SOS: Azərbaycanda uşaqlar arasında COVID yayılır - HƏKİMDƏN AÇIQLAMA

SOS: Azərbaycanda uşaqlar arasında COVID yayılır - HƏKİMDƏN AÇIQLAMASon günlər uşaqlar və yeniyetmələr arasında yüksək hərarət, qusma, halsızlıqla müşahidə olunan virus yayılıb. Hətta bəzən hərarət qıcolmaya da səbəb olur.

Bəs görəsən, yayılmış xəstəlik nədir? Onu COVID-lə əlaqələndirmək olarmı?

Pediatr Şəlalə Poluxova Lent.az-a açıqlamasında bildirib ki, bu şikayətlərlə daxil olanlar arasında COVID testi pozitiv çıxan xəstələr var:

"Yüksək hərahət fonunda qusma, halsızlıq, ishal kimi şikayətlərlə müraciət edənlərin sayı çoxalıb. Həmin xəstələrin yarısında COVID testi pozitif olanlar var. Digərlərində isə mədə-bağırsağın virusu infeksiyası ilə rastlaşırıq. Bu isə yay mövsümü ilə əlaqədardır. Havalar isindiyi üçün mədə-bağırsaq, eləcə də virus infeksiyalarının aktivləşdiyi dövrüdür. Hər il bu mövsümdə bu kimi hallarla rastlaşırıq. 6 yaşa qədər uşaqlarda 37 dərəcə hərarətdə belə, qıcolmalar olur. Bu, hərarətin yüksəlməsi ilə hər fəsildə yarana bilir".

Şəlalə Poluxova xəstəlikdən qorunmağın yollarından da bəhs edib:

"Xəstəlikdən qorunmaq üçün əlləri tez-tez yumaq, gigyena qaydalarına əməl etmək, sıxlıq olan məkanlardan uzaqlaşmaq və açıq ərazilərdə vaxt keçirmək əsas şərtlərdəndir. Bunlarla yanaşı sağlam qidalara üstünlük vermək, günəş şüasında və təbiətdə vaxt keçirmək də xəstəliklərin minimuma enməsinə kömək edir.

Risk qrupları

Xəstəliyə daha tez yoluxanlar immum sistemi zəif və peyvəndsiz uşaqlardır. Rotavirus kimi tanınan xəstəlik də, mədə-bağırsaq infeksiyasıdır. Ondan qorummaq üçün 2 və 4 aylıq körpələr damcı şəkildə peyvənd olunurlar. Pevənd edilmiş uşaqlar ya rotavirus infeksiyasına yoluxmurlar, ya da yüngül şəkildə ötürürürlər, lakin peyvəndisiz uşaqlar şiddətli qusma, yüksək hərarətlə üzləşirlər. Bu virusda gün ərzində ard-arda 20-yə qədər qusma müşahidə olunur və ishalla davam edir. Ən dəhşətlisi ilə körpələrin yoluxmasıdır. Onlar ən ağır keçirən qrupa aiddirlər".

"Evdə səhv müalicə metodu ilə ağırlaşmış formada müraciət edənlər var", - deyə həkim bildirib:

"COVID infeksiyasına yoluxanların sayı da bu aralar çoxdur, lakin onlar daha çox tənəffüsyolu şikayətləri ilə müraciət edirlər. COVID daha çox qripə bənzəyir. Bəzən heç burunaxma da olmur, davamlı öskürəklər müşahidə olunur. Xəstəliklə bağlı həkimə müraciət etməyən valideynlər evdə səhv müalicə metodunu seçir, özbaşına antibiotik müalicəsi edirlər, yarımçıq dayandırırlar və s. Nəticədə uşaq daha da ağırlaşır və pnevmoniya (ağciyərə su yığılması) ilə nəticələnir. Son zamanlar təəssüf ki, bu kimi ağırlaşmış halla müraciət edənlərin sayı da heç də az deyil. Valideynlərə məsləhətimiz odur ki, özbaşına uşağa dərman müalicəsi tətbiq etməsinlər. Uşaqda narahatlıqlar müşahidə olunursa, mütləq həkimə müraciət etsinlər. Çünki antibiotiklər öz-özünə qəbul edilən pereparat deyil, üstəlik onu yarımçıq saxlamaq daha risklidir. Təəssüf ki, bu kimi arzuolunmmaz hallar hələ də var".

Qeyd edək ki, Azərbaycan Səhiyyə Nazirliyi bir müddət əvvəl Azərbaycanda COVID-in "Omikron" ştamının yayıldığını təsdiqləyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 971   Tarix: 21 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah yağış olmayacaq

Sabahın havası açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

13:37 194
.

Zelenski: Ukrayna yaxın günlərdə F-16 üçün Finlandiyadan döyüş sursatları alacaq

Ukrayna yaxın günlərdə F-16 qırıcı təyyarələri üçün Finlandiyadan döyüş sursatları alacaq. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığının yekunlarına dair bildirib. "Hava məkanımızın müdafiəsi üçü

20:30 0
.

İlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTO

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:. "Sizi Azərbaycan torpağında bir daha görməkdə

16:29 213
.

Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib

ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasındakı nailiyyətlərini sadalayaraq, Nobel sülh mükafatını almadığına görə yenidən narazılığını bildirib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb. Trampın sözlərinə görə, o

20:15 0
.

Melike Şahin ana oldu

Türkiyəli müğənni Melike Şahin ana olub. Axşam.az xəbər verir ki, sənətçinin bu gün oğlu dünyaya gəlib. Qeyd edək ki, Melike 2023-cü ildə Sedat Arpalıkla ailə qurub

12:46 254
.

Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?

Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə

17:44 159
.

Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk

İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl

09.10.2026 328
.

Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur

Azərbaycanda LGBT təbliğatının qadağan edilməsi haqqında qanun qəbul olunacaq. xəbər verir ki, yeni qanunla LGBT mövzusunun ictimai məkanlarda, mediada və digər informasiya kanallarında təbliği ilə bağlı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Yeni qanunun qəbulu və tətbiqi ilə bağlı aşağıdakı kateqoriyala

11:06 283
.

Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi

"Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" Sərəncamda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan il

11:00 280
.