Nazirdən yeni tədris ili ilə bağlı - Əmr
Ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planlarının təsdiqi barədə elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb.
BiG.AZ xəbər verir ki, ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 3.1.8-ci və 5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq əmr edirəm:
1. Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün aşağıdakı tədris planları və onlara dair qeydlər təsdiq edilsin:
1.1. dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qrupları üçün tədris (məşğələ) planı və "Tədris (məşğələ) planına dair qeydlər" (1 və 2 nömrəli əlavələr);
1.2. ümumi təhsil müəssisələrinin tədris Azərbaycan dilində aparılan I-XI sinifləri üçün tədris planı (3 nömrəli əlavə);
1.3. ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan I-XI sinifləri üçün tədris planı (4 nömrəli əlavə);
1.4. azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üçün tədris planları (5, 6, 7 və 8 nömrəli əlavələr);
1.5. 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərdə qeyd olunan tədris planlarına dair qeydlər (9 nömrəli əlavə)" - əmrdə qeyd olunub.
Əmrə əsasən, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (Eşqi Bağırov) tapşırılsın ki, ümumi təhsil müəssisələrinin fəaliyyətinin müvafiq tədris planları əsasında təşkilinə nəzarət etməli, Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına göndərilməsini təmin etməli, Elm və Təhsil Nazirliyi Aparatının İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etməli, Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunmalıdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1622 Tarix: 22 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Elçibəyin əkiz nəvələri 1 yaşında - FOTOLAR
Azərbaycanın eks-prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin əkiz övladları Ərqutay və Aynazın 1 yaşı tamam olub. "Yeni Sabah" xəbər verir ki, əkizlər 2025-ci il martın 27-də doğulub. Ərturqut Əliyev Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflini
17:30 137 İsrail İrana hücumları artıracaq - Katz
İsrail İrana qarşı hücumları artıracaq. Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz bildirib. "Baş nazir və mən İranın terror rejiminə İsrailin mülki əhalisinə raket atışlarını dayandırmaq barədə xəbərdarlıq etdik. Bu xəbərdarlıqlara baxmayaraq, atışla
16:00 151 Hörmüz boğazı tamamilə BAĞLANDI
İran və ABŞ‑İsrail müharibəsi nəticəsində Hörmüz Boğazı vasitəsilə normal gəmiçilik tamamilə dayandırılıb. xəbər verir ki, "Al-Jazeera" nəşri məlumat yayıb. Məlumatda Hörmüz Boğazı gərginliyin artması səbəbindən praktiki olaraq bağlanıb. Bu, qlobal ticarət və enerji bazarlarında ciddi rezonan
14:11 233 Bir milyondan çox iranlı səfərbər edildi
İran tərəfi ABŞ-nin mümkün quru müdaxiləsinə cavab olaraq bir milyondan çox döyüşçünü səfərbər etdiyini açıqlayıb. xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Agentliyin hərbi mənbələri səfərbər olunan qüvvələr arasında həm müntəzəm ordu hissələrinin, həm də SEPAH-ın könüll
16:18 171 İsrail ordusunun ən böyük nəqliyyat qovşağı vuruldu
İsrail Müdafiə Qüvvələri İrandan raket buraxılışlarının qeydə alındığını bildirib. xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Bu, günün əvvəlindən İran tərəfindən İsrailə doğru dördüncü raket hücumudur. Bildirilib ki, Təl-Əvivdə hava həyəcanı siqnalı işə salınıb, səmada partlayış səslər
17:00 124 İsrail İran donanması üçün raket və minalar istehsal edən obyekti vurub
İsrail ordusu İranın Yəzd şəhərində raket və dəniz minaları istehsal edən təsisata zərbə endirib. APA xəbər verir ki, bununla bağlı "IDF" məlumat yayıb. "İran donanmasının raketlərinin və minalarının əksəriyyəti bu müəssisədə istehsal olunur- məlumatda qeyd olunub
11:29 193 Bu ölkələrlə münasibətlərimiz böhran vəziyyətindədir
Məlumdur ki, Rusiyanın Avropa ölkələri ilə münasibətləri böhran vəziyyətindədir. xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən operativ müşavirədə deyib. "ABŞ-ın əvvəlki rəhbərliyi və bir sıra AB ölkələri Rusiya-Avropa münasibətlərind
18:15 1 Səudiyyə Ərəbistanı vətəndaşlarını bu ölkədən TƏCİLİ ÇIXARIR
Səudiyyə Ərəbistanı vətəndaşlarını vacib xəbərdarlıq edib. "Yeni Sabah" xəbər verir ki, ölkənin Livandakı səfirliyi açıqlama yayıb və vətəndaşlarını dərhal ölkəni tərk etməyə səsləyib. Bildirilib ki, bu qərar mövcud təhlükəli vəziyyət və siyasi gərginliklər fonunda verilib. Eyni zamanda, Livan
17:15 129 Rusiya işğal olunmuş Ukrayna ərazilərinin resurslarını satır - "Reuters"
Rusiya işğal olunmuş Ukrayna ərazilərindəki resursları hərraca çıxarır və artıq Luqansk vilayətində yerləşən iri qızıl yataqlarından birini satıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, Moskva dövlət onlayn hərracları vasitəsilə bu əraziləri
16:46 137