Kənan Quluzadə: "Yanvardan iyuladək Azərbaycana 1 milyon 478 min xarici vətəndaş səfər edib"

Kənan Quluzadə: "Yanvardan iyuladək Azərbaycana 1 milyon 478 min xarici vətəndaş səfər edib""Bu il daxili turizmdə artım müşahidə olunub. Ötən il ərzində ölkədə ümumilikdə 23 milyon daxili səfər qeydə alınmışdısa, bu il göstəricinin 25 milyona çatacağı gözlənilir".

Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, təxminən 40 faiz - yəni 10 milyona yaxın səfər yay mövsümünün payına düşür:

"İyun-avqust aylarında Azərbaycana gələn xarici vətəndaşların, təxminən, üçdəbiri, yəni 32 faizi məhz yay mövsümündə ölkəmizi ziyarət edir. Rəsmi statistikaya əsasən, yanvar-iyul aylarında Azərbaycana 1 milyon 478 min xarici vətəndaş səfər edib. Yanvardan avqustadək müddətdə gözləntilər isə 1 milyon 700 mini üstələyir".

Onun sözlərinə görə, ötən illə müqayisədə ümumi göstəricilərdə təxminən iki faizlik azalma var:

"Bu azalma daha çox regional geosiyasi dəyişikliklər və münaqişələrlə bağlıdır. Ənənəvi bazarlardan olan Rusiya və Hindistandan gələn turistlərin sayında 12-14 faiz azalma qeydə alınıb. Bununla belə, Pakistan və Çin istiqamətində artım müşahidə olunur.

Hazırda ən çox diqqət ayırdığımız istiqamət Çin bazarıdır. Bununla bağlı "China Ready" proqramına start verilib. Məqsədimiz artan çinli turistləri qəbul etməyə tam hazır olmaqdır".

Agentlik rəsmisi əlavə edib ki, körfəz ölkələrindən, İsraildən və Türkiyədən gələn turistlərin sayında da artım qeydə alınır:

"2019-cu il Azərbaycan turizmi üçün rekord il sayılırdı. Hazırda ölkəmiz bütün göstəricilər üzrə, demək olar ki, həmin səviyyəni təkrarlayır. Turistlərin ümumi sayı bir qədər az olsa da, gəlirlər və yeni iş yerlərinin açılması baxımından vəziyyət 2019-cu ilə bərabərdir".

K.Quluzadə əlavə edib ki, Azərbaycanın turizm sektoru daha böyük axını qarşılamağa hazırdır:

"Turizm agentliklərimiz və operatorlarımız imkan baxımından bundan iki, hətta üç dəfə çox turisti qəbul edə bilər. Xidmət sahəsi ilə bağlı ciddi problem yoxdur. Əksinə, sektorda yeni iş yerlərinin açılması müşahidə olunur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 679   Tarix: 30 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır"

"Üçüncü MDB Oyunlarının Azərbaycanda uğurla keçirilməsi bütün Birlik üçün əlamətdar idman hadisəsinə çevrildi". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edi

12:43 194
.

İlham Əliyevin Türkmənistan səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

16:47 133
.

Kiberdələduzlardan qorunmağın yolları: Hansı proqramlar kömək edir?

Müasir rəqəmsal dövrdə ən geniş yayılmış kibertəhlükələrdən biri fişinq (phishing) hücumlarıdır. Kiberdələduzlar bu üsulla istifadəçiləri aldadaraq onların şəxsi məlumatlarını, şifrələrini və bank hesablarına dair məlumatlarını ələ keçirməyə çalışırlar. Bəs fişinq hücumlarını xüsusi proqramlar vasitəsil

14:34 193
.

Türkmənbaşı şəhərində İlham Əliyevin Məsud Pezeşkianla görüşü keçirilib - Foto

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib. bu barədə AZƏRTAC-a istinadən xəbər verir. Görüşlə bağlı videonu Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

14:43 236
.

Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb: Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası

2016-cı ildə Cəlilabadda itkin düşən, 9 il sonra isə qətlə yetirildiyi üzə çıxan 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilə

13:32 333
.

Orta Dəhlizdən yaşıl enerjiyə: Azərbaycan üçün yeni imkanlar

"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirakı ölkəmiz üçün mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Bu formatda təmsil olunmağımız təkcə nəqliyyat-kommunikasiya əməkdaşlığı ilə bağlı deyil, həm də Azərbaycanın regional gündəliyin formalaşmasınd

16:23 186
.

Bu kurort payızın ən məşhur istirahət məkanına çevrilib

Avropanın müxtəlif ölkələrindən turistlər Baltik dənizi sahillərinə istirahətə üz tuturlar. Bu il xarici turizm istiqamətləri arasında Praqa, Budapeşt və Vilnüs xüsusi populyarlıq qazanıb. Lakin bəzi turistlər Avropa paytaxtlarına qısamüddətli səyahətlər əvəzinə Polşanın dənizkənarı kurortlarında klassi

19:45 1
.

Azərbaycandakı qadın futbol hakimlərinin sayı açıqlandı

Azərbaycanda fəaliyyət göstərən qadın futbol hakimlərinin sayı açıqlanıb. Bu barədə -ın sorğusuna AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, hazırda ölkəmizdə ümumilikdə 11 qadın futbol hakimi fəaliyyət göstərir. Onlardan 3-ü FIFA dərəcəli hakimdir. Bildirilib ki, 2026-2027-c

18:30 91
.

Azərbaycan MDB məkanında aparıcı dövlətə çevrilib

Azərbaycanın apardığı çoxvektorlu və balanslı xarici siyasət bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun, etimadın və etibarlılığın əsas dayağına çevrilib. Son günlərdə Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq və regional təşkilatların tədbirləri bu siyasətin növbəti təzahürü kim

12:22 228
.