Saakaşvilinin Zəngəzur dəhlizi ilə bağlı iddialarına politoloqdan cavab

Saakaşvilinin Zəngəzur dəhlizi ilə bağlı iddialarına politoloqdan cavabGürcüstanın keçmiş prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvilinin Vaşinqtonda baş tutan ABŞ–Ermənistan–Azərbaycan liderlərinin görüşü və imzalanan birgə bəyanatla bağlı açıqlamaları diqqət çəkib.

Saakaşvili iddia edib ki, ABŞ, Azərbaycan və Ermənistan arasında imzalanmış sazişə əsasən, Vaşinqton Zəngəzur dəhlizini 100 illik icarəyə götürür. Onun sözlərinə görə, bu dəhliz Gürcüstan, İran və Rusiyadan yan keçərək Avropadan Çinə yeni tranzit marşrutu açır.

"Bəli, İran və Rusiya ilə birlikdə tam geosiyasi təcridlə üz-üzəyik. Bu o deməkdir ki, Qırmızı Körpüdə (Gürcüstan-Azərbaycan sərhədi) "dəmir pərdə" enir, Moskva və Tehranla birlikdə uçuruma yuvarlanırıq. Gürcüstan üçün ən pis geosiyasi fəlakət reallaşmaq üzrədir", – deyə Saakaşvili bildirib və buna görə İvanişvili hökumətini günahlandırıb.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Turan Rzayev isə bu iddiaların daha çox siyasi emosiyalara əsaslandığını və mövcud iqtisadi-siyasi reallıqlarla uyğun gəlmədiyini bildirib. Onun sözlərinə görə, Zəngəzur dəhlizi Gürcüstan üçün təhlükə deyil, əksinə, əlavə imkanlar yaradan layihədir:

"Zəngəzur dəhlizi Gürcüstan ərazisindən keçən nəqliyyat və enerji marşrutlarını əvəz etmir, yalnız Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında birbaşa bağlantı yaratmağa xidmət edir. Bu layihənin geniş regional təsirləri olsa da, Gürcüstanın mövcud rolunu zəiflətmək məqsədi daşımır.

Gürcüstan uzun illərdir Azərbaycanın əsas tranzit tərəfdaşı olaraq Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu və TANAP layihələrində mühüm rol oynayır. Bu əməkdaşlıq həm texniki, həm də siyasi baxımdan iki ölkəni sıx şəkildə birləşdirir".
Saakaşvilinin Zəngəzur dəhlizi ilə bağlı iddialarına politoloqdan cavabTuran Rzayev bildirib ki, Ermənistan üzərindən keçəcək yeni dəhlizin Gürcüstanın strateji mövqeyini zəiflədəcəyi iddiası erkən və qeyri-realdır. Çünki Ermənistanla Azərbaycan arasında münasibətlər hələ tam normallaşmayıb, Ermənistan daxilində bu layihəyə qarşı ictimai və siyasi müqavimət güclüdür.

O, həmçinin vurğulayıb ki, Gürcüstan üzərindən keçən enerji marşrutları beynəlxalq hüquqla qorunur və Bakı üçün bu əməkdaşlıqdan imtina etmək iqtisadi baxımdan məntiqli deyil. Üstəlik, Azərbaycanın "yaşıl enerji" layihələri də Gürcüstan vasitəsilə Avropaya ötürülür.
Saakaşvilinin Zəngəzur dəhlizi ilə bağlı iddialarına politoloqdan cavabPolitoloq əlavə edib ki, Poti və Batumi limanları Xəzər və Qara dənizləri birləşdirən ticarət zəncirinin mühüm halqalarıdır. Zəngəzur dəhlizi isə bu limanlara alternativ ola bilməz, çünki dəniz və quru nəqliyyatı fərqli imkanlara malikdir.

Nəticə olaraq, Rzayev bildirib ki, Gürcüstan hakimiyyəti də bu reallıqları bilir və Bakı ilə strateji əməkdaşlıq siyasətini davam etdirir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1532   Tarix: 12 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şagirdlər və müəllimlər üçün vahid geyim standartları: Məqsəd və gözləntilər

"Məktəblilərin vahid məktəb formasına, müəllimlərin isə vahid geyim standartlarına keçidi təhsil sistemində müzakirə olunmağa layiq məsələlərdən biridir. Bu mövzu ilk baxışdan yalnız geyim qaydaları ilə bağlı görünsə də, əslində, məktəb mühitinin formalaşdırılması, sosial bərabərliyin qorunması

09.10.2026 214
.

Bakı və Aşqabad arasında əməkdaşlıq Xəzər üzərindən yeni imkanlar yaradır

"Oktyabrın 8-də Türkmənistanda keçirilən Mərkəzi Asiya dövlətləri və Azərbaycan dövlət başçılarının 8-ci Məşvərət Görüşü iştirakçı ölkələr arasında münasibətlərin daha geniş regional proseslərin tərkibində inkişaf etdiyini göstərir. Xüsusilə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüş

09.10.2026 188
.

Qarabaşaq yarmasını tez-tez yemək üçün 5 mühüm SƏBƏB

Qarabaşaq sıyığı uzun illərdir bir çox insanın gündəlik qidalanmasının ayrılmaz hissəsinə çevrilib. Lakin bu məhsulun qida dəyəri yalnız toxluq hissi yaratması ilə məhdudlaşmır. xarici mediaya istinadən qarabaşaq yeməyin 5 faydalı xüsusiyyətini təqdim edir. 1. Qarabaşaq orqanizmi qida lifləri ilə təmi

09.10.2026 232
.

Təhsildə dünyəviliyi qorumaq dövlətçilik prinsipinin əsas şərtlərindən biridir

"Təhsil hər bir dövlətin gələcəyini müəyyənləşdirən əsas sahələrdən biridir. Bu baxımdan məktəblərdə dünyəvilik prinsipinin qorunması, vahid təhsil standartlarının tətbiqi və bütün şagirdlər üçün bərabər imkanların yaradılması mühüm əhəmiyyət daşıyır. Azərbaycan dünyəvi dövlət kimi təhsil sistemind

09.10.2026 223
.

Peskov: Putin və Tramp arasında telefon danışığı olacaq

Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında yaxın vaxtlarda telefon danışığının baş tutacağı gözlənilir. "Report" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. "Tezliklə", - Peskov iki prezidentin danışığını

09.10.2026 162
.

Vahid məktəbli forması: Ənənə, məsuliyyət və məktəb mədəniyyət

Təhsil müəssisəsinin özünəməxsus qaydaları və ənənələri olur. Bu ənənələrdən biri də şagirdlərin müəyyən edilmiş geyim standartına əməl etməsidir. Vahid məktəbli forması məktəbə məxsusluq hissini gücləndirir və uşaqlara təhsil mühitində müəyyən davranış normalarının mövcud olduğunu xatırladır. BİG.A

09.10.2026 252
.

Kiberdələduzlardan qorunmağın yolları: Hansı proqramlar kömək edir?

Müasir rəqəmsal dövrdə ən geniş yayılmış kibertəhlükələrdən biri fişinq (phishing) hücumlarıdır. Kiberdələduzlar bu üsulla istifadəçiləri aldadaraq onların şəxsi məlumatlarını, şifrələrini və bank hesablarına dair məlumatlarını ələ keçirməyə çalışırlar. Bəs fişinq hücumlarını xüsusi proqramlar vasitəsil

09.10.2026 205
.

Stiven Hokinqin süni intellektlə bağlı son xəbərdarlığı: O, bəşəriyyətdən nə istəyirdi?

Stiven Hokinq süni intellektlə bağlı xəbərdarlıq edərək bildirirdi ki, yüksək inkişaf etmiş süni intellekt özünü yenidən layihələndirə və intellekt baxımından insan təkamülünü geridə qoya bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Wion" yazıb. O, tədqiqatçıları süni intellektin məqsədlərin

09.10.2026 118
.

Dünyəvi təhsil azad düşüncənin və bərabər imkanların əsasını qoyur - EKSPERT

Təhsildə dünyəvilik şagirdlərin elmi biliklərə yiyələnməsi, sərbəst düşünmə qabiliyyətinin inkişafı və bərabər imkanların təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu yanaşma fərqli dünyagörüşünə malik şagirdlərin eyni təhsil mühitində bilik əldə etməsinə və şəxsi inanclarından asılı olmayara

09.10.2026 220
.