa edilib?
Kapadokiyadakı Derinkuyu yeraltı şəhəri insan zəkasının yerin altında yaratdığı nəhəng bir "kölgə səltənəti"ni xatırladır. Qaranlığın dərinliklərinə oyulmuş dəhlizlər, havalandırma şaxtaları və iri daş qapılar bu gün də öz incə mühəndislik həlli ilə dünyanın diqqətini cəlb edir. Qayanrinf
14.07.2026 308 Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell abunəçilərinə yeni rəqəmsal xidmət təqdim edir. Bakcell tətbiqində istifadəyə verilən "Bakcell Games" bölməsi vasitəsilə oyunlar oynayaraq AirPods və hədiyyə internet qazanmaq mümkündür. Belə ki, yeni "Bakcell Games" bölməsində istifadəçilər "Topla & Qazan"
11:42 84