Vaşinqtondakı Ermənistan–Azərbaycan Danışıqları:Yeni Diplomatik Dövr

Vaşinqtondakı Ermənistan–Azərbaycan Danışıqları:Yeni Diplomatik DövrABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda baş tutan Ermənistan–Azərbaycan danışıqları region və dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. Avropa Şurasının rəhbər strukturları prosesi "ortaq tarixdə yeni səhifə" kimi qiymətləndirdi. Baş katib Alain Berset qurumun üzv dövlətlərin yanında olmağa hazır olduğunu bildirdi. Avropa Şurası Parlament Assambleyasının prezidenti Theodoros Rousopoulos isə sülh sazişinin parlament diplomatiyasının uğuru olduğunu vurğuladı və qarşılıqlı etimadın gücləndirilməsinin vacibliyini qeyd etdi.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Avropa Şurasının bəyanatları soyuq olan münasibətləri normallaşdıra bilər. Bakı isə beynəlxalq təşkilatlarla əməkdaşlıqda həmişə maraqlıdır, şərt isə konstruktiv mövqedir. NATO da Vaşinqton görüşünü yaxından izləyib. Alyansın sözçüsü Allison Hart regionun təhlükəsizliyinə töhfə verən irəliləyişdən danışıb. ABŞ rəhbərliyinə təşəkkür ifadə olunması Vaşinqtonun vasitəçilik rolunun legitimliyini gücləndirir:

"Türk Dövlətləri Təşkilatı imzalanan sənədi "tarixi inkişaf" adlandırıb və Minsk Prosesinin bağlanmasını dəstəkləyib. Təşkilat Cənubi Qafqazda davamlı sülhün təmin olunmasında bu razılaşmanın mühüm mərhələ olduğunu vurğulayıb. TDT Azərbaycanın mövqeyini dəstəkləməklə yanaşı, regional sülhün qlobal diplomatik gündəlikdə qalmasına töhfə vermək niyyətindədir.

Vaşinqton görüşünün nəticələri Türk Dövlətləri Təşkilatının gələcəyi üçün də önəmlidir. Bu görüş TDT-nin regionda yeni güc olaraq, xüsusilə Rusiyaya alternativ NATO rolunu oynaya biləcəyinə işarədir. Təşkilatın inkişafı Mərkəzi Asiyanın Rusiyanın təsirindən çıxmasını sürətləndirə və Yaxın Şərq ilə Rusiya arasında sədd rolunu gücləndirə bilər.

ATƏT Baş katibi Feridun H. Sinirlioğlu və Parlament Assambleyası rəhbərliyi bəyannaməni tarixi nailiyyət kimi qiymətləndirib, gələcəkdə inklüziv və davamlı əməkdaşlıq mexanizmlərinin qurulmasının vacibliyini vurğulayıblar. Minsk Prosesinin ləğvi ilə bağlı çağırışlar da nəzərə alınaraq, yaxın zamanda prosesin həllinin mümkün olduğu ehtimal edilir.
Vaşinqtondakı Ermənistan–Azərbaycan Danışıqları:Yeni Diplomatik DövrBirləşmiş Millətlər Təşkilatı Baş katibi Antonio Quterreş imzalanan Bəyannaməni Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması yolunda mühüm mərhələ kimi qiymətləndirib, ABŞ Prezidentinin vasitəçilik rolunu tanıyıb. Bu, BMT-nin regionda birbaşa vasitəçi olmamasına baxmayaraq sülh prosesini dəstəkləməkdə qlobal mandatını göstərir.

Digər beynəlxalq fiqurlar da Vaşinqton razılaşmasını dəstəkləyib. NATO tərəfdarı analitik Gunther Fehlinger iki ölkəni quruma üzv olmağa dəvət edərək, bunun sülh üçün təminat olduğunu bildirib. Böyük Britaniyanın xarici işlər naziri David Lammy isə razılaşmanı cəsarətli addım adlandıraraq Londondan dəstəyi açıqlayıb.

Ümumilikdə, Vaşinqton görüşü regiondakı siyasi nizamın yenidən formatlanması və çoxtərəfli diplomatik əlaqələrin güclənməsi üçün start nöqtəsi kimi qəbul edilir. Beynəlxalq təşkilatların dəstəyi sülh prosesini sürətləndirə, ABŞ-ın vasitəçilik rolu isə Vaşinqtonun diplomatik nüfuzunu artıraraq geosiyasi balansları dəyişə bilər. Minsk Prosesinin dayandırılması isə münaqişənin beynəlxalq hüquq müstəvisində yeni mərhələyə keçdiyini göstərir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1200   Tarix: 11 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.