Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - 150

Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - 150Görkəmli Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuatı iyunun 22-də özünün 150 illiyini qeyd edir. Bu illər ərzində mətbuatımız həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.
Mətbuatımızın qaranquşu olan "Əkinçi" Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi" az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb.
Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən "Ziya", "Kəşkül", "Şərqi-rus", "İrşad", "Molla Nəsrəddin", "Həyat", "Açıq söz", "Azərbaycan" kimi demokratik ruhlu, milli qayəli qəzet və jurnallar "Əkinçi"nin ənənələrini davam etdirdi. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi.
Dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. XX əsrin əvvəllərində isə Cəlil Məmmədquluzadə, Məhəmməd Ağa Şahtaxtinski, Seyid Hüseyn, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparıblar.
Sovetlər dönəmində çox böyük təzyiqlərə baxmayaraq Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal şəkildə təmsil olunub. Bu dövrdə ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənib.
Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli Fərmanı ilə Azərbaycanın ilk milli qəzeti olan "Əkinçi" qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün - 22 iyul Azərbaycan jurnalistikası günü elan edilib. Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda KİV-lərin sayında önəmli ölçüdə irəliləyiş baş verib. Bu gün ölkədə 5 mindən çox media subyekti var. Ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirilib. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası yaradılıb və "Mətbuat haqqında" qanun qəbul edilib.
Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar. Mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər, habelə institusional təşəbbüslər mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli Mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə "Ruh" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşlər.
Prezident İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" Sərəncamı isə jurnalistlərə yeni əhval-ruhiyyə gətirib, böyük rəğbətlə qarşılanıb. KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə qayğının göstəricisidir. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına çoxmərtəbəli yaşayış binaları inşa edilərək jurnalistlərin istifadəsinə verilib. Eyni zamanda, Mətbuat Şurası üçün yeni binanın ayrılması və onun müasir avadanlıqla təmin edilməsi ölkəmizdə azad mətbuatın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının sübutudur.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyi yaradılıb. Bu gün Agentlik tərəfindən ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Əminik ki, yeni yaranmış bu Agentlik üzərinə düşən missiyanı layiqli şəkildə yerinə yetirəcək, problemlərə konseptual yanaşma ortaya qoyacaq.
44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ölkə mətbuatının rolu və jurnalistlərin fəaliyyəti çox mühüm əhəmiyyət kəsb etmişdir. Jurnalistlərimizin fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi İrəvanın törədiyi hərbi cinayətlər haqqında dolğun məlumatların çatdırılması təmin edilib. Eyni zamanda xeyli jurnalist Vətən müharibəsinin iştirakçısı olmuş, müxtəlif dövlət mükafatları ilə təltif edilmişlər. Öz peşə vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalistin – Məhərrəm İbrahimov və Sirac Abışovun minaya düşərək həlak olması faktı isə beynəlxalq jurnalistlər birliyinin sərt reaksiyasına səbəb olmuşdur. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənirlər.
Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir, mətbuatın bütün sahələrdə funksionallığı sürətlə artır. Bu gün jurnalistlərin, milli mediamızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkar şəkildə məlumatlandırmaq missiyası durur. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın qarşısıalınmaz tələbidir. 2022-ci il dekabrın 14-də söz və mətbuat azadlığı sahəsində dövlətin yeni hədəflərini müəyyənləşdirməyə, onun iqtisadi bazasını, kadr potensialını və peşəkarlıq səviyyəsini artırmağa, KİV sahəsində suverenliyimizi qorumağa xidmət edəcək "Media haqqında" Qanun layihəsi dekabrın 30-da qəbul edilib. Ümid edrik ki, bu Qanun mətbuatımızın inkişafına öz müsbət töhfələrini verəcəkdir.
Ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyan yubileylə bağlı Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq, Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə ölkə ərazisində yubiley tədbirlərinin keçirilməsini təmin edirlər.
Əlamətdar peşə bayramı ərəfəsində bütün ölkə mediasını, bütün jurnalistlərimizi 22 İyul - Milli Mətbuat və Jurnalistika günü münasibəti ilə ürəkdən təbrik edir, onlara yeni-yeni yaradıcılıq yğurları arzulayıram.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 593   Tarix: 16 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BŞİH müavini ərazilərə baxış keçirib, tapşırıqlar verilib - VİDEO

Mart ayının 27-si səhər saatlarından etibarən Baki Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətləri və şəhərin digər təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır. Bu barədə BİG.AZ-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Qeyd olunub ki, bəzi ərazilərdə artıq ikinc

28.03.2026 239
.

Beş gün ardıcıl İŞ OLMAYACAQ - TARİXLƏR

May ayında Azərbaycanda beş gün ardıcıl iş olmayacaq. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarına əsasən, 27-28 may tarixləri Qurban bayramına təsadüf edir. Həmçinin, 28 may tarixində Müstəqillik Günü qeyd olunacaq. Əmək Məcəlləsinin tələblərinə əsasən

28.03.2026 573
.

Tramp: ABŞ Səudiyyə Ərəbistanına F-35 qırıcıları satacaq

ABŞ ilk dəfə Səudiyyə Ərəbistanına beşinci nəsil F-35 qırıcıları satacaq. APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Mayamidə keçirilən investisiya forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Vaşinqton krallığı NATO-dan kənar əsas müttəfiq kimi tanıyıb və bu çərçivədə silah satışın

28.03.2026 237
.

Küveyt səmasında bir gündə altı PUA vurulub

Ötən sutka ərzində Küveytin hava məkanında minimum altı pilotsuz uçuş aparatı (PUA) məhv edilib. xəbər verir ki, bu barədə ABŞ-nin CNN televiziya kanalı məlumat yayıb. Hadisə ilə bağlı əlavə detallar təqdim olunmayıb. Xatırladaq ki, martın 27-fə Küveytin İctimai İşlər Nazirliyi Mübarək Əl-Kəbir limanın

28.03.2026 192
.

IDF: "Hizbullah"ın Beyrutdakı bölməsinin iki yüksək vəzifəli nümayəndəsi öldürülüb

İsrailin Beyruta (Livan) endirdiyi zərbə nəticəsində "Hizbullah" hərəkatının kommunikasiya bölməsinin iki yüksək vəzifəli nümayəndəsi öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (IDF) məlumatında deyilir. "Livanın paytaxtına endirilən zərbə nəticəsind

28.03.2026 203
.

Azərbaycan Türkiyədən fevralda kimyəvi məhsulların idxalına çəkdiyi xərci 13 %-dən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 80,578 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 % çoxdur. Təkcə fevralda Türkiyə Azərbaycana 43,74

28.03.2026 212
.

Modelin qətli ilə bağlı yeni faktlar: Tabut açıldı, qorxunc mənzərə

İtaliyada baş verən dəhşətli qətl hadisəsi ilə bağlı yeni və şok detallar ortaya çıxıb. Ötən ilin oktyabr ayında Milan şəhərində vəhşicəsinə qətlə yetirilən 29 yaşlı model, iş qadını və realiti-şou ulduzu Pamela Janini ilə bağlı araşdırmalar davam edir. Müstəntiqlərin bildirdiyinə görə, qadına onun keçmi

28.03.2026 339
.

Ukrayna SEPAH-ın Dubayda antidron sistemləri anbarına zərbə endirməsi barədə bəyanatını təkzib edib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dubayda Ukraynanın antidron sistemləri anbarının məhv edilməsi barədə bəyanatı həqiqətə uyğun deyil. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə XİN-in nümayəndəsi Georgi Tixiy məlumat verib. "Bu məlumatı rəsmi qaydad

28.03.2026 193
.

Tramp NATO üzvlərinə ultimatum verdi

ABŞ Prezidenti Donald Trampın komandası müdafiə xərclərini ÜDM-in 5%-inə çatdırmayan NATO ölkələrinə hərbi dəstək vermək niyyətində deyil. xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Daily Telegraph" nəşri məlumat yayıb. Buna görə həmin ölkələr alyansın qərarlarına qatılmaq imkanında

28.03.2026 217
.

TOP MP3