Prezident: "Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var"
"Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var".
BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşündəki çıxışında bildirib.
Dövlət başçısı vurğulayıb: "Hazırda bunun üçün böyük potensial mövcuddur. Artıq Çinin bir çox şəhərindən Azərbaycana və Azərbaycan vasitəsilə Qərbə konteyner qatarları yola salınır. Onların sayı ildən-ilə, həm də onlarla faiz həcmində artır. Düşünürəm ki, yaxın vaxtlarda bu, dəfələrlə artırılacaq".
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan əvvəldən ÇXR Sədri Si Cinpinin "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyib və öz tərəfindən ölkə ərazisində müvafiq nəqliyyat-logistika infrastrukturu hazırlayıb.
"Çin şirkətləri Günəş elektrik stansiyaları layihələrinin reallaşdırılmasında podratçı qismində fəal iştirak edirlər. İnvestor şirkətlərin satın aldığı Günəş panelləri Çin istehsalıdır. Bu yaxınlarda biz həm də Çin şirkətləri ilə yaşıl - Günəş və külək enerjisi istehsalı sahəsində əməkdaşlığa başlamışıq. Artıq müvafiq sazişlər imzalanıb və zənnimcə, bu da bizim qarşılıqlı faydalı əməkdaşlığımıza yaxşı əlavə töhfə olacaq", - deyə dövlətimizin başçısı əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 598 Tarix: 19 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞahbaz Şərif Azərbaycandan xidmətlə bağlı dəstək istədi, İlham Əliyev razılıq verdi
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanın "ASAN xidmət" modeli əsasında İslamabadda yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu bildirib. xəbər verir ki, Şahbaz Şərif bu təcrübənin Pakistanın digər bölgələrində d
15:08 173 Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib - Video
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib. həmin paylaşımı təqdim edir:
11:50 186 Tramp: "Tayson döyüşmək istəmədiyim yeganə şəxsdir" - Video
ABŞ Prezidenti Tramp Sirakusdakı mitinqi zamanı boks əfsanəsi Mayk Taysonu səhnəyə dəvət edib və daha sonra zarafatla bildirib ki, bu, onun qətiyyən döyüşmək istəmədiyi yeganə şəxsdir. Bu barədə "Fox News"a istinadən xəbər verir. Keçmiş ağır çəki üzrə çempionun rinqdə rəqibləri üzərində nec
20:00 141 Sabah yağış olmayacaq
Sabahın havası açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
13:37 199 Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, aşağıdak
11:20 236 İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd
18:31 204 London polisi Meqan və Harrinin təhlükəsizliyindən narahatdır
Böyük Britaniyada şahzadə Harri və həyat yoldaşı Meqan Marklın təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb. Axşam.az xəbər verir ki, bu barədə "RadarOnline" nəşri məlumat yayıb. London polisi hesab edir ki, cütlüyün istifadə etdiyi özəl mühafizə xidməti onların təhlükəsizliyini tam təmin etmə
20:45 136 Almaniya ABŞ-nin dizel qərarına baxmayaraq, Rusiyaya qarşı yeni sanksiyalardan imtina etməyəcək
Almaniya yanacaq qıtlığını azaltmaq məqsədilə Moskva və Vaşinqtonun dizel yanacağının dünya bazarlarına tədarükü barədə razılaşmasına baxmayaraq, Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsinə çalışmaqda davam edəcək. "Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə Almaniy
21:45 97 Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında avtomobil yanıb
Sumqayıtda avtomobil yanıb. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh prospektində yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Belə ki, yanan həmin ərazidə hərəkətdə olan "VAZ-2105" markalı minik avtomobili olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyini
17:10 185