Aytən Səfərova: "Cinayətim olmayıb, ajiotaj yaradırlar"
Tanınmış aparıcı Aytən Səfərova barəsində cinayət işi açılması barədə yayılan məlumatlara münasibət bildirib.
BiG.AZ xəbər verir ki, aparıcı Ölkə.Az-a açıqlamasında bu məlumatın cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədilə bəzi şəxslər tərəfindən yayıldığını deyib:
"Məlumatları kimin yaydığını bilirəm. O şəxslər ajiotaj yaratmaq, məhkəməyə təsir etmək istəyirlər. Çünki bəzi qüvvələr var ki, mənim bəraət almağımdan qorxurlar. Bilirəm ki, mənim orada cinayət tərkibli hər hansı bir addımım olmayıb. Bu, məqsədyönlü şəkildə olunub ki, ictimaiyyətdə çaşqınlıq yaradılsın.
Vəkilim də var. Bütün bunlar zənnimcə, məhkəmə orqanlarına təsir etmək üçündür. Yalnız və yalnız bunu düşünürəm. Mənim orada heç bir cinayət əməlim yoxdur.
Sürücülük vəsiqəmin müddəti bir həftə idi ki, bitmişdi. Çox gərgin bir həftə idi. Bununla razıyam. Hansı sürücünün yadındadır ki, onun vəsiqəsinin vaxtı nə vaxt bitir?! Avtomobilin texniki baxış müddəti, sığortası bitəndə sürücü dərhal cərimə edilir. Nə üçün bu məsələdə cərimə yoxdur? İnsanlar bilməlidirlər".
A.Səfərova hadisə günü sürət həddini aşması ilə bağlı yazılanlara da münasibət bildirib:
"Onu kim sübut edib? Nə mən, nə də vəkilimiz bununla razıyıq. Çünki mən sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm. Adam qırmızıda keçib, özü də ikinci xəttə dönüb qarşıma çıxıb. Orada mənim qəzadan yayınmaq üçün heç bir texniki imkanım olmayıb.
Mən məhkəmələrimizin ədalətli olmasına inanıram və bilirəm ki, bu məsələdə obyektiv qərar verəcəklər, mənim günahım olmadığını biləcəklər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1390 Tarix: 12 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp ABŞ-ın İrana "çox sərt zərbə endirməyə" hazır olduğunu bildirib və Pikakse dağını mümkün hədəf adlandırıb
ABŞ prezidenti Tramp ABŞ-ın bu gecə və sabah İrana "çox güclü" zərbələr endirməyə hazır olduğunu bildirib və ölkənin Pikakse dağının "yaxşı və güclü bir zərbə üçün mümkün hədəf" olduğunu bildirib. BİG.AZ FOX News-a istinadən xəbər verir ki, Tramp əlavə edib ki, "Bu gecə və saba
12:57 143 ABŞ-dan yeni strategiya: İsrailin İranla müharibəyə girməsi əngəllənir? - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ administrasiyası Yaxın Şərqdə gərginliyin daha da dərinləşməsinin qarşısını almaq üçün diplomatik səylərini davam etdirir. CNN-in yaydığı məlumata görə, Vaşinqton İsrailin İranla hərbi qarşıdurmaya birbaşa cəlb olunmaması üçün intensiv təmaslar aparır və münaqişənin regional müharibəyə çevrilməsini
15:10 117 İlham Əliyev həmkarını Şuşada qarşıladı
İyulun 14-də Şuşada Slovakiya Prezidenti Peter Pelleqrininin rəsmi qarşılanma mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Slovakiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezident
10:20 122 İranın Trampa qarşı sui-qəsd cəhdi təsadüfən baş tutmayıb - İDDİA
Donald Trampın İran hücumunun hədəfi olması planlaşdırılıb, lakin planlar uğursuz olub. Məlumatlara görə, İran ABŞ prezidenti Donald Trampı Türkiyəyə son səfəri zamanı öldürməyi planlaşdırıb. bildirir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb. Mənbələrə görə, xarici kəşfiyya
13.07.2026 253 Şuşa Forumundan dünyaya mesaj: Prezident İlham Əliyev nələri açıqladı?
İyulun 13-də Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi. Prezident İlham Əliyev ənənəyə sadiq qalaraq forumun açılışında çıxış etdi. Dövlət başçısının nitqi geniş mövzular
14:39 111 Ukrayna Aster 30 raketlərini istehsal edə bilər
Ukraynanın Fransa və İtaliyanın birgə hazırladığı Aster 30 tutucu raketlərinin istehsalı üçün lisenziya alacağı bildirilir. xəbər verir ki, bu barədə TWZ nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, Aster 30 raketləri Ukraynanın ehtiyac duyduğu Patriot hava hücumundan müdafiə raketlərinə daha əlverişl
11:10 147 İlham Əliyev: "Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır" - VİDEO
"Xoşbəxtlikdən, bizim daxili risklərimiz yoxdur - hətta potensial risklərimiz belə yoxdur. Bütün risklər sərhədlərimizdən kənarda yaranır. xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində rusiyalı jurnalist Mixail Qusmanın sualını cavablandırarkən deyib
13.07.2026 291 Bənizin 11 il həbsi tələb edildi
Sevgilisindən şantaj yolu ilə 1 milyon manata yaxın pul tələb etməkdə ittiham olunan tiktoker Aybəniz Xəlilovanın (Bəniz) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda ittiham tərəfi yekun çıxış edib
13:56 171 Media və Yayım Şurası yaradılır
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır. "Qafqazinfo" APA-ya istinadən xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Media haqqında" qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Media v
11:27 148