Sürücülərin ən çox etdiyi səhv - Cərimələnə BİLƏRSİNİZ

Sürücülərin ən çox etdiyi səhv - Cərimələnə BİLƏRSİNİZBakı Şəhər Dövlət Yol Polisinin son xəbərdarlığı sürücülər arasında çaşqınlıq yaradıb. Xəbərdarlıqda sükanın tək əllə idarə edilməsi və bir əlin avtomobilin pəncərəsindən çölə çıxarılmasının təhlükəli olduğu bildirilir. Bir çoxları bu məsələ ilə bağlı 40 manat cərimə tətbiq olunacağını iddia edirlər.

Bəzi sürücülərin avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarması qəza riskini artırır. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin müraciətində qeyd olunub. Yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücünün sükan arxasında idarəetməni itirməsidir: "Təəssüflə qeyd edək ki, bəzi sürücülər avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarırlar ki, bu da öz növbəsində idarəetməni çətinləşdirir və eyni zamanda qəza riskini artırır".

Mövcud qanunvericiliyin tələblərinə əsasən, sürücü hərəkət zamanı sükanı əlindən buraxmamalıdır, belə hal aşkarlandığı təqdirdə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.1.4-cü (hərəkət zamanı sükanı əldən buraxmağa görə) maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə tətbiq ediləcək. Bu cərimə İnzibati Xətalar Məcəlləsində var. Amma adətən cərimə yazılmırdı. Lakin yenidən sürücülərə xəbərdarlıq edilib. Bu məsələnin aktuallaşmasına səbəb nədir?

Milli.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Əlini çölə çıxarmağa görə cərimə tətbiq olunmayıb"

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən də bildirildi ki, bəzi yol nəqliyyat hadisələrinin səbəbi sürücünün idarəetməni itirməsidir. Buna görə də avtomobil idarə edən zaman sükanı buraxmaq düzgün deyil. Məsələ ilə bağlı vətəndaşlara çağırış da edilib. O da qeyd edildi ki, əlini çölə çıxardaraq avtomobil idarə etməyə görə heç bir cərimə tətbiq olunmayıb. Amma sürücü hər iki əlini sükandan çəkərək maşını idarə edərsə, 40 manat məbləğində cərimə edilə bilər.

"Bir əllə maşın sürülən zaman qəzaların sayı artır"

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirdi ki, bu xəbərdarlıq ajiotaja səbəb olub, çünki sürücülər qərarı səhv anlayıb: "342-ci maddənin əli sükandan çəkməklə cərimə yazılması qaydası əvvəldən də var idi. Yəni yeni qərar deyil. Yəqin bundan sonra nəzarət daha da gücləndiriləcək. Yol polisi də açıqlama verib ki, əli sükandan çəkdikdə cərimə yazılacaq. Bir əllə maşın sürməyin təhlükəli olması ilə bağlı informasiya verib. Amma insanlar bunu yanlış anlayıb. Elə biliblər ki, qərar yenidir. Cərimə əli pəncərədən çıxarmağa görə yazılacaq. Əslində bununla bağlı cərimə mövcud deyil".

A.Rəhimovun sözlərinə görə, yol polisi xəbərdarlıq etməkdə haqlıdır. Həqiqətən də tək əllə maşın sürmək çox təhlükəlidir: "Çünki sürücünün qarşısına qəflətən maşın, yaxud piyada çıxdıqda iki əllə edə bildiyi manevr hərəkətini bir əli ilə heç vaxt edə bilməz. Bu zaman əksər hallarda qəzadan qaçmaq olmur. Tək əllə sükanı tutmaq idarəetməni çətinləşdirir. İnsan heç vaxt maşını iki əli ilə sürdüyü qədər ehtiyatlı və təhlükəsiz sürə bilməz. Bəzən elə olur ki, sürücü əlini pəncərədən çıxarır, qəza baş verir. Bu zaman şəxs əlini də itirə bilir. Bir əllə maşın sürülən zaman sözsüz ki, qəzaların da sayı daha çox olur".

"Bəziləri sükanı buraxaraq rəqs edir, canlı yayım açırlar"

Müsahibimiz düşünür ki, maşını iki əllə idarə etmək qəzaların sayını azaldacaq: "Sərt tədbirlərin tətbiqinə ehtiyac var. Bəzi sürücülər sükanı buraxaraq mahnı oxuyur, rəqs edir, canlı yayım açır. Bu hallar çox böyük məsuliyyətsizlikdir. O səbəbdən bu kimi cərimələrin tətbiqi vacibdir".

"Qanunda belə bir maddə yoxdur"

Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev də qeyd etdi ki, hazırda cərimə yox, sadəcə xəbərdarlıq edilməsi mümkündür: "Mexaniki sürətlər qutulu maşın sürdükdə onsuz da hər iki əl daima sükanda olmur. Sol əllə sükan tutulur, digər əllə isə sürəti dəyişirik. Əlini şüşədən çölə çıxaranlar əsasən maşında kondisioner olmayan şəxslərdir. Yaxud siqaret çəkənlər belə edirlər. Kondisionerlə təchiz olunmuş avtomobillərdə belə hallara rast gəlinmir. 342-ci maddədə sükanı tam buraxmaqdan söhbət gedir. Pəncərədən əlini çıxarmaq üçün bir cərimə növü mövcud deyil. Əgər bununla bağlı cərimələr tətbiq ediləcəksə, qanunvericilikdə dəyişiklik edilməlidir. Əlimizi sükandan tamamilə buraxdıqda, avtomobili ətalətlə idarə etdikdə (ağırlıq qüvvəsinin təsiri altında və ya əvvəl yığdığı sürətin hesabına) 40 manat cərimə yazıla bilər".

"Əllərin hər ikisinin sükanda olması zəruridir"

A.Nəbiyevin fikrincə, qəza olarsa, təhlükəli hal yarana bilər: "Maşın aşar, əliniz qırıla bilər. Yaxud maşında hava yastığı açıldıqda əlimiz düzgün yerdə olmazsa, bu zaman sürətdən qolumuz və ya hər hansısa aksesuar gözümüzə dəyə bilər. Bu halda ağır fəsadlar baş verməsi mümkündür. Çünki hava yastığı sürətlə açılır. Bu məqamları nəzərə alaraq əllərin hər ikisinin sükanda olması zəruridir. Ümumiyyətlə, tək əllə sükanı tutmaq təhlükəlidir".

"Cərimələrin olması neqativ halların sayını azaldır"

Ekspert bildirdi ki, təhlükəsizlik qaydalarında qeyd olunub ki, əlimiz sükanda saat əqrəbinin 3 və 9 vəziyyətində olmalıdır. Bu həm idarəetməni asanlaşdırır, həm də qəza şəraiti yarandıqda qarşısını almaq mümkün olur: "Cərimələrin olması az da olsa neqativ halların sayını azaldır. Sürücülərə məsləhətim odur ki, təhlükəsizlik qaydalarına riayət edərək avtomobili idarə etməyə çalışsınlar. Qayda-qanunla hərəkət etsinlər ki, qəzaların sayı az olsun".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 880   Tarix: 24 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ölkə ərazisində 117 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb

İndiyədək Azərbaycanda 116.908 ədəd yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) quraşdırılıb. Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına v

09.10.2026 0
.

İsveçrə millisinin kapitanına saxta COVID-19 sertifikatına görə cəza verildi

İsveçrə millisinin və "Sanderlend" klubunun kapitanı Qranit Caka saxta peyvənd sertifikatı əldə etdiyinə görə 2 il müddətinə şərti cəza alıb. Teleqraf xəbər verir ki, bu barədə 34 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat verib. Təcrübəli yarımmüdafiəçi COVID-19 pandemiyası dövründə saxt

09.10.2026 0
.

"Qismətimdə ata sevgisi çox az oldu"

Müğənni Xuraman Şuşalı ata sevgisi ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında bu sözləri yazıb:. "Qismətimdə ata sevgisi çox az oldu. Ancaq ata-uşaq görüntüsü görəndə çox sevinirəm. Xoşbəxt olsun uşaqlar. Gözəl ata-ana olsunlar"

09.10.2026 1
.

Astronomiyada sıçrayış: Günəş sisteminin 9-cu planetinin ilk izləri aşkar edildi

Alimlər Doqquzuncu planetin axtarışında, görünür, mühüm irəliləyiş əldə ediblər. Onlar parlaqlığı və yavaş hərəkəti Yerdən və Günəşdən belə uzaqlıqda yerləşən kosmik cisim üçün gözlənilən göstəricilərə tam uyğun gələn zəif bir obyekt aşkar ediblər. Qaynarinfo "Wion"a istinadən xəbər verir ki

09.10.2026 1
.

Orta Dəhlizdən yaşıl enerjiyə: Azərbaycan üçün yeni imkanlar

"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirakı ölkəmiz üçün mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Bu formatda təmsil olunmağımız təkcə nəqliyyat-kommunikasiya əməkdaşlığı ilə bağlı deyil, həm də Azərbaycanın regional gündəliyin formalaşmasınd

09.10.2026 186
.

Qol saatı üstündə qohumunu bıçaqlamışdı, bu cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumuna bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Azad Əliyevin cinayət işi üzrə hökm oxunub. xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilən Azad Əliyevin 2 il sınaq müddəti olmaqla 3 il şərti cəzaya məhkum olunmasın

09.10.2026 1
.

Şagirdlər və müəllimlər üçün vahid geyim standartları: Məqsəd və gözləntilər

"Məktəblilərin vahid məktəb formasına, müəllimlərin isə vahid geyim standartlarına keçidi təhsil sistemində müzakirə olunmağa layiq məsələlərdən biridir. Bu mövzu ilk baxışdan yalnız geyim qaydaları ilə bağlı görünsə də, əslində, məktəb mühitinin formalaşdırılması, sosial bərabərliyin qorunması

09.10.2026 152
.

Türkmənbaşı şəhərində İlham Əliyevin Məsud Pezeşkianla görüşü keçirilib - Foto

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib. bu barədə AZƏRTAC-a istinadən xəbər verir. Görüşlə bağlı videonu Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

09.10.2026 236
.

Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək

Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi

09.10.2026 1
.