"Ayının parçaladığı" kişinin qatili oğlu çıxdı
Yaponiyada 93 yaşlı kişi əvvəlcə ayı hücumunun qurbanı hesab olunsa da, sonradan məlum olub ki, onu əslində öz oğlu öldürüb. İstintaqdan sonra polis 51 yaşlı Fudziyuki Şindonu atasını qətlə yetirməkdə şübhəli bilərək həbs edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Yaponiyanın şimalındakı Akita prefekturasında 93 yaşlı Fudziesi Şindo həyat yoldaşı tərəfindən evlərində huşsuz vəziyyətdə və qan içində tapılıb. İlkin olaraq yerli hakimiyyət orqanları hadisəni ayı hücumu kimi qiymətləndiriblər. Polis dərhal şimal bölgələrinin sakinlərinə xəbərdarlıq göndərib. Son vaxtlar kənd təsərrüfatı sahələrinin azalması və qocaların ərazidə çox olması səbəbindən vəhşi heyvanların, xüsusən də ayıların, qida axtarışı üçün yaşayış məntəqələrinə daha çox yaxınlaşdığı müşahidə olunur.
Yaponiya Ətraf Mühit Nazirliyinin statistikası da bu narahat tendensiyanı təsdiqləyir. Belə ki, ötən il ayılar rekord sayda, 219 nəfərə hücum edib, onlardan 6-sı həyatını itirib.
Lakin istintaq tamamilə gözlənilməz və daha qaranlıq məcraya yönəlib. Polis mərhumun oğlu, 51 yaşlı Fudziyuki Şindonu atasını qətlə yetirməkdə şübhəli bilərək həbs edib. Yapon mediasının yazdığına görə, saxlanılan şəxsin ilkin ifadələri şübhə doğurmayıb. O, istintaqa bildirib ki, evdə atasına "ayı hücumu" baş verən vaxt heç bir qeyri-adi hal müşahidə etməyib.
İstintaqda həlledici məqam qocanın yaralarının ekspertizası olub. Müəyyənləşib ki, xəsarətlərin xarakteri vəhşi heyvan hücumu ilə uyğun gəlmir. Fudziesi Şindonun üzündə və belindəki yaraların iti alətlə, çox güman ki, bıçaqla vurulduğu məlum olub.
Araşdırma çərçivəsində Şindo ailəsinin evində axtarış aparılıb və bir neçə bıçaq götürülüb, polis həmin cinayətdə istifadə edilən aləti müəyyən etməyə çalışır. Kişinin cinayətə nə üçün əl atdığı hələlik aydın deyil, istintaq onun atasını öldürməsinə səbəb ola biləcək halları öyrənməyə davam edir.
Yaşlı kişi əvvəlcə ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və qısa müddət sonra ölümü rəsmi şəkildə təsdiqlənib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 929 Tarix: 24 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlkə ərazisində 117 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb
İndiyədək Azərbaycanda 116.908 ədəd yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) quraşdırılıb. Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına v
09.10.2026 0 İsveçrə millisinin kapitanına saxta COVID-19 sertifikatına görə cəza verildi
İsveçrə millisinin və "Sanderlend" klubunun kapitanı Qranit Caka saxta peyvənd sertifikatı əldə etdiyinə görə 2 il müddətinə şərti cəza alıb. Teleqraf xəbər verir ki, bu barədə 34 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat verib. Təcrübəli yarımmüdafiəçi COVID-19 pandemiyası dövründə saxt
09.10.2026 0 "Qismətimdə ata sevgisi çox az oldu"
Müğənni Xuraman Şuşalı ata sevgisi ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında bu sözləri yazıb:. "Qismətimdə ata sevgisi çox az oldu. Ancaq ata-uşaq görüntüsü görəndə çox sevinirəm. Xoşbəxt olsun uşaqlar. Gözəl ata-ana olsunlar"
09.10.2026 1 Astronomiyada sıçrayış: Günəş sisteminin 9-cu planetinin ilk izləri aşkar edildi
Alimlər Doqquzuncu planetin axtarışında, görünür, mühüm irəliləyiş əldə ediblər. Onlar parlaqlığı və yavaş hərəkəti Yerdən və Günəşdən belə uzaqlıqda yerləşən kosmik cisim üçün gözlənilən göstəricilərə tam uyğun gələn zəif bir obyekt aşkar ediblər. Qaynarinfo "Wion"a istinadən xəbər verir ki
09.10.2026 1 Orta Dəhlizdən yaşıl enerjiyə: Azərbaycan üçün yeni imkanlar
"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirakı ölkəmiz üçün mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Bu formatda təmsil olunmağımız təkcə nəqliyyat-kommunikasiya əməkdaşlığı ilə bağlı deyil, həm də Azərbaycanın regional gündəliyin formalaşmasınd
09.10.2026 186 Qol saatı üstündə qohumunu bıçaqlamışdı, bu cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində qohumuna bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Azad Əliyevin cinayət işi üzrə hökm oxunub. xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilən Azad Əliyevin 2 il sınaq müddəti olmaqla 3 il şərti cəzaya məhkum olunmasın
09.10.2026 1 Şagirdlər və müəllimlər üçün vahid geyim standartları: Məqsəd və gözləntilər
"Məktəblilərin vahid məktəb formasına, müəllimlərin isə vahid geyim standartlarına keçidi təhsil sistemində müzakirə olunmağa layiq məsələlərdən biridir. Bu mövzu ilk baxışdan yalnız geyim qaydaları ilə bağlı görünsə də, əslində, məktəb mühitinin formalaşdırılması, sosial bərabərliyin qorunması
09.10.2026 152 Türkmənbaşı şəhərində İlham Əliyevin Məsud Pezeşkianla görüşü keçirilib - Foto
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib. bu barədə AZƏRTAC-a istinadən xəbər verir. Görüşlə bağlı videonu Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb
09.10.2026 236 Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi
09.10.2026 1