Maduro Salvador hakimiyyətini venesuelalı miqrantlara işgəncə verməkdə ittiham edib
Venesuela Prezidenti Nikolas Maduro Salvador hakimiyyətini deportasiya edilmiş venesuelalı miqrantları qeyri-qanuni saxlamaqda və onlara işgəncə verməkdə ittiham edib və Salvador prezidenti Nayib Bukelenin məsuliyyətə cəlb ediləcəyini bildirib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Maduro Karakasda kəndlilərin qurultayında çıxışı zamanı deyib.
"Miqrasiya cinayət deyil. Amma miqrantları oğurlamaq və onlara işgəncə vermək cinayətdir. Bukele bilməlidir ki, gec-tez hər şeyə görə ədalət öz yerini tapacaq", - Maduro bildirib.
Dövlət başçısı xatırladıb ki, mart ayından Salvadorun ən böyük həbsxanası olan Cecotda mühakimə olunmadan və müdafiəyə çıxışı olmadan saxlanılan 252 venesuelalı azad edilib və artıq evlərindədir. O, bu insanların Salvadorda cinayət törətmədikləri və ABŞ-dən deportasiya edildikdən sonra orada qaldıqlarını qeyd edib.
Maduro həmçinin vurğulayıb ki, azad edilənlərin ilk ifadələri zorakılıq hallarını təsdiqləyir - onlardan biri döyüldükdən sonra böyrəyini itirib, digərləri isə işgəncələrə məruz qalıb, yeməkdən məhrum edilib və ya xarab yeməklərlə qidalanıb. Onun sözlərinə görə, gələnlərin hamısı enişdən dərhal sonra venesuelalı həkimlər tərəfindən müayinə olunacaq.
Miqrantların geri qaytarılması ABŞ hökumətinin nümayəndələri ilə aparılan danışıqların nəticəsində mümkün olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 302 Tarix: 20 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zelenski: Putin Krım ssenarisini təkrarlamağa çalışır
Rusiya prezidenti Vladimir Putin Krım ssenarisini təkrarlamağa çalışır, müharibədəki fasiləni işğal olunmuş ərazilərin qorunub saxlanılması ilə dəyişməyə çalışır. Ukrayna ölkənin parçalanmasının qarşısını almaq üçün cavab verməyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə "RBC-Ukrayna"
10.08.2025 191 "Bakcell" "11-ci Milli Seçim Konfransı"nın əsas tərəfdaşıdır
İnnovasiya və sürət lideri "Bakcell" Avropa Gənclər Parlamentinin (AGP) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən "11-ci Milli Seçim Konfransı"nın əsas tərəfdaşıdır. AGP Azərbaycan tərəfindən 8–12 avqust tarixlərində təşkil edilən "Milli Seçim Konfransı" Azərbaycanı
12:32 144 "Bank BTB"nin balans kapitalı azalıb
Bu il iyulun 1-nə Azərbaycandakı 22 bankdan 4-nün balans kapitalı 500 milyon manatdan çox olub. Yurd.Media apardığı araşdırmaya görə, bunlar, "Azərbaycan Beynəlxalq Bankı", "Kapital Bank", "PAŞA Bank" və "Xalq Bank"dır. Bu bankların cəmi balans kapitalı 5 milyar
12:34 173 Qazaxıstan Prezidenti Azərbaycan liderini təbrik edib
Avqustun 10-da Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. "Report" xəbər verir ki, Qazaxıstan Prezidenti Azərbaycanla Ermənistan arasında normallaşma gündəliyi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarında əldə olunmu
10.08.2025 229 Yataq xəstəsi 11 gündür həkim yolu gözləyir, TƏBİB isə 4 gündür "araşdırma" aparır
Abşeron rayonu Qobu qəsəbəsinin sakini Rauf Mirzəyev Qobu Ailə Sağlamlıq Mərkəzindən şikayətçidir. O, Qaynarinfo-ya bildirib ki, anası Nəzakət Əliyeva uzun illərdir yataq xəstəsidir. Hazırda vəziyyəti ağırlaşıb. Sahə həkiminə müraciət edilsə də, o, xəstəyə baxmaq istəmir. "Sahə həkimi Qobu Ail
15:33 174 Həmin tortla bağlı Hökumənin atasından - Açıqlama
Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günündə təşkil edilən mərasimdə çəkilən foto müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sözügedən mərasimdə mərhum H.Əliyevanın anası Kəmalə Alıyevanın qarşısına üzərində qızının fotosu olan tort qoyulub. Fotonun 8 avqustda H.Əliyevanı
14:11 407 Avropa Şurasının sədri İsraili Qəzzanın işğalı qərarını yenidən nəzərdən keçirməyə çağırıb
Avropa Şurasının sədri Antoniu Koşta İsrail hökumətinə xəbərdarlıq edib ki, Qəzza şəhərinə nəzarəti ələ keçirmək qərarı zolaqda onsuz da ağır olan vəziyyəti daha da pisləşdirəcək. "Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb. "Mən İsrail hökumətini Qəzz
10.08.2025 237 Qusarda bacı-qardaş baltalandı - Biri öldü
Qusar rayonunda bir nəfər öldürülüb, digər şəxsə ağır xəsarət yetirilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Şirin Ömərovun öldürülməsi və Şəlalə Ömərovaya xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla Vəkil Əlibəyovu
14:33 258 İranda İsrailin xeyrinə casusluqda şübhəli bilinən 20 nəfəri saxlanılıb
İranda son aylarda İsrailin kəşfiyyat agentliyi "Mossad"a işləməkdə ittiham olunan 20 nəfər saxlanılıb. "Report" xəbər verir ki, bu barədə məhkəmə hakimiyyətinin nümayəndəsi Əsgər Cahangiri jurnalistlərə bildirib. "Məhkəmə sistemi İran rejiminin casuslarına və agentlərinə qarş
10.08.2025 175