Həyət evi olanların nəzərinə: sentyabrın 1-dən...

Həyət evi olanların nəzərinə: sentyabrın 1-dən...Azərbaycanda sənədsiz tikintilərlə bağlı vəziyyətin tənzimlənməsi istiqamətində yeni addımlar atılır. Dünya Bankı Qrupunun "Business Ready" hesabatının 2025-ci il üzrə Yol Xəritəsində nəzərdə tutulan tədbirlərə əsasən, bu ayın sonuna qədər sözügedən problemlə bağlı normativ hüquqi akt layihəsi və əlaqəli sənədlər hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək.

Bununla yanaşı, əcnəbilərin mənzil mülkiyyətində torpaq hüquqlarının tənzimlənməsi və torpaq icarəsi mübahisələrinin məhkəmədənkənar həlli üçün arbitraj mexanizminin tətbiqi də gündəmdədir. Yeniliyin sentyabrın əvvəlindən qüvvəyə minəcəyi gözlənilir.

Azərbaycanda texniki pasportu olan köhnə tikililərin qeydiyyatı prosesi sadələşdirilib. Lakin hələ də minlərlə vətəndaş bilmir ki, hansı şərtlərlə evinə rəsmi çıxarış ala bilər. Sovet dövründən miras qalmış torpaq sahələrində 35-40 il əvvəl tikilmiş evlər artıq qanunla tanınacaq və faktiki ölçülərə uyğun çıxarış veriləcək. Bu proses ASAN Xidmət və Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrində həyata keçirilir. Amma burada bir incə məqam var: bu güzəşt yalnız arxiv sənədi olan evlərə şamil edilir. 1995-ci ildən sonra, bələdiyyələrdən sadəcə kağız qəbzlə torpaq alan və hər hansı arxiv sənədi olmayan evlər isə hələ də hüquqi baxımdan "görünməzdir". Abşeron yarımadasında təxminən yarım milyon belə ev mövcuddur. Bu evlərdə yaşayan ailələr illərlə sənədsiz qalıb, daşınmaz əmlak bazarına çıxışdan məhrum olub, ipoteka və rəsmi satış imkanlarından istifadə edə bilmirlər. Mütəxəssislər hesab edirlər ki, bu problemin həlli gecikir.

Görəsən, yeni normativ akt özbaşına tikintilər probleminin həlli və mülkiyyət hüquqlarının qorunmasında real dönüş yarada biləcəkmi?

Ölkə.Az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədr müavini Günay İsmayılqızı mövzu ilə bağlı "Yeni Müsavat"a fikrini bölüşüb: "Azərbaycanda sənədsiz tikintilərlə bağlı uzun illərdir mövcud olan problemlərin həlli istiqamətində yeni addımların atılması, xüsusən də Dünya Bankı Qrupunun "Business Ready" hesabatının 2025-ci il üzrə Yol Xəritəsində nəzərdə tutulan tədbirlər çərçivəsində normativ hüquqi akt layihəsinin hazırlanması prosesi davam etdirilir və bu hesabat hər il üçün ayrıca olaraq tərtib olunur. Hesabat çərçivəsində daşınmaz əmlakın qeydiyyatı, biznes fəaliyyəti üçün icazələrin verilməsi, fərdi və hüquqi şəxslərin həyata keçirdiyi fəaliyyətlərin dövlət tərəfindən tənzimlənməsi kimi bir çox istiqamətlər nəzərdə tutulur.

Bu prosesdə Prezident Administrasiyası, Əmlak Məsələləri üzrə müvafiq qurumlar, Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, ticarət qeydiyyatı ilə bağlı dövlət qurumları, həmçinin ictimai fəallar və sahibkarlar da fəal şəkildə iştirak edirlər.

Mülkiyyət hüquqlarının dövlət tərəfindən tanınması daşınmaz əmlak bazarının sağlam inkişafı üçün əsas şərtdir. Texniki pasportu olan köhnə tikililərin sadələşdirilmiş qaydada qeydiyyata alınması artıq yüzlərlə ailəyə rəsmi çıxarış əldə etmək imkanı yaradıb. Abşeron yarımadasında təxminən yarım milyon belə evin olması daşınmaz əmlak bazarında böyük "kölgə seqmenti" formalaşdırır və bu, ipoteka kreditləri, rəsmi satışlar və investisiya axını baxımından ciddi məhdudiyyət yaradır. Yeni hazırlanacaq normativ akt bu boşluğu aradan qaldırarsa, daşınmaz əmlakın kadastr qeydiyyatına və rəsmi bazara inteqrasiyasına şərait yaradacaq. Bu isə həm dövlət büdcəsinə əlavə vergi gəlirləri, həm də vətəndaşlar üçün maliyyə resurslarına çıxış imkanı deməkdir".

Günay İsmayılqızı qeyd edib ki, Prezidentin 2015-ci il tarixli, 439 nömrəli fərmanına edilən dəyişikliklər də bu prosesə əlavə imkanlar yaradıb: "Həmin fərman çərçivəsində 2004-cü ilə qədər mövcud qanunvericiliyə əsasən verilmiş ilkin qeydiyyat sənədlərinin də qəbul edilməsi nəzərdə tutulur. Hazırda hazırlanmaqda olan normativ-hüquqi aktın sentyabr ayının sonuna qədər təqdim edilməsi planlaşdırılır. Bu sənəd xüsusilə hüquqi statusu tam dəqiqləşdirilməmiş torpaq sahələrində yerləşən, uzun illərdir yaşayış üçün istifadə olunan və texniki pasportu mövcud olan tikililərin rəsmi qeydiyyata alınmasını təmin edəcək. Bununla yanaşı, dövlət arxivlərində mövcud olan sənədlər, habelə əvvəlki inventar bürolar və digər müvafiq qurumlar tərəfindən verilmiş sənədlər də nəzərə alınacaq. Qeyd olunan sənədlərin əksəriyyəti "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olduğu üçün bu prosesdə onların da rəsmiləşdirilməsi həyata keçiriləcək.

Ümumilikdə, qəbul ediləcək yeni qanun ölkə üzrə 400 minə yaxın özbaşına tikilinin rəsmi sənədləşdirilməsinə mühüm töhfə verəcək və uzun illərdir davam edən bu problemi əhəmiyyətli dərəcədə həll edəcək.

Azərbaycan Qiymətləndiricilər Palatası olaraq hesab edirik ki, yeni normativ akt yalnız sovet dövründən qalma tikililəri deyil, həm də sonradan bələdiyyə torpaqlarında sənədsiz tikilmiş evləri də əhatə etməlidir. Mülkiyyət hüquqlarının tam tanınması ipoteka bazarının genişlənməsinə və vətəndaşların sosial rifahına birbaşa təsir göstərəcək. Şəffaf mexanizmlər yaradılmalıdır ki, nə vətəndaş, nə də bazar iştirakçıları əlavə inzibati maneələrlə üzləşməsin. İnstitusional koordinasiya vacibdir: ASAN Xidmət, Əmlak Məsələləri Dövlət Xidməti və yerli bələdiyyələr vahid platforma üzərindən fəaliyyət göstərməlidirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1046   Tarix: 31 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır"

"Üçüncü MDB Oyunlarının Azərbaycanda uğurla keçirilməsi bütün Birlik üçün əlamətdar idman hadisəsinə çevrildi". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edi

12:43 194
.

İlham Əliyevin Türkmənistan səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

16:47 133
.

Kiberdələduzlardan qorunmağın yolları: Hansı proqramlar kömək edir?

Müasir rəqəmsal dövrdə ən geniş yayılmış kibertəhlükələrdən biri fişinq (phishing) hücumlarıdır. Kiberdələduzlar bu üsulla istifadəçiləri aldadaraq onların şəxsi məlumatlarını, şifrələrini və bank hesablarına dair məlumatlarını ələ keçirməyə çalışırlar. Bəs fişinq hücumlarını xüsusi proqramlar vasitəsil

14:34 193
.

Türkmənbaşı şəhərində İlham Əliyevin Məsud Pezeşkianla görüşü keçirilib - Foto

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib. bu barədə AZƏRTAC-a istinadən xəbər verir. Görüşlə bağlı videonu Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

14:43 236
.

Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb: Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası

2016-cı ildə Cəlilabadda itkin düşən, 9 il sonra isə qətlə yetirildiyi üzə çıxan 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilə

13:32 333
.

Orta Dəhlizdən yaşıl enerjiyə: Azərbaycan üçün yeni imkanlar

"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirakı ölkəmiz üçün mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Bu formatda təmsil olunmağımız təkcə nəqliyyat-kommunikasiya əməkdaşlığı ilə bağlı deyil, həm də Azərbaycanın regional gündəliyin formalaşmasınd

16:23 186
.

Bu kurort payızın ən məşhur istirahət məkanına çevrilib

Avropanın müxtəlif ölkələrindən turistlər Baltik dənizi sahillərinə istirahətə üz tuturlar. Bu il xarici turizm istiqamətləri arasında Praqa, Budapeşt və Vilnüs xüsusi populyarlıq qazanıb. Lakin bəzi turistlər Avropa paytaxtlarına qısamüddətli səyahətlər əvəzinə Polşanın dənizkənarı kurortlarında klassi

19:45 1
.

Azərbaycandakı qadın futbol hakimlərinin sayı açıqlandı

Azərbaycanda fəaliyyət göstərən qadın futbol hakimlərinin sayı açıqlanıb. Bu barədə -ın sorğusuna AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, hazırda ölkəmizdə ümumilikdə 11 qadın futbol hakimi fəaliyyət göstərir. Onlardan 3-ü FIFA dərəcəli hakimdir. Bildirilib ki, 2026-2027-c

18:30 91
.

Azərbaycan MDB məkanında aparıcı dövlətə çevrilib

Azərbaycanın apardığı çoxvektorlu və balanslı xarici siyasət bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun, etimadın və etibarlılığın əsas dayağına çevrilib. Son günlərdə Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq və regional təşkilatların tədbirləri bu siyasətin növbəti təzahürü kim

12:22 228
.