"Azərbaycan qazının Suriyaya ixracı təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan ciddi əhəmiyyət kəsb edir" - DEPUTAT
Azərbaycanın qlobal enerji siyasətində yeni bir mərhələnin əsası qoyulur. Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanması ölkəmizin enerji diplomatiyasının daha bir uğurudur. Bu strateji layihənin avqustun 2-dən etibarən işə salınması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasətin, eləcə də enerji sahəsində uzaqgörən strategiyanın bariz nümunəsidir.
O bildirib ki, Azərbaycan bu gün 12-dən artıq ölkəyə qaz ixrac edir və Avropa bazarlarında etibarlı tərəfdaş kimi tanınır. Eyni zamanda, yeni bazar istiqamətlərinin formalaşması, xüsusilə də Yaxın Şərq regionuna çıxış imkanları ölkəmizin enerji siyasətinin müxtəlif coğrafiyalara istiqamətlənərək şaxələndiyini göstərir. Azərbaycan artıq Avropa ilə yanaşı, Türkiyə üzərindən Suriyaya ixraca başlayıb və İraq bazarı da mümkün perspektivlər sırasındadır. Bu situasiya təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan ciddi əhəmiyyət kəsb edir.
Suriyada yaşanan hakimiyyət dəyişikliyindən sonra dövlətimizin başçısının tapşırığı ilə Azərbaycan nümayəndə heyətinin, o cümlədən Baş nazirin müavini Samir Şərifovun və Xarici İşlər Nazirliyinin təmsilçilərinin bu ölkəyə səfərləri, bərpa və quruculuq ehtiyaclarının yerindəcə öyrənilməsi, Azərbaycanın Suriyaya dəstək verməyə hazır olduğunu ifadə etməsi münasibətlərimizin yeni mərhələyə keçdiyinin göstəricisidir.
Azərbaycan Prezidenti ilə Suriya keçid hökumətinin Prezidenti arasında əvvəlcə Antalyada beynəlxalq forum çərçivəsində keçirilmiş görüş və ardınca iyulun 12-də Əhməd Əl Şaaranın Azərbaycana işgüzar səfəri çərçivəsində aparılan müzakirələr yeni əməkdaşlıq istiqamətlərini müəyyən edib. Enerji sahəsində, xüsusilə də qaz ixracı kontekstində əldə olunan razılaşmalar ölkələrimiz arasında etimad və qarşılıqlı maraqlar üzərində qurulan tərəfdaşlığın dərinləşməsinə xidmət edəcək.
Suriya nəinki Azərbaycan qazını istehlak edə, həmçinin tranzit ölkə kimi rol oynaya bilər. Suriyanı İordaniya ilə birləşdirən və müharibə zamanı zədələnmiş qaz kəmərinin bərpası region üçün strateji enerji dəhlizinin formalaşmasına imkan yarada bilər. Bu isə Azərbaycan qazının Suriyadan keçməklə Misirə qədər çatdırılması perspektivini reallaşdıra bilər.
Eyni zamanda, Azərbaycanın elektrik enerjisi istehsalı sahəsində artan imkanları ölkəmizə Yaxın Şərq bazarına da enerji ixrac etmək fürsəti yaradır. Bu, Azərbaycanın enerji sektorunda təkcə qaz deyil, elektrik enerjisi sahəsində də regional gücə çevrildiyini təsdiqləyir.
Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycan artıq Yaxın Şərq regionunda da etibarlı tərəfdaş kimi qəbul olunur. Bu siyasət ölkəmizin Avropa, Mərkəzi Asiya və Cənubi Qafqazla yanaşı, Yaxın Şərqdə də fəal diplomatik və iqtisadi mövqeyə sahib olduğunun göstəricisidir.
Azərbaycanın enerji ixracı sahəsində həyata keçirdiyi bu növbəti uğurlu addım həm ölkəmizin iqtisadi dayanıqlığını artırır, həm də regional sabitlik və əməkdaşlığa töhfə verir, eyni zamanda, Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın enerji siyasətində yeni səhifənin başlanğıcıdır.
Günay Ağamalı
Milli Məclisin deputat, Ana Vətən Partiyasının sədr müavini
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 822 Tarix: 04 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVahid forma məktəblərdə bərabərliyi və intizamı gücləndirəcək
"Müasir təhsil sistemində məktəbin funksiyası yalnız şagirdlərə bilik verməklə məhdudlaşmır. Məktəb eyni zamanda sosial münasibətlərin formalaşdığı, uşaqların dünyagörüşünün inkişaf etdiyi, davranış mədəniyyətinin və vətəndaş məsuliyyətinin təməlinin qoyulduğu mühüm ictimai institutdur. Bu baxımda
09.10.2026 295 Rusiyanın cavab zərbələri: Ritter Kiyevin strategiyasını şərh etdi
Rusiyanı hava zərbələri ilə qorxutmaq cəhdləri Moskvanın "əlcəklərini çıxarması" və logistika, eləcə də enerji obyektlərinə zərbələr endirməsi ilə nəticələndi. xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat analitiki Skott Ritter TASS-a bildirib. Onun sözlərinə görə
10:34 38 İlham Əliyevin Türkmənistan səfəri Azərbaycanın regional strategiyasını necə dəyişir? - TƏHLİL
"Prezident İlham Əliyevin Türkmənistana səfəri ilk baxışda Azərbaycan-Türkmənistan münasibətlərinin gündəlik məsələləri ilə bağlı diplomatik təmas kimi görünə bilər. Lakin prosesə daha geniş geosiyasi prizmadan yanaşdıqda səfərin arxasında daha böyük strateji məqsədlərin dayandığı aydın görünür
09.10.2026 242 Astronomiyada sıçrayış: Günəş sisteminin 9-cu planetinin ilk izləri aşkar edildi
Alimlər Doqquzuncu planetin axtarışında, görünür, mühüm irəliləyiş əldə ediblər. Onlar parlaqlığı və yavaş hərəkəti Yerdən və Günəşdən belə uzaqlıqda yerləşən kosmik cisim üçün gözlənilən göstəricilərə tam uyğun gələn zəif bir obyekt aşkar ediblər. Qaynarinfo "Wion"a istinadən xəbər verir ki
09.10.2026 285 Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində Xəzər bağlantısı daha da güclənir
"Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri həm Azərbaycan-Türkmənistan münasibətləri, həm də Azərbaycan ilə Mərkəzi Asiya arasında formalaşan yeni regional əməkdaşlıq baxımından əhəmiyyətlidir. Dövlət başçısının Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin 8-ci Məşvərət görüşündə iştirak
09.10.2026 279 Vahid məktəbli forması: Ənənə, məsuliyyət və məktəb mədəniyyət
Təhsil müəssisəsinin özünəməxsus qaydaları və ənənələri olur. Bu ənənələrdən biri də şagirdlərin müəyyən edilmiş geyim standartına əməl etməsidir. Vahid məktəbli forması məktəbə məxsusluq hissini gücləndirir və uşaqlara təhsil mühitində müəyyən davranış normalarının mövcud olduğunu xatırladır. BİG.A
09.10.2026 346 Təhsildə dünyəvilik və geyim qaydaları: Müasir yanaşma
Təhsil müəssisələrində dünyəvilik prinsipinin qorunması və vahid geyim qaydalarının tətbiqi bəzən eyni mövzu çərçivəsində müzakirə edilir. Lakin bu iki anlayışın məqsədləri fərqlidir. Dünyəvilik tədrisin elmi əsaslarla aparılmasını və dövlət təhsilinin dini baxımdan neytral olmasını nəzərdə tutur. Məktəbl
09.10.2026 293 "Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - Kövrəldi
"Məşhurluq xəyal etdiyim qədər gözəl deyil. Məni küçədə tanıyanda deyirəm ki, səhv salmısınız, o deyiləm. Adi insanlardan fərqim yoxdur. Heç bir işimi bəyənmirəm. Mən də belə biriyəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Füzuli Hüseynov "İncə səhər" proqramında deyib
09.10.2026 301 Türkmənbaşı şəhərində İlham Əliyevin Məsud Pezeşkianla görüşü keçirilib - Foto
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib. bu barədə AZƏRTAC-a istinadən xəbər verir. Görüşlə bağlı videonu Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb
09.10.2026 324