"Qırmızı cizgi"nizi ayaqlar altına atan biz deyilik, "qardaşınızdır"

"Qırmızı cizgi"nizi ayaqlar altına atan biz deyilik, "qardaşınızdır"Xəbər verdiyimiz kimi, iki gün əvvəl bütün dünyanın gözü Vaşinqtona - Ağ Evə dikilmişdi.

Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzaladılar.

BiG.AZ xəbər verir ki, Vaşinqton görüşündə əldə olunan razılıqlar dünya üçün böyük siyasi əhəmiyyət daşıyır.

Dünya iqtisadiyyatının ticarət marşrutlarından biri olacaq Zəngəzur dəhlizinin (Tramp yolu) ABŞ-nin idarəçiliyinə verilməsi Rusiyanı, xüsusilə də İranı ciddi narahat etməyə başlayıb. İran "vəfalı" dostu olan Ermənistandan bu addımı gözləmirdi. İranın Ali Lideri Əli Xameneinin müşavirlərindən Əli Əkbər Vilayəti dərhal açıqlama verərək "Trampın dəstəklədiyi dəhlizə icazə verməyəcəklərini bəyan etdi. Hiss olunur ki, dünənə qədər Zəngəzur dəhlizini "İranın qırmızı xətti" adlandıran mollalar erməni qardaşlarına çox qəzəblənib. Nədənsə "qırmızı cizgisi" ayaqlar altında qalan mollalar Ermənistanı yox, Azərbaycanı hədəf seçiblər.

Sual olunur, İran niyə Azərbaycanı hədəf seçib?

Ağayi mollalar unutmasınlar ki, bu dəhlizi 99 il müddətinə ABŞ-a icarəyə verən Azərbaycan deyil, sizin dünənə qədər "qardaş" dediyiniz Ermənistandır.

Bəli, hər zaman dəstək olduğunuz, Azərbaycana qarşı vurşmağa silah verdiyiniz Ermənistan.

"Qırmızı cizginizi" ayaqlar altına atan da biz deyilik, Ermənistandır. Gedin məsələnizi Ermənistanla həll edin!

Bizdən nə istəyirsiniz?

Azərbaycan Zəngəzur dəhlizinin (Tramp yolu) açılmasında təbii ki, maraqlıdır. Bu yol bizi Naxçıvana qovuşduracaq. Bu yol dünya iqtisadiyyatının ticarət marşrutlarından biri olacaq.

Həmçinin, bu yol uzun illər blokadada qalan Ermənistanı işıqlı gələcəyə aparacaq.

Həmçinin, bu yol Ermənistan iqtisadiyyatını gücləndirəcək....

Seçim Ermənistanındır!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1307   Tarix: 11 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şagirdlər və müəllimlər üçün vahid geyim standartları: Məqsəd və gözləntilər

"Məktəblilərin vahid məktəb formasına, müəllimlərin isə vahid geyim standartlarına keçidi təhsil sistemində müzakirə olunmağa layiq məsələlərdən biridir. Bu mövzu ilk baxışdan yalnız geyim qaydaları ilə bağlı görünsə də, əslində, məktəb mühitinin formalaşdırılması, sosial bərabərliyin qorunması

09.10.2026 214
.

Bakı və Aşqabad arasında əməkdaşlıq Xəzər üzərindən yeni imkanlar yaradır

"Oktyabrın 8-də Türkmənistanda keçirilən Mərkəzi Asiya dövlətləri və Azərbaycan dövlət başçılarının 8-ci Məşvərət Görüşü iştirakçı ölkələr arasında münasibətlərin daha geniş regional proseslərin tərkibində inkişaf etdiyini göstərir. Xüsusilə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüş

09.10.2026 188
.

Qarabaşaq yarmasını tez-tez yemək üçün 5 mühüm SƏBƏB

Qarabaşaq sıyığı uzun illərdir bir çox insanın gündəlik qidalanmasının ayrılmaz hissəsinə çevrilib. Lakin bu məhsulun qida dəyəri yalnız toxluq hissi yaratması ilə məhdudlaşmır. xarici mediaya istinadən qarabaşaq yeməyin 5 faydalı xüsusiyyətini təqdim edir. 1. Qarabaşaq orqanizmi qida lifləri ilə təmi

09.10.2026 232
.

Təhsildə dünyəviliyi qorumaq dövlətçilik prinsipinin əsas şərtlərindən biridir

"Təhsil hər bir dövlətin gələcəyini müəyyənləşdirən əsas sahələrdən biridir. Bu baxımdan məktəblərdə dünyəvilik prinsipinin qorunması, vahid təhsil standartlarının tətbiqi və bütün şagirdlər üçün bərabər imkanların yaradılması mühüm əhəmiyyət daşıyır. Azərbaycan dünyəvi dövlət kimi təhsil sistemind

09.10.2026 223
.

Peskov: Putin və Tramp arasında telefon danışığı olacaq

Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında yaxın vaxtlarda telefon danışığının baş tutacağı gözlənilir. "Report" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. "Tezliklə", - Peskov iki prezidentin danışığını

09.10.2026 162
.

Vahid məktəbli forması: Ənənə, məsuliyyət və məktəb mədəniyyət

Təhsil müəssisəsinin özünəməxsus qaydaları və ənənələri olur. Bu ənənələrdən biri də şagirdlərin müəyyən edilmiş geyim standartına əməl etməsidir. Vahid məktəbli forması məktəbə məxsusluq hissini gücləndirir və uşaqlara təhsil mühitində müəyyən davranış normalarının mövcud olduğunu xatırladır. BİG.A

09.10.2026 252
.

Kiberdələduzlardan qorunmağın yolları: Hansı proqramlar kömək edir?

Müasir rəqəmsal dövrdə ən geniş yayılmış kibertəhlükələrdən biri fişinq (phishing) hücumlarıdır. Kiberdələduzlar bu üsulla istifadəçiləri aldadaraq onların şəxsi məlumatlarını, şifrələrini və bank hesablarına dair məlumatlarını ələ keçirməyə çalışırlar. Bəs fişinq hücumlarını xüsusi proqramlar vasitəsil

09.10.2026 205
.

Stiven Hokinqin süni intellektlə bağlı son xəbərdarlığı: O, bəşəriyyətdən nə istəyirdi?

Stiven Hokinq süni intellektlə bağlı xəbərdarlıq edərək bildirirdi ki, yüksək inkişaf etmiş süni intellekt özünü yenidən layihələndirə və intellekt baxımından insan təkamülünü geridə qoya bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Wion" yazıb. O, tədqiqatçıları süni intellektin məqsədlərin

09.10.2026 118
.

Dünyəvi təhsil azad düşüncənin və bərabər imkanların əsasını qoyur - EKSPERT

Təhsildə dünyəvilik şagirdlərin elmi biliklərə yiyələnməsi, sərbəst düşünmə qabiliyyətinin inkişafı və bərabər imkanların təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu yanaşma fərqli dünyagörüşünə malik şagirdlərin eyni təhsil mühitində bilik əldə etməsinə və şəxsi inanclarından asılı olmayara

09.10.2026 220
.