"90 yaşım var, güclə beş addım atıram..." - Artur Rasi-zadə
Xəbər verdiyimiz kimi, ölkənin sabiq Baş naziri Artur Rasi-zadə Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasiminə qatılmayıb, bu isə müzakirələrə səbəb olub.
BiG.AZ-ın məlumatına görə, Manset.az məsələ ilə bağlı A.Rasi-zadədən açıqlama alıb.
O bildirib ki, səhhətindəki problemlərlə əlaqədar mərasimdə iştirak edə bilməyib: "Mən güclə beş addım atıram. Qan təzyiqim yüksəkdir, mənim üçün bu istilərdə çölə çıxmaq çox çətindir. Elçinin həyat yoldaşı ilə danışdım, başsağlığı verdim. Səhhətimlə bağlı vida mərasiminə getməmişəm. Elçin Əfəndiyevlə çox yaxşı münasibətim olub. Onun kiçik qızı ilə nəvəm rəfiqədir. Yanıma da gəlmişdilər. Bu cür iddialar əsassızdır, boş, axmaq söhbətlərdir. İnsanıq, xəstə ola bilərik, 90 yaşım var. Başqa nə ola bilər ki? Mənim yeganə qızım da, nəvəm də orada iştirak edib. Mərasimə əklil də göndərmişəm".
Xatırladaq ki, tanınmış yazıçı, ictimai-siyasi xadim, uzun illər Baş nazirin müavini vəzifəsində çalışmış Elçin Əfəndiyev avqustun 3-ü vəfat edib.
Qeyd edək ki, Elçin Əfəndiyev 1993-cü ildən 2018-ci ilə qədər Azərbaycan Baş nazirinin müavini vəzifəsində çalışıb. O, 1996-cı ildən ölkənin sabiq Baş naziri Artur Rasi-zadə ilə birgə işləyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1246 Tarix: 07 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı
Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artırılıb. Axşam.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin saytında müvafiq bölmə yenilənib. Hazırda sistemdə olan plastik cərrahların sayı 46-dan 51-ə çatdırılıb. Siyahıya əlavə olunanlar Amin Müzakir oğlu Əliyev, Turab Qurba
22.09.2026 238 Rubio: Tramp BMT-də Pezeşkianla görüşə hazırdır
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində müxtəlif ölkələrin liderləri ilə görüşməyə hazırdır. Bunu ABŞ dövlət katibi Marko Rubio NBC kanalına müsahibəsində bildirib. O, ABŞ tərəfinin İran Prezidenti Məsud Pezeşkianla da görüşə hazır olduğunu deyib. "Hazırd
22.09.2026 134 Rusiya Ukraynanın sənaye obyektlərinə zərbələr endirib, dörd nəfər ölüb
Çərşənbə axşamı Ukrayna rəsmiləri bildiriblər ki, Rusiya gecə Ukraynanın sənaye mərkəzinə zərbə endirib, dörd nəfərin ölümünə səbəb olub, şimalda baş verən hücum isə minlərlə insanın elektrik enerjisi ilə təminatını kəsib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Moskva hava müharibəsini genişləndirərək
22.09.2026 211 "Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq"
"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev dağ-mədən və metallurgiy
22.09.2026 178 "Rabitəbank" tələbləri pozdu - AMB sərəncam verdi
Azərbaycan Mərkəzi Bankı (AMB) "Rabitəbank" ASC-yə icrası məcburi sərəncam verib. "Qafqazinfo" AMB-yə istinadən xəbər verir ki, bank "Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanmas
22.09.2026 249 Prezident müşavirə keçirdi - Foto
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı tədbird
22.09.2026 234 Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
İraqın Nəcəf şəhərində yerləşən Vadi-us-Səlam 9 kvadrat kilometrdən çox ərazisi ilə adi qəbiristanlıqdan daha çox nəhəng şəhəri xatırladır. Təxminən 1400 ildir istifadə olunan ərazidə 5-6 milyon insanın dəfn edildiyi təxmin edilir. Qaynarinfo xəbər verir ki, İraqın Nəcəf şəhərində əsrlərdir böyüməy
22.09.2026 137 Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər
Merkuriyə doğru hərəkət edən "BepiColombo" kosmik missiyasının toplayacağı məlumatlar Ayın yaranması ilə bağlı yeni ipucları verə bilər. Tədqiqatçılar planetlərin formalaşdığı dövrdə baş verən nəhəng toqquşmaların Yerin təbii peykinin yaranmasında hansı rolu oynadığını aydınlaşdırmağa çalışırlar
22.09.2026 168 Sərnişinlərə bildiriş göndəriləcək - avtobuslarda yeni sistem tətbiq olunur - NƏQLİYYAT EKSPERTİNDƏN AÇIQLAMA
İctimai nəqliyyatda sərnişinlərin rahatlığının artırılması istiqamətində yeni funksiyalar tətbiq edilir. " portalında artıq seçilən reysdə boş yer olmadıqda, yer yarandığı zaman sərnişinə avtomatik bildiriş göndərilməsi mümkündür. Bu yenilik fonunda isə ictimai nəqliyyatın idarə olunması ilə bağl
22.09.2026 332