Ölümcül oyuncaq təhlükəsi: ABŞ-də saxta "Labubu"lar valideynləri qorxudur
ABŞ-də hakimiyyət orqanları valideynləri saxta "Labubu" oyuncaqlarının təhlükəsi barədə xəbərdar edib.
Ölkə.az bu barədə "NBC News"a istinadla xəbər verir.
"Pop Mart" şirkətinin istehsalı olan bu yumşaq monstriklər inanılmaz dərəcədə populyarlaşıb, lakin tələbat artdıqca bazarı saxta nüsxələr – "Lafufu" adlanan fırıldaq məhsullar doldurub.
İstehlakçı məhsullarının təhlükəsizliyi komissiyasının məlumatına görə, saxtalar asanlıqla sınır, xırda hissələrə parçalanır və bu da kiçik uşaqlar üçün ölümcül təhlükə yarada bilər.
Müfəttişlər artıq belə oyuncaqların böyük partiyalarını saxlayıb və onların dövriyyədən çıxarılmasını tələb ediblər.
"Saxta kuklaların Amerika evlərində yeri yoxdur. Heç bir valideyn övladının nəfəsini bir oyuncaq üzündən itirəcəyindən nigaran qalmamalıdır", – deyə komissiyanın sədri vəzifəsini icra edən Piter Feldman bildirib.
Qeyd edək ki, "Labubu" bu yay dəbdə olan, monstrabənzər görkəmə malik yumşaq fiqurlar kimi məşhurlaşıb. Onlar çox vaxt "kor qutular"da satılır – yəni alıcı hansı variantın ona düşdüyünü yalnız açandan sonra öyrənir.
Bu marağı sosial şəbəkə videoları daha da gücləndirib, nəticədə ikinci əl bazarında orijinal oyuncaqların qiyməti kəskin artıb. Bunun ardınca isə ucuz versiyaları peyda olub. İstifadəçilər şikayətlənir ki. oyuncağı alandan dərhal sonra başı və gözləri qopur.
Mütəxəssislər seçim zamanı diqqətli olmağı məsləhət görür. Əsl "Labubu"da "Pop Mart"ın holografik yapışqan nişanı olur, daha yeni buraxılışlarda isə əlavə olaraq bir pəncəsində xüsusi möhür yerləşdirilir.
Hakimiyyət vurğulayır ki, uşaqları boğulma riskindən qorumağın yeganə yolu oyuncaqları yalnız etibarlı satıcılardan almaq və orijinalı saxtadan ayıran detallara diqqət yetirməkdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1306 Tarix: 20 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Qismətimdə ata sevgisi çox az oldu"
Müğənni Xuraman Şuşalı ata sevgisi ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında bu sözləri yazıb:. "Qismətimdə ata sevgisi çox az oldu. Ancaq ata-uşaq görüntüsü görəndə çox sevinirəm. Xoşbəxt olsun uşaqlar. Gözəl ata-ana olsunlar"
09.10.2026 184 Qol saatı üstündə qohumunu bıçaqlamışdı, bu cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində qohumuna bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Azad Əliyevin cinayət işi üzrə hökm oxunub. xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilən Azad Əliyevin 2 il sınaq müddəti olmaqla 3 il şərti cəzaya məhkum olunmasın
09.10.2026 212 İsveçrə millisinin kapitanına saxta COVID-19 sertifikatına görə cəza verildi
İsveçrə millisinin və "Sanderlend" klubunun kapitanı Qranit Caka saxta peyvənd sertifikatı əldə etdiyinə görə 2 il müddətinə şərti cəza alıb. Teleqraf xəbər verir ki, bu barədə 34 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat verib. Təcrübəli yarımmüdafiəçi COVID-19 pandemiyası dövründə saxt
09.10.2026 172 Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?
Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil
09.10.2026 133 Təhsildə dünyəvilik və dini inanclara hörmət arasında tarazlıq qorunmalıdır
Müasir cəmiyyətdə təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların dünyagörüşünün, sosial davranışlarının və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm ictimai mühitdir. Buna görə də təhsil sistemində dünyəvilik prinsipinin qorunması, şagirdlər arasınd
09.10.2026 202 Hande Erçel iranlı rejissorun yeni filmində baş rolda
Türkiyəli məşhur aktrisa Hande Erçel yeni beynəlxalq film layihəsində rol alacaq. Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa iranlı rejissor Nader Saeivarın Almaniyada çəkəcəyi "Diaspora" filmində baş rolu canlandıracaq. Hande Erçel filmdə həyat yoldaşını Türkiyədə itirdikdən sonr
09.10.2026 203 İlham Əliyevin Türkmənistan səfəri başa çatdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir
09.10.2026 180 Dünyanın ən çirkli havaya sahib şəhəri bəlli oldu
Dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən yanğınların yaratdığı sıx və zəhərli tüstü səbəbindən dünyanın havası ən çirkli şəhərləri siyahısında birinci yerə yüksəlib. Qaynarinfo xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarından yayılan zəhərli tüstü avqus
09.10.2026 139 Vahid forma məktəblərdə bərabərliyi və intizamı gücləndirəcək
"Müasir təhsil sistemində məktəbin funksiyası yalnız şagirdlərə bilik verməklə məhdudlaşmır. Məktəb eyni zamanda sosial münasibətlərin formalaşdığı, uşaqların dünyagörüşünün inkişaf etdiyi, davranış mədəniyyətinin və vətəndaş məsuliyyətinin təməlinin qoyulduğu mühüm ictimai institutdur. Bu baxımda
09.10.2026 238