Fransanın Azərbaycandakı səfiri geri çağırılıb?
Fransanın Azərbaycandakı səfiri Ann Buayonın məsləhətləşmələr üçün geri çağırıldığı haqda məlumatlar yayılıb.
"Qafqazinfo" xəbər verir ki, "Azərbaycan" qəzetinin iddiasına əsasən, Fransa Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasının real olduğu bir vaxtda səfirlə bağlı "tədbir" görür.
Fransanın Azərbaycandakı səfirliyi bu xəbərə reaksiya verib. Bildirilib ki, məlumat həqiqətə uyğun deyil: "Səfirliyimiz bu gün gündəlik "Azərbaycan" qəzetində dərc olunmuş və səfirimiz Anne Boillon (Ann Buayon) Respublika prezidenti tərəfindən məsləhətləşmələr üçün geri çağırıldığı barədə yazılan məqalədən agahdır. Səfirimiz Fransada məzuniyyətdədir və avqustun 24-də Bakıya qayıdandan sonra fəaliyyətini davam etdirəcək. Onun geri qayıtma tarixi və ölkədə olmadığı barədə Azərbaycan hakimiyyətinə məlumat verilib. Onun növbəti missiyasının sonu Fransa diplomatik personalının adi rotasiya cədvəlinə uyğundur və "Azərbaycan" qəzeti iddia etdiyi kimi, siyasi motivlərlə bağlı deyil".
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron 2022-ci ilin noyabrında Ann Buayonı Azərbaycana səfir təyin edib. Səfirlik bir neçə gün əvvəl yaydığı açıqlamada yaxın müddətdə onun səlahiyyət müddətinin başa çatacağını bəyan etmişdi. Səfirin Azərbaycanı tərk edəcəyi tarixin hələlik müəyyən edilmədiyi qeyd olunub.
Xatırladaq ki, Fransa səfirinin bu ilin iyununda Qarabağa dəvətsiz səfər etməsi müzakirələrə səbəb olmuşdu.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 998 Tarix: 07 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah 34° isti olacaq
Sentyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı
12:50 160 Alim Qasımovdan əl çəkin!
Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir
14:50 259 Sədərəyi qoruyan "Fərqlilər": Onları birləşdirən Vətən sevgisi
Bu yazımı "Fərqlilər" adlandırmağım səbəbsiz deyil. Çünki orduda həm hərbçilər var, həm də döyüşçülər. Mənim bu dəfə "fərqlilər" adlandırdığım qəhrəmanlar könüllü döyüşçülərdir. O könüllülər ki, ürəkləri hər zaman Azərbaycan xalqı ilə bir döyünür. Onları yetişdirən bir amal, bir məqsə
13:07 173 Cənab Prezidentin təhsil siyasəti: qurulan məktəblər, yetişən nəsil
"Bir ölkənin gələcəyinə verilən qiyməti onun məktəblərinə baxmaqla da müəyyən etmək mümkündür. Çünki məktəb yalnız dörd divardan ibarət bina deyil. Məktəb uşağın ilk böyük dünyası, müəllimin öz peşəsini həyata keçirdiyi məkan, valideynin övladının gələcəyinə ümid bağladığı ünvan, dövlətin isə gələcə
11:39 179 "Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"
"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə
12:03 200 Rezidenturada 181 boş yerə cəmi 19 namizəd: Bəzi ixtisaslara niyə maraq yoxdur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
2026/2027-ci tədris ili üzrə rezidenturaya qəbulda bəzi ixtisaslar üzrə plan yerlərinin boş qalması diqqət çəkib. Boş qalan 181 plan yeri üzrə keçirilən əlavə müsabiqəyə cəmi 19 namizəd qatılıb, onlardan 12-si rezidenturaya qəbul olunub. Beləliklə, 169 plan yeri yenidən boş qalıb. Rəqəmlər müəyyən ixtisasları
14:23 193 Bu qəzadan xəsarət almadan qurtuldular
Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes"
14:20 171 "Pulumuzu verməyən adama Vüsal Nəsirli tərəfindən yüksək vəzifə verildi" - Şikayətçi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan "Bakı 4 №-li Yol İstismarı" MMC-nin rəhbəri Fazil Musayevin işçilərin pulunu ödəmədiyi iddia olunur. -a bu barədə şikayətçi Nizam Mustafayev məlumat verib. O bildirib ki, Fazil Musayev onun haqqını ödəməkdən boyun qaçırır:. "Yasama
21:15 2 Qarabağda yeni iqtisadi həyat: rifahın əsas göstəricisi nə olacaq?
Qarabağın gələcək rifahını yalnız tikilən binaların və yolların sayı ilə qiymətləndirmək düzgün olmaz. Burada əsas məsələ dağıdılmış yaşayış məkanlarının yenidən qurulması ilə yanaşı, dayanıqlı iqtisadi və sosial həyatın formalaşdırılmasıdır. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən əmlak üzrə eksper
14:25 153