İsti havada duş qəbulu zamanı edilən əsas səhvlər

İsti havada duş qəbulu zamanı edilən əsas səhvlərİsti yay günlərində insanların çoxu sərinləmək üçün soyuq duş arzulayır. Ancaq bu geniş yayılmış vərdiş düşündüyünüz qədər faydalı deyil.

Lent.az xarici mediaya istinadla bildirir ki, buz kimi soyuq su ilə duş bədəni sərinləşdirmir - əksinə, bədənin soyumasına mane ola bilər.

Niyə soyuq su əslində sərinlik vermir

Günəş altında qaldıqdan sonra bir çox insan sərinləmək üçün dərhal soyuq duş qəbul edir. Amma bu yalnız müvəqqəti rahatlıq verir. Soyuq su dərinin səthindəki qan damarlarını daraldır, nəticədə bədən istiliyi xaricə vermək əvəzinə daxilində saxlayır.

Professor Teylor izah edir: "Dəri soyuduqda qan damarları daralır və qan daxili orqanlara yönəlir ki, orada istilik qorunsun. Nəticədə bədən öz istiliyini verə bilmir və əslində daha çox qızır".

Bədən aldadılır və soyuma prosesi dayanır

Normalda bədən həddindən artıq istilik zamanı damarları genişləndirərək istiliyi dəridən çölə buraxır - bu, təbii soyuma mexanizmidir.

Soyuq duş isə bunun tam əksini yaradır: damarlar daralır, istilik bədəndə qalır və insan tezliklə yenidən qızır.

Sürətli soyuma - ürəyə risk

Xüsusilə ürək-damar xəstəlikləri olan insanlar ehtiyatlı olmalıdır. 15°C-dən aşağı suda duş qəbul etmək "soyuq şok" yarada bilər – damarlar ani olaraq daralır, qan təzyiqi yüksəlir. Bu isə ürək xəstələri üçün ciddi təhlükə yarada bilər. Hərçənd ev şəraitində belə hallar az olur, bədəni zəif olanlar və ya xroniki xəstəliyi olanlara buzlu su ilə duş tövsiyə edilmir.

Yayda ən faydalı duş necə olmalıdır?

Nə çox isti, nə də çox soyuq - ən idealı 26–27°C temperaturda ilıq və ya azca sərin su ilə duş qəbul etməkdir. Bu cür su bədənə təbii şəkildə öz istiliyini tənzimləməyə kömək edir və kəskin damar reaksiyalarının qarşısını alır. Gigiyena baxımından da soyuq su uyğun deyil.

Soyuq su dərinin təmizlənməsində o qədər də təsirli deyil. İlıq su isə dəri piylərini yaxşıca həll edir, bakteriyaları məhv edir, gözenekləri açır və akne, qara nöqtə və pis qoxuların qarşısını alır.

Nəticə

Buzlu duş yay üçün doğru seçim deyil. Əgər həm sərinləmək, həm də sağlam qalmaq istəyirsinizsə, mütləq ilıq suya üstünlük verin - bu, həm bədənin temperaturunu tənzimləyəcək, həm də gigiyenik təmizlik təmin edəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 868   Tarix: 21 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah yağış olmayacaq

Sabahın havası açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

13:37 194
.

Zelenski: Ukrayna yaxın günlərdə F-16 üçün Finlandiyadan döyüş sursatları alacaq

Ukrayna yaxın günlərdə F-16 qırıcı təyyarələri üçün Finlandiyadan döyüş sursatları alacaq. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığının yekunlarına dair bildirib. "Hava məkanımızın müdafiəsi üçü

20:30 0
.

İlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTO

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:. "Sizi Azərbaycan torpağında bir daha görməkdə

16:29 213
.

Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib

ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasındakı nailiyyətlərini sadalayaraq, Nobel sülh mükafatını almadığına görə yenidən narazılığını bildirib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb. Trampın sözlərinə görə, o

20:15 0
.

Melike Şahin ana oldu

Türkiyəli müğənni Melike Şahin ana olub. Axşam.az xəbər verir ki, sənətçinin bu gün oğlu dünyaya gəlib. Qeyd edək ki, Melike 2023-cü ildə Sedat Arpalıkla ailə qurub

12:46 254
.

Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?

Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə

17:44 159
.

Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk

İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl

09.10.2026 328
.

Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur

Azərbaycanda LGBT təbliğatının qadağan edilməsi haqqında qanun qəbul olunacaq. xəbər verir ki, yeni qanunla LGBT mövzusunun ictimai məkanlarda, mediada və digər informasiya kanallarında təbliği ilə bağlı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Yeni qanunun qəbulu və tətbiqi ilə bağlı aşağıdakı kateqoriyala

11:06 283
.

Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi

"Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" Sərəncamda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan il

11:00 280
.